26 Noyabr 2025 08:40
468
Mədəniyyət
A- A+
Obrazların arxasından baxan sənətkar

Obrazların arxasından baxan sənətkar


Vaxtından əvvəl ağarmış saçları, ağ saqqalı ona ruhani bir görkəm, müdriklik çaları verir. Səsinin ahəngi də özünəməxsusdur. Aramla, sakit-sakit danışdıqca içində qəribə rahatlıq hiss edirsən. Düşünürsən ki, o, həm də yaxşı psixoloqdur. Lakin bu insan nə psixoloqdur, nə də din xadimi… O, çoxlarının yaxşı tanıdığı ciddi, dramatik obrazların mahir ustası aktyor Kamran Yunisdir. 

Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunis 5 dekabr 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. Aktyor deyir ki, babam Molla Yunisin adını özümə təxəllüs götürmüşəm. Anam salyanlı, atam balakənlidir. Özüm Bakıda doğulmuşam. Xalq şairi Xəlil Rzanın bacısı oğluyam.

Kamran Yunis səhnəyə gəlişini tale məsələsi hesab edir. Bir təsadüf ömrünün yazısı olub. O, bu haqda deyir: "Üçüncü sinifdə oxuyurdum. Bir tədbirə getmişdim. Xəlil Rza ilə görüş, ardınca da Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanmış tamaşa var idi. Mikayıl Mirzə həm tamaşada oynayırdı, həm də tədbirin aparıcısı idi. Onda 8 yaşım vardı. O hadisə əbədi olaraq yaddaşıma həkk oldu. Mikayıl Mirzə şeir dedi, Xəlil dayı da çıxış etdi... O zaman bir ənənə var idi. Teatra gələn aktyorlara təqdim etmək üçün gül buketi aparırdılar. Gözəl adət-ənənə idi. Əslində, heç bir aktyorun o gülə ehtiyacı olmadığını hamı bilirdi. Sadəcə olaraq bu, aktyora olan sayğının, sevginin nümayişi idi, o vaxt da, indi də... Biz də gül almışdıq. Anam dedi ki, gülü mən verim. Demək olar gül elə mən hündürlükdə idi. Gülü verdim Mikayıl əmiyə. Mikayıl Mirzə məni qucağına götürdü. O, şeiri deyəndə mən onun qucağında, sol qolun üstündə zala baxırdım. Nə oldusa, bir möcüzə baş verdi bir dəqiqənin içində. Həmin sehr məni saldı bu ilahi yolun izinə. O gündən, 40-42 ildir ki, mən bu yolun yolçusuyam".

Kamran Yunis 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlunun, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrında çalışıb. Rusiya, İran, Amerika Birləşmiş Ştatları, Misir, Türkiyə, İtaliya, Hindistanda beynəlxalq film festivallarının iştirakçısı olub. "Odlar yurdu Azərbaycan" filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə "Xəlvətdə qalmış müdrik" filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi "Rami" filmi 2007-ci ildə Hidistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Bu filmə görə, 2007-ci ildə dünyanın ən məşhur qəzetləri - "The New York Times", "New Delhi Times" ondan yazıb. 2012-ci ildə Azərbaycanda ilk olaraq Redyard Kiplinqin "Mauqli" (8 saat), 2019-cu ildə isə Vaqif Səmədoğlu şeirlərindən ibarət "Xatirəni… gəl özün apar" gözdən əlil və fiziki imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulmuş audio kitabının müəllifi də Kamran Yunisdir. AzTV-nin dublyaj studiyasında çalışan aktyorun 5000-ə yaxın filmin ana dilimizdə səslənməsində zəhməti var. 

Teatrın cəmiyyətdəki rolundan, aktyor - tamaşaçı münasibətindən danışarkən aktyor dedi:

- Teatr, aktyorluq sənəti tamam başqa bir şeydir. Deyirlər, teatr tərbiyə məktəbidir. Buradan cəmiyyətə mesajlar ötürülür. Mən fərqli düşünürəm. İnsanlar olmaq istədikləri kimi olurlar. İslah olunmayan adamlar heç vaxt düzəlmirlər. 

Teatr mənim üçün insan ruhunun sərbəst yaradıcılıq məkanıdır. Öz düşüncəmi deyirəm: bu günə islamı bizə düzgün anlatmadıqları kimi, bir çox sənət sahələri barədə də yanlış təsəvvür yaradıblar, eləcə də teatr haqqında səhv düşüncədəyik. Teatr əslinə qalsa, bir mistik oyun məkanıdır. İnsanlar teatra enerji mübadiləsi üçün gəlirlər. Teatra gələn öz enerjisini səhnədə olan aktyora ötürür, həm də aktyordan enerji alır. Teatr tamaşaçı ilə sənətçinin ruh mübadiləsi etdiyi məkandır. Baxın muğam heç nəyini dəyişməyib. Muğam hansı müstəvidə var idisə, eyni müstəvidə də qalıb. Biz çox fərqinə varmırıq ki, xanəndə nə oxuyur, biz deyirik, ay gör nə edir. Muğam, klassik simfoniya əsərlərində o ruhsallıq hələ də qalır. Teatrda belə deyil. Gəlin özümüzü aldatmayaq. Çünki "böyük" aktyor olub ağıl, tərbiyə verənlərin ədasını tanıyıram. Böyük sənətkarlarımız var idi. Təkcə sənətləri ilə böyük deyildi həmin insanlar, şəxsiyyətləri, mənlikləri ilə də böyük idilər. Həsən Turabov, Fuad Poladov. Bu gün incəsənətimizin, kinomuzun, teatrımızın durumu məni qane etmir. İnandırım sizi ki, tamaşaçı şəxsiyyətin ardınca gəlir. Yadınıza gəlir, Fuad müəllimin səsi... Onu xatırlayın... Eşidəndə ki, Fuad Hamleti oynayacaq, insanlar teatra axışırdı. Onlar Fuad müəllimi görmək üçün teatra gedirdi. Teatr şəxsiyyətləri sevir. Bax indi teatrlar o şəxsiyyətləri yetişdirmir.

Sosial şəbəkələrin cəmiyyətdəki rolundan danışan sənətkar dedi:

- Sosial şəbəkələrə girmək olmur. Adam baxır, gördüklərindən dəhşətə gəlirsən. Bilmirsən ağlayasan, bilmirsən güləsən. Üç il qabaq "Feysbuk" sosial şəbəkəsindən uzaqlaşdım. Deyərdim ki, bir üç il dincəldim. Dost, tanışlar dedilər ki, "yox, sən sənətçisən, sən gərək sosial şəbəkələrdə olasan. Üzdə olasan, gündəmdə olasan". Mən yenidən qayıtdım sosial şəbəkəyə. Artıq yenə də diksinməyə başlayıram. Sosial şəbəkə aktyor üçün heç nə vermir. Guya bu saytların başında duran ziyalılardır... Hərdən düşünürəm ki, bəlkə biz əxlaq polisi yaradaq? Sosial şəbəkələrdə videoların altına baxırsan, utanırsan. Fikirləşirsən ki, nə yaxşı anam sağ deyil, nə yaxşı ki, bacım yoxdur. Amma bu məmləkətin bütün ana, bacıları bizimki deyillərmi?

Həmişə nümunəvi əxlaqı ilə seçilən insanların obrazını yaradan sənətkar deyir:

- Mənim rol seçmək imkanım olsa, bir az qəddar, bir az ləyaqətsiz, bir az araqarışdıran obrazını seçərdim. Mənim buna ehtiyacım var. Çünki son zamanlar mənəviyyatca zəngin o qədər obraz yaratmışam ki, hiss edirəm özüm-özümü təkrarlayıram. Bunu istəmirəm. Möhürlənmiş düşüncə ilə heç vaxt razılaşmamışam. İstəmirəm ki, məni şablon halına salsınlar.

Uğurlarımızdan danışan aktyorun üzünin cizgiləri də dəyişir. Vətən müharibəsində qazandığımız qələbədən danışarkən fikrini belə ifadə edir: "XXI əsrdə bizim ən böyük uğurumuz, 44 günlük Vətən müharibəsində qələbəmiz oldu. Buna xalqımız və zaman artıq qiymətini verib və gələcək nəsillər də bunun qürurunu yaşayacaqlar. Bunu başa düşdük. Bu gün Azərbaycanda muğam sənəti ilə məşğul olanlar, xalq, bəstəkar mahnılarını ifa edənlər nə isə etməyə çalışırlar və edirlər də... Bəs Azərbaycan teatrı haradadır? Gəlin açıq danışaq. Azərbaycan teatrının bugünkü vəziyyəti elədir ki, onu dəyərləndirmək olmaz. Hanı qələbə mövzusunda hamının ağız-ağız danışdığı, müzakirə etdiyi, təsirindən çıxa bilmədiyi tamaşa və yaxud gözəl bir əsər? Bu gün Qarabağ dirçəlir. Həyat yenidən bərpa olur. Amma mədəniyyət sahəsində bir durğunluq var. Mədəniyyətimiz quruculuq işlərindən geridə qala bilməz. Hansı simfoniya yazılıb? Bəlkə ortalıqda bir diqqətçəkən əsər var, biz bilmirik? Açığını deyim, bizim ədəbiyyat, incəsənət adamları böyük hesabla əsgərlərimizə, ordumuza uduzublar. 

Aktyor Kamran Yunis bu gün Azərbaycanda ən çox seriallara çəkilən, üzdə olan aktyorlardandır. Rejissor-sənətkar münasibətlərindən danışan aktyor deyir:

- Rejissor o qədər savadlı, bilikli olmalıdır ki, istəməsəm də, mən onun qarşısında yığılıb oturmalıyam ki, o məndən elmlidir, ən önəmlisi isə istedadlıdır. Vaqif İbrahimoğlu kimi ustad rejissor məktəbindən çıxan bir adam kimi rejissorlara baxıram, görürəm ki, o qədər bayağı fikirlər, bayağı düşüncələri gətirib ortaya qoyurlar ki, adam rolu oynamaq istəmir. Adil Azayın, Emin Quliyevin Hikmət Rəhimovun filmlərinə çox böyük zövqlə baxıram. Bu gün Azərbaycanda işlədiyim və işləmək istədiyim yeganə rejissor Rövşən İsaxdır. Rövşən İsaxın iş üslubu mənə xoşdur. Çünki düşüncəsinə, səviyyəsinə, istedadına, peşəkarlığına güvənirəm. Biz ötən il böyük bir filmi bitirdik. Hacı Zeynalabdin Tağıyev. Üç film gedib. İndi dördüncü də çıxacaq. Yəqin bu yaxınlarda tamaşaçılara təqdim ediləcək. Mən orada Zərdabini oynamışam. Düşünürəm ki, o film də uğurlarımızdan biridir. Oradakı rolum ömrümə yazılacaq bir işdir. Nə qədər ki, ayağım yer tutur, nə qədər ki, canımda can var, içimdə bir işıq var, daha böyük uğurlu işlər görmək istəyirəm. Təəssüf ki, xoşumuza gəlsə də, gəlməsə də deməliyik ki,  məişət mövzulu serialların altından çıxa bilmirik. Bu bizim gerçəkliyimizdir. 

Aktyor Kamran Yunis vətənpərvərdir, əsl azərbaycanlıdır. Bu Vətənin insanlarını da, hər qarış torpağını da, bu torpağın yetişdirdiyi böyük sənətkarları da ilahi bir eşqlə sevdiyini dilə gətirir. Çatışmazlıqlara, nöqsanlara, onları yaradan səbəblərə etiraz edir. O deyir:

- Azərbaycan dünya mədəniyyətinin mərkəzi ola biləcək bir  qüdrətdədir. Bir dəfə "Odlar yurdu Azərbaycan" sənədli filmini çəkirdik. Qazaxıstandan gəlmiş bir nəfər sənət adamı Azərbaycanı görüb dəhşətə gəlmişdi. Deyirdi ki, dünya sivilizasiyası buradan başlayıb. Atəşgah burdadır, Qobustan burdadır. Nələr yoxdur ki, Azərbaycanda. Elə dünyanın mərkəzi buradır. Azərbaycanın bu qədər zəngin sərvəti var. Ən böyük sərvəti isə istedadlı insanlarıdır. Bir də görürsən dağın başında bir cavan oğlan başladı oxumağa. Deyirsən, Allah, bu nə səsdir, bu nə möcüzədir. Sadəcə olaraq, belə işlərə dəyər vermək lazımdır. Bir çox müqəddəs olan şeylər var, onların qədrini bilməliyik. Müqəddəs bildiklərimizə toxunmaq olmaz. Məsələn, Qız qalasının üstündə mismarla Tahir+Lamiyə yazmazlar. Şirvanşahlar sarayının divarına "piano düzəldirəm" elanı yapışdırmazlar. İçərişəhərdə gəzəndə bəlkə də barmağımızın ucunda gəzməliyik. Çünki bu bizim tariximizdir. Bu, ruhumuzun şəhəridir. Bunları hamılıqla qorumalıyıq. 

Aktyor kimi uğurlarından danışarkən fərəhlə dedi:

-  Mən iki dəfə İranda filmə çəkilmişəm. Pis olmayıb, yaxşı olub. Onlar haqqında dünya mediasında çox gözəl sözlər yazılıb. 

Kamran Yunis səhnəyə çıxanda tamaşaçıya yalnız obraz deyil, yeni nəfəs, düşüncə bəxş edən aktyorlardandır. Kamran Yunisin yaratdığı surətlər Azərbaycan teatr və kino yaddaşında özünə əbədi yer alıb. Sənətə bağlılığı göstərir ki, o, hələ bundan sonra da uzun illər səhnəmizin ruhunu yaşatmaqda davam edəcək.


Elşən QƏNİYEV,

İlham BABAYEV(foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!