28 Oktyabr 2025 12:05
572
CƏMİYYƏT
A- A+
Ölümü göz önünə alan qəhrəman

Ölümü göz önünə alan qəhrəman

 

“Bir an da olsun o məşum gün yadımdan çıxmır. O gün hava tutqun idi. Günortadan sonra göy üzünü tamamilə qara bulud almışdı. Nə baş verdiyini anlaya  bilmirdim. Sanki havam çatışmırdı, boğulurdum. Telefonumuza gələn zənglərə də, qapımız  döyüləndə də xəbər gözləyən adam kimi qapıya qaçırdım. Atam, anam evdə idi, bir Çingiz yox idi. Onda indiki kimi mobil telefon da yox idi ki, zəng edib qardaşımdan xəbər tuta biləydim. Axşam oldu, amma Çingiz gəlmədi...  Axtarmadığımız xəstəxana, meyitxana qalmamışdı, qardaşımı tapa bilmirdik”.


Deyirlər, bir qədər keçdikdə dərd yüngülləşir, yara qaysaq bağlayır. Amma elə yaralar var ki, yeri bir ömür sağalmır, qan verir.  O dəhşətli  faciədən bizi 30 illik  zaman ayırır. Sanki dünən olubmuş kimi Aidə xanım olanları xatırlayaraq göz yaşı içərisində boğulur. Olub keçənləri o bədbəxt hadisə baş verdiyi gündə olduğu kimi nəql edir.

1995-ci il oktyabrın 28-də saat 17:50-də Bakı metrosunda bəşər tarixinin ən dəhşətli qəzalarından biri baş verdi. “Ulduz” stansiyasından “Nərimanov” istiqamətində hərəkət edən metro qatarında qəfil yanğın başladı. Bir anın içində alov vaqonu bürüyərək insanların canını aldı. Sintetik materialların yanmasından yaranan tüstü, qoxu, vahimə – bütün bunlar cəhənnəmi xatırladırdı. Hər kəs bircə şey haqqında düşünürdü: bu dəhşətli alovun içindən canını necə xilas edə bilər?..

Sərnişinlərin arasında əynində zabit mundiri olan bir nəfər vardı. O, ölümdən qaçmrdı, ölümün üstünə yeriyirdi. O düşünmürdü ki, bununla ölümsüzlüyə qovuşacaq. Bir məqsədi vardı – insanları xilas etmək. Birini, ikisini, üçünü... Təhlükəsiz yerə çıxarır, yenidən alovun, tüstünün, zəhərli qazın içinə atılırdı. Həm də Çingiz tək deyildi. Qəza baş verən vaqonda onunla birlikdə olan kursantlar da insanları xilas etməyə səfərbər edilmişdi.

O dəhşətli gündə 289 nəfər həlak olmuş, 270 nəfər yaralanmışdı. Əgər o gün sərnişinlər arasında Çingiz Babayev və onun kursant yoldaşları olmasaydı, qurbanların sayı qat-qat çox olardı... Faciəyə səbəb qatarın tuneldə alışması, ölümün çox olmasına isə səbəb xilasetmə əməliyyatının yetərsizliyi idi.

Aida xanım deyir: “Qradaşım işdən çıxanda iş yoldaşları onu öz avtomobilləri ilə gətirmək istəyiblər. Hətta deyiblər ki, düz evinizə qədər aparacağıq, razı olmayıb. Deyib ki, “metro ilə gedəcəyəm. Müharibəni başa düşmək olur. Bilirsən ki, qarşında, ətrafında düşmən var. Müharibədə ya sən öldürəcəksən, ya da səni öldürcəklər. Xilas olmaq şansı da var. Bu isə qəzadır, hadisədir. Bu hadisədə hamı canını xilas etməyə çalışır. Başa düşmək olar ki, insanlıq naminə həyatını təhlükəyə atıb yaxınlığında olan bir qocanı, bir uşağı da xilas etmək olar. Amma bir adam ki, təkrar-təkrar özünü odun, alovun içinə atıb insanları xilas edirsə, bu, artıq qəhrəmanlıq deyil, missiyadır. Təsəllim ondadır ki, o missiyanı qardaşımın boynuna Tanrı qoyub”.

Çingiz Adil oğlu Babayev 1964-cü il  oktyabrın 2-də Bakı şəhərində anadan olub. Bakıdakı 20 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunda ali təhsil alıb. 1986-cı ildə ali təhsilini başa vuraraq  “Azərelektroterm” zavodunda əmək fəaliyyətinə başlayıb.

Bacısı Aidə xanım söhbətə davam edir: “Çingiz məndən 7 yaş böyük idi. Çox çalışqan, həm də qayğıkeş idi. Uşaqlıq illərim, Çingizlə bigə keçirdiyim günlərim, ömrümün ən gözəl günləri idi. Çingiz çox maraqlı adam idi. Daim öyrənməyə üstünlük verən insanlardan idi. İngilis dilini mükəmməl bilirdi. 1992-ci ildə Çingiz Yasamal rayon Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis işləyirdi. Həmin ilin avqust ayı idi. Evə gələndə gördük ki, əynində hərbi forma var. Evdə ata-anama deməmiş könüllü olaraq Milli Ordu sıralarına yazılmışdı. Bir müddət Goranboy rayonu istiqamətində hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışdı. Sonra onu Bakıdakı hərbi hissələrin birinə dəyişdirdilər. 1994-cü ildə isə Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyə keçirildi. Yaxşı xidmət etdiyinə, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” fəxri fərmanı ilə təltif edilmişdi. Çingiz elə bir adam idi ki, o, hər hansı bir hadisəyə seyrçi qala bilməzdi. Əgər ətrafında bir hadisə baş verərdisə, mütləq o da orada olmalı idi. Özünü düşünən adam deyildi. Metro hadisəsində də belə oldu. Ata-anamı, məni yox, fəryad qoparan, kömək istəyən insanları düşündü qardaşım. Hadisədən bir neçə gün sonra cənazəsini Binəqədi xəstəxanasının meyitxanasından tapdı anam. Yanığı yox idi, zəhərli tüstüdən boğulmuşdu. Subay idi. 31 yaşında özünü qurban verdi”.

Çingiz Adil oğlu Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ən yüksək mükafata – “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına  layiq görlüb. Bakı metrosunun “Ulduz” stansiyasında abidə kompleksi, C.Naxçıvanski adına Hərbi Liseydə isə büstü qoyulub. Oxuduğu orta məktəbə və yaşadığı binanın önünə qəhrəmanın  xatirə lövhəsi vurulub.

Aida xanım deyir ki, Çingizn ən çox xoşladığı qadın adı Mələk idi. Bir qızım var, adını Çingizimin şərəfinə Mələk qoymuşam. Gözü yaşlı, ürəyi dərddən qübar bağlamış bacı susur. Sanki ürəyində nə isə pıçıldayır. Yanaqlarına süzülən göz yaşını silib söhbətə davam edir: “Oğlum olsaydı, onun adını verməzdim. Çingizə mərhum nənəmiz vaxtilə zabit olmuş qardaşının adını qoymuşdu. Nənəmin qardaşının  da ömrü qısa olmuşdu, elə Çingizin ömrü qədər. Bu ad bizim üçün düşərli ad deyilmiş… Qoy onun xatirəsi qəlbimizdə belə yaşasın. Qızıma deyirəm ki, sənin adını sən dünyaya gəlməzdən əvvəl dayın verib”.

Çingiz sadə ziyalı ailəsində doğulmuşdu. Anası Sədət xanım M.F.Axundzadə adına kitabxanada çalışırdı. Atası Adil müəllim də, anası da, həmişə övladlarına “Vətən, xalq, dövlət üçün faydalı vətəndaş olun!” tövsiyəsini vermişlər. Bu gün Çingizin adı  xalqımızın qəhrəmanlıq tarixinə fədakarlığın rəmzi kimi düşən nadir insanlardandır. Hələ neçə illər keçəcək. Onun xilas etdiyi insanlar, onların nəvələri nəticələri, bir də qədirbilən xalqımız Çingizin adını, fədakarlığını unutmayacaq. Çingiz Babayev – ölümü öldürən bir qəhrəman, əbədiyyətin yolçusu kimi yaddaşlarda əbədi olaraq  yaşayacaq.

 

Elşən QƏNİYEV,

“Azxərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!