18 Aprel 2025 09:41
323
CƏMİYYƏT
A- A+
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub  

Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub  


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ramin Məmmədov vurğulayıb ki, ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi və ictimai-siyasi həyatında bir sıra mühüm nailiyyətlər əldə olunub.

Ramin Məmmədov bildirib ki, 2024-cü ildə Azərbaycanda dini qurumların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, bu sahədə dövlət tərəfindən bir çox mühüm addımlar atılıb. Komitə sədri dövlət başçısının dini sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Kollegiya iclasında “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumların 2024-cü ildə fəaliyyətinin yekunlarına dair” hesabatı təqdim edilib. Bildirilib ki, 2024-cü il ərzində 1 dini icma qeydiyyata alınıb, 6 dini icmanın qeydiyyatı ləğv olunub, 60 dini icmanın sənədlərində dəyişiklik edilib. İslam dininə aid ibadət yerləri və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə təşkil olunub, din xadimlərinin attestasiyası keçirilib. Dövlət Komitəsi tərəfindən ehtiyat kadr siyahısından 72 nəfər din xadimi təyin edilib. Bununla da müsahibə yolu ilə təyin olunmuş din xadimlərinin sayı 276 nəfərə (52 nəfər qadın, 224 nəfər kişi) çatıb.

Hesabat dövründə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri zamanı vətəndaşların dini etiqad azadlığının təmin olunması, xurafat, mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, maarifləndirmə işləri həyata keçirilib. Ümumilikdə il ərzində Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə istiqamətində təxminən 45 min nəfərin cəlb olunduğu 900-dən artıq tədbir təşkil edilib.

Dini fanatizm, radikalizm, ekstremizmin və dini siyasiləşdirmənin qarşısının alınması ilə bağlı 201, tolerantlıq, multikulturalizm, dinlərarası və məzhəblərarası yaxınlaşma ilə bağlı 56, milli-mənəvi dəyərlərin qorunması və gənclərə vətənpərvərlik ruhunun aşılanması ilə bağlı 90, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı 12, tarixi günlərlə bağlı 132, Ramazan bayramı ilə bağlı 28, Məhərrəm ayı ilə bağlı 60 tədbir keçirilib.

Hesabat dövründə ölkəyə idxal edilməsi məqsədilə rəy verilməsi üçün Komitənin Ekspertiza şöbəsinə təqdim edilmiş 3906 adda dini məzmunlu ədəbiyyata baxılıb.

İclasda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və tabeliyindəki qurumların 2024-cü ildə fəaliyyətinin yekunları barədə hesabat təqdim olunub. Hesabatda dini durumun öyrənilməsi, dini və məzhəb ayrı-seçkiliyi zəmnində baş verə biləcək halların qarşısının alınması istiqamətində profilaktik tədbirlər, din xadimləri üçün təkmilləşdirmə kurslarının nəticələri haqqında məlumat verilib. Dini xadimləri ilə görüşlərdə İslam dininin düzgün formada təbliği, yas mərasimlərinin idarə olunması istiqamətində müvafiq tövsiyələrin verildiyi, 60-dan çox maarifləndirmə tədbirinin keçirildiyi bildirilib.

Kollegiya iclasında “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı, regional bölmələri və tabeliyində olan qurumların 2025-ci il üçün Fəaliyyət Planı” haqqında məruzə təqdim olunub.

İclasda qəbiristanlıqların idarə olunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət orqanları ilə aparılan məsləhətləşmələr və hazırlanmış təkliflər barədə məlumat verilib.

Daha sonra cari il ərzində keçirilməsi planlaşdırılan regional konfranslara hazırlıq, normativ hüquqi sənədlərin icrası, habelə gündəlikdə duran digər məsələlər barədə məruzələr dinlənilib. Aparılmış müzakirələr zamanı irəli sürülmüş rəy və təkliflər əsasında kollegiyanın gündəliyindəki məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!