23 Dekabr 2021 02:00
1414
Mədəniyyət
A- A+
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində keçirilən mədəniyyət festivalı maraqlı anlarla yadda qalıb

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində keçirilən mədəniyyət festivalı maraqlı anlarla yadda qalıb

 

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində keçirilən Azərbaycan və Slovakiya mədəniyyət festivalı maraqlı anlarla yadda qalıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Slovakiya mədəniyyət festivalının iştirakçıları - MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyev, həmçinin təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un yeni seçilən vitse-prezidenti  Zemfira Meftaxetdinova, MOK İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, ilk növbədə, Y.Kovalyov adına 229 saylı məktəbin şəhid məzunlarına həsr edilən xatirə lövhəsinin qarşısına gül dəstələri qoyublar.

Şəhidlərin əziz xatirəsinin anılmasından sonra OCEP çərçivəsində reallaşdırılan festivala start verilib.

MOK rəhbərliyinin hesabat-seçki Baş Məclisinin iclasından sonra qatıldığı ilk tədbirin qəhrəmanlarının uşaqlar olması təsadüfi deyil. Bu, MOK-un Olimpiya fəlsəfəsini uşaq və yeniyetmələr arasında təbliğinə əhəmiyyət verməsinin göstəricisidir.

Qonaqları Azərbaycan və slovak dillərində salamlayan şagirdlər təbrik sözlərindən sonra 31dekabr - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan festivalın bədii hissəsi başlayıb.

Məktəblilər hər iki xalqın mədəni irsini özündə ehtiva edən xüsusi kompozisiyalar nümayiş etdiriblər.

Festivalda OCEP-in Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya komitələrinin dəstəyi ilə “Bakı-2019” Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində həyata keçirilən ilk və unikal proqram olduğu bildirilib. Qeyd olunub ki, Avropa və Azərbaycan məktəbləri arasında qardaşlaşma və mədəniyyətlərarası mübadilə layihənin əsas komponentlərindən biridir. Mədəniyyət, idman və təhsil təşəbbüsləri vasitəsilə məktəblilər arasında Olimpiya hərəkatı və dəyərlərinin (hörmət, dostluq və mükəmməllik), həmçinin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nin təbliğ və təşviq edildiyi OCEP-in birinci mövsümündə 100 mindən çox şagird, 6 mindən çox müəllim cəlb olunub.

“Bakı-2019”dan bəhs edən videoçarxın nümayişindən sonra 2022-ci ildə Avropa Gənclərinin Olimpiya Festivalının Slovakiyanın Banska-Bistrika şəhərində keçiriləcəyi haqda məlumat verilib. Proqramın uğurunu nəzərə alaraq Slovakiya Olimpiya Komitəsinin də rəsmi olaraq OCEP-ə qoşulması onu “Banska-Bistrika 2022”nin irsinə çevirmək haqda qərarının əhəmiyyəti xüsusi vurğulanıb. Proqramın ilk mövsümünə olan maraq nəzərə alınaraq Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Təhsil Nazirliyinin və digər tərəfdaşların dəstəyi ilə layihənin bu dəfə Slovakiya ilə paralel şəkildə yenidən Azərbaycanda icra ediləcəyi də bildirilib. Xüsusi qeyd olunub ki, OCEP-in ilk mövsümündən fərqli olaraq, 2022-ci ildən icra ediləcək ikinci mövsümündə qardaşlaşmış məktəblər şəbəkəsinə təkcə Avropadan deyil, dünyanın müxtəlif ölkə və şəhərlərindən də məktəblər qoşula biləcək. Y.Kovalyov adına 229 saylı məktəb bu mötəbər tədbir çərçivəsində AGOF-un yeni ev sahibi Slovakiyanı təmsil edəcək.

Azərbaycan məktəbinin Slovakiyada əməkdaşlıq etdiyi təhsil ocağı isə öz növbəsində məktəblərin səmərəli işbirliyi sayəsində ölkəmizin milli mədəniyyətini təbliğ edəcək və festival çərçivəsində Azərbaycanı təmsil edəcək. Bu isə öz növbəsində mədəni əlaqələr, həmçinin məktəblilər arasında dostluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı, Olimpiya hərəkatının təbliğinin və təşviqinin daha yaradıcı formatda həyata keçirilməsinə mühüm töhfə verir. Məktəbin uğurlu idmançı şagirdlərinin təqdimatı, Slovakiya mətbəxinin ləziz təamları ilə tanışlıq, “Xarıbülbül” barədə məlumat, “Yallı” rəqsi, eləcə də slovak rəqsləri, məktəblilərin ifasında səslənən mahnılar və Milad bayramına özəl səhnələşdirilmiş musiqili-bədii kompozisiya qonaqların böyük marağına səbəb olub.

Beləliklə, təkcə iştirakçılar arasında deyil, həm də BOK və AOK tərəfindən də böyük rəğbətlə qarşılanan OCEP yeni mərhələyə qədəm qoyur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!