Ölkəmizə qarşı uydurma yalanlar reallıqdan çox uzaqdır
Qərbi Azərbaycan İcması bunu bəyanatında dünya ictimaiyyətinə çatdırır
Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi məqsədilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan Qayıdış Konsepsiyasının müddəa və tələblərinin icrasının fəaliyyət coğrafiyasını artırır. Redaksiyaya daxil olan müraciətlərdən, məktub və teleqramlardan, internet mesajlarından göründüyü kimi, icmanın fəaliyyəti əhalidə məmnunluq doğurur. Xüsusən də xarici ölkələrdə yüksək tribunalarda Azərbaycanın haqq işinə qara yaxmağa çalışanların, işğalçı və terrorçu ermənilərin müdafəsinə qalxanların arxiv materiallarına əsaslanan rəsmi sənədlər, fakt və rəqəmlər əsl həqiqətin kimin tərəfində olduğuna bariz nümunədir.
Avropa İttifaqının (Aİ) sözçüsü Peter Stanonun "Azadlıq" radiosunun erməni xidmətinə aprelin 6-da verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirlərə cavab da bu yöndə görülən işlərdən biridir, Qərbi Azərbaycan İcması yaydığı bəyanatda müsahibənin həqiqətdən uzaq olduğunu və təxribatçı mövqedən hazırlandığını dünya ictimaiyyətinə açıqlamışdır. Avropa İttifaqının rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O, müsahibəsində etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılması məsələsini də qaldırıb.
"Sadə sual meydana çıxır - görəsən, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ hara baxırdı? Avropa səkkiz Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 mindən artıq azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?
Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən müəyyən müddət keçdiyi üçün onların qayıdış hüquqları daha aktual görünmür?
Bütün bunlar Aİ-nin etnik və dini ayrı-seçkiliyini sübut edir. Aİ nə insan haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil. Hazırda Aİ-nin siyasəti Azərbaycandakı ermənilərin "hüququ" kimi köhnə alətdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı təhrik etməkdən ibarətdir.
Biz Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna son qoyulmasını tələb edirik", - deyə icmanın bəyanatında vurğulanıb. Həmçinin qeyd olunub ki, qayıdış məsələsində ayrı-seçkiliyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq tarixi yurdlarına dönüşün intizarında olan qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi həll edilməlidir.
Avropa İttifaqının sözçüsü Peter Stanonun "Azadlıq" radiosunun erməni xidmətinə verdiyi müsahibənin üstündən çox keçməmiş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırıb və bu məsələnin qapanmadığını bildirıb.
"Qayıdış hüququndan danışan səfir ilk növbədə akkreditə olunduğu ölkədə bu sahədə vəziyyətə dair fikrini bildirməlidir. Görəsən, səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun Ermənistan tərəfindən təmin edilməməsi barədə niyə bir dəfə də olsun danışmayıb?
Biz ABŞ hökumətinə bir daha müraciət edərək, onu Ermənistandan qovulmuş azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son verməyə və onların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, aprelin ikinci ongünlüyündə ABŞ-də fəaliyyət göstərən, özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən "Freedom House" təşkilatı illik hesabat dərc edib. "Xalqlar keçiddə 2024" adlı hesabatda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışılıb.
Hesabatın müəllifləri açıq-aşkar qızışdırıcı mövqe tutaraq, diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxır, habelə ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid edirlər. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia edirlər.
Bu barədə icmanın Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirdi ki, ABŞ-də fəaliyyət göstərən, əslində, muzdlu hökumət aləti olan, özünü "demokratiya və insan hüquqlarının keşikçisi" kimi qələmə verən "Freedom House" təşkilatı bu məqsədlər üçün dövriyyəyə buraxılıb. Dünya ictimaiyyətinə yalan sırımağa çalışan "Freedom House"un illik hesabatı reallıqdan uzaqdır. Bu barədə icmanın bəyanatında da vurğulanır ki, təşkilatın "Xalqlar keçiddə 2024" adlı zərərli və yanlış olan məlumatında Azərbaycanın xüsusi hədəfə alınması "Freedom House"da kök salmış, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin fəaliyyətinin nəticəsidir. "Freedom House"un erməni əməkdaşları insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə milli təəssübkeşlikdən çıxış edərək Azərbaycana qara yaxırlar.
Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində "Freedom House" və digər oxşar təsisatları ifşa etmiş və bildirmişdir ki, "Hamımız bilirik onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Righits Watch", "Amnesty İnternational" və "Freedom House" müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar".
"Freedom House"un "Xalqlar keçiddə 2024" adlı hesabatı, bu sənəddə dünyanı "bizdən və bizdən olmayan" bloklara bölən, açıq formada ayrı-seçkilik və nifrət dili təşviq edilməsi fonunda Azərbaycan Prezidentinin fikirlərində nə qədər haqlı olduğunu bir daha görürük.
Belə olan halda icmanın bu barədə bəyanatında deyildiyi kimi, "Freedom House"un erməni təəssübkeşliyi sadəcə ikrah doğurur.
Rəhman SALMANLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub YENİLƏNİB - 3
02 May
Qarabağda və Şərqi Zəngəzurda xüsusi əhəmiyyət daşıyan təxminən 35 mədəni irs nümunəsi mənfi təsirə ...
02 May
Azərbaycan və Argentina arasında işçi qrupunun ikinci iclasının keçirilməsi müzakirə edilib ...
02 May
Yazıçı-dramaturq Hüseynbala Mirələmova Türkiyənin ASES təşkilatının xüsusi mükafatı təqdim edilib - ...
02 May
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib - YENİLƏNİB
02 May
Bakıda mədəni irsin mühafizəsində qanunvericiliyin rolu ilə bağlı parlamentlərarası konfrans keçiril...
02 May
Aİ-nin dərmanlara nəzarət orqanı COVID-19 vaksinini yeniləməyə çağırıb
02 May
Bakıda Şri-Lanka vətəndaşlarından hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb ...
02 May
Azərbaycanın pravoslav xristian icmasına
02 May
Dini liderlərin Şuşa Bəyannaməsi
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!