27 Oktyabr 2023 16:01
524
CƏMİYYƏT
A- A+
Ölkə hüdudlarından kənarda aparıcı mədən şirkəti olmaq “AzerGold” QSC-nin strateji hədəflərindən biridir

Ölkə hüdudlarından kənarda aparıcı mədən şirkəti olmaq “AzerGold” QSC-nin strateji hədəflərindən biridir

 

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Geologiya-Mədənçilik – “GeoMining” Forumunun rəsmi açılış mərasimi keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Geoloji Kəşfiyyat Agentliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, “AzerGold” QSC, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə keçirilən mötəbər tədbirdə 30-a yaxın ölkədən dövlət qurumları, elmi təşkilat, yerli və xarici şirkətlərin ümumilikdə 300-ə yaxın nümayəndəsi iştirak edir.

“AzerGold” QSC-dən AZƏRTAC-a bildirilib ki, geologiya və mədənçilik sahəsində mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlıq modeli yaratmaq, ölkəmizin dağ-mədən sahəsində potensialını nümayiş etdirmək məqsədilə təşkil edilən forum Ulu Öndər Heydər Əliyevin dağ-mədən sahəsinin inkişafındakı xidmətlərindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Forumun rəsmi açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əvvəlcə Ulu Öndərin ölkəmizdə geologiya və dağ-mədən sahəsinin inkişafı istiqamətində xidmətlərindən danışıb. O, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sözügedən sahələrdə həyata keçirilən fəaliyyətin effektiv nəticələr verdiyini, faydalı qazıntı yataqlarımızın səmərəli idarə olunması sahəsində ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Ümumilikdə ölkəmizin dağ-mədən sahəsində əməkdaşlıq üçün böyük potensialının olduğunu deyən nazir xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda mövcud təbii ehtiyatlarımızın bölgənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov isə qeyd edib ki, Azərbaycanda geologiya və dağ-mədən sahəsi ilə bağlı beynəlxalq miqyasda mötəbər tədbirin məhz belə bir əlamətdar tarixdə - “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi təsadüfi deyil. O bildirib ki, Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kursun effektiv nəticələri ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, dağ-mədən sənayesinin dayanıqlı və dinamik inkişafında da özünü göstərməkdədir.

Qeyd olunub ki, Azərbaycanda və ölkə hüdudlarından kənarda aparıcı mədən şirkəti olmaq “AzerGold” QSC-nin strateji hədəflərindən biridir: “Bu məqsədlərə nail olmaq üçün beynəlxalq tərəfdaşlıq əlaqələrimizi inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq önəmli faktorlardır. Bu mənada forumun həm ölkəmiz, həm də mövcud və potensial xarici tərəfdaşlarımız üçün əhəmiyyəti böyükdür”.

Mərasimdə, həmçinin Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandra Rokasalvo, Türkiyənin Mədən və Neft İşləri Agentliyinin sədri Arslan Narin, Türkiyənin Mədən Texnik Araşdırma Dövlət Şirkətinin rəhbəri Vedat Yanık, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov çıxış ediblər. Onlar müasir dövrdə geologiya və dağ-mədən fəaliyyətinin ekoloji aspektləri, bu sahədə texnologiyalar, rəqəmsal həllər, innovativ yanaşmaların tətbiqi məsələlərindən danışıblar. Qeyd olunub ki, mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan əməkdaşlıq modeli yaratmaq, ətraf mühiti mənfi təsirlərdən qorumaq və daim inkişaf etmək üçün bu forum mühüm platformadır.

Daha sonra forum öz işinə başlayıb. “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzuları üzrə panel müzakirələri təşkil ediləcək, yerli və xarici mütəxəssislərin məruzələri dinləniləcək.

Forum çərçivəsində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici dağ-mədən şirkətlərinin fəaliyyətinə dair sərgi də təşkil olunub.

İki gün davam edəcək forum çərçivəsində yerli və xarici mütəxəssislər, o cümlədən dövlət, elm və iş adamları arasında ikitərəfli görüşlərin təşkili də nəzərdə tutulub. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!