05 Noyabr 2025 12:20
330
CƏMİYYƏT
A- A+
Ombudsman Aparatında Zəfər Günü ilə bağlı tədbir keçirilib

Ombudsman Aparatında Zəfər Günü ilə bağlı tədbir keçirilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Hərbi Memorial Kompleksini ziyarət edərək, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva xalqımızın birlik, iradə və yenilməzliyinin rəmzi olan 8 Noyabr tarixinin hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunduğunu bildirib.

Müvəkkil Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində əldə edilmiş şanlı Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini diqqətə çatdırıb, O, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq layihələrinin uğurla həyata keçirildiyini və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının təmin olunduğunu qeyd edib.

Səbinə Əliyeva müharibə və postmüharibə dövründə Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin araşdırılması ilə bağlı ombudsman tərəfindən faktaraşdırıcı missiyaların həyata keçirildiyini, həmin missiyaların nəticələri əsasında hazırlanmış hesabat, bəyanat və müraciətlərin beynəlxalq təşkilatlara təqdim edildiyini diqqətə çatdırıb. Müvəkkil təsisatın işğaldan azad olunmuş ərazilərdə insan hüquqlarının təmininə, sosial rifahın bərpasına yönəlmiş təşəbbüsləri davam etdirdiyini bildirib.

Daha sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alizadə Zəfər Gününün xalqımızın birlik və qəhrəmanlıq rəmzi kimi gələcək nəsillərə örnək olduğunu qeyd edib, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

İkinci Qarabağ müharibəsinin iştirakçısı Mobil Əhmədzadə Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, müharibə iştirakçılarına və veteranlara dövlət tərəfindən nümayiş olunan diqqət və qayğıdan, Vətən müharibəsi dövründə Ombudsmanın hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyətdən danışıb.

Ombudsman Aparatının əməkdaşı, Vətən müharibəsinin iştirakçısı Samir Quliyev əldə olunan şanlı Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Ordumuzun fədakarlığı, xalqımızın birliyi sayəsində mümkün olduğunu bildirib.

Tədbir zamanı “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alizadə və Ombudsman Aparatının bir qrup əməkdaşı Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!