Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumrespublika konfransı
Dekabrın 7-də İçərişəhərdə “Art Garden” restoranında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş yekun ümumrespublika konfransı keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi konfrans çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilati, UNESCO üzrə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə işıq üzü görmüş respublikamızın tanınmış Nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, konfrans ölkəmizdə bu ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı müvafiq sərəncama əsasən təşkil edilib.
Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov açaraq bildirib ki, 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bütün ilboyu eyni xarakterli layihələr reallaşdırılmış və nəticədə “Bir əsrlik Nəsimi araşdırmaları” adlı elmi məqalələr toplusu nəşr olunmuşdur. İnanırıq ki, “Nizami Gəncəvi ili”nin sonunda ərsəyə gələn “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı araşdırmalar toplusu da elm və sənət tariximiz üçün çox faydalı olacaq.
Konfransda kitabın elmi redaktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov bildirib ki, Nizami Gəncəvi lap çoxdan yalnız Azərbaycanın övladı olmaq çərçivəsindən çıxıb: “Onun ədəbi yadigarları bəşəriyyətin ən qiymətli sərvətləri xəzinəsinə daxil olub, özü isə bütün xalqların, insanlığın övladı olmaq mərtəbəsinə ucalıb. Nizamidən sonra onun əsərlərinə yüzlərlə nəzirələr yazılıb, Hindistanda Əmir Xosrov Dəhləvi Nizami poemalarına cavab olaraq ilk beşliyi yaratmaqla, əslində, həm də Nizami məktəbinin bünövrəsini qoydu. Əmir Xosrov həm də Nizamiyə cavab yazmağın düsturunu müəyyənləşdirdi: süjet, obrazlar qalmalı, təməl prinsipləri qorunmalıdır”.
Nizaminin dünya dillərinə ən çox tərcümə edilmiş klassiklərdən olduğunu söyləyən R.Hüseynov deyib ki, bu dillərin sırasına zaman ötdükcə yeni-yeni dillər əlavə olunacaq. “Nizami əsərləri ilə yalnız əsrlərboyu təkrarlanacaq ədəbi model deyil, həm də düşüncə, millət quruculuğu, mənəviyyat quruculuğu, dövlət quruculuğu modeli yaratdı. O ideyaları ki, onları Nizami səkkiz əsr əvvəl təbliğ edirdi, bu gün də arzulanandır. O keyfiyyətlər ki, Nizami səkkiz əsr əvvəl onları insanlarda, cəmiyyətdə görmək istəyirdi, bu gün də insanlıq həmin dəyərlərin daha artıq bərqərar olması yolunda mübarizə aparır. Nizami daim bizdən bir addım irəlidədir, həmişə də bizdən bir addım qabaqda olacaq və hər zaman da bizi daha aydın gələcəyə yönəldəcək”, - deyə akademik qeyd edib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu deyən Xalq yazıçısı Anar vurğulayıb ki, böyük şairə həsr olunan hər bir tədbir Nizami bayramıdır: “Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami hər zaman bu xalqa xidmət edib. Nizami də Homer və Firdovsi, Yunis Əmrə və Nəvai, Rustaveli və Puşkin kimi bütün dünyanın fəxridir, amma ilk növbədə, əlbəttə, öz xalqının övladıdır”.
Konfransda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Şəfəq Əlibəyli, Zümrüd Dadaşzadə, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və başqaları Nizami yaradıcılığı haqqında danışaraq kitab barədə fikirlərini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.
Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Vurğulanıb ki, ölkəmizdə yubileyinin 880 illiyi silsilə tədbirlərlə qeyd olunan dahi şairin irsinə həsr olunmuş “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab “Nizami Gəncəvi ili”nə gözəl bir töhfədir. Kitabdan elmi-mədəni, geniş ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri yararlana bilərlər.
Qeyd edək ki, iki fəsildən - “Nizami Gəncəvi klassik araşdırmalarda” və “Nizami Gəncəvi müasir tədqiqlərdə” ibarət kitabın redaktoru akademik Rafael Hüseynov, “Ön söz” müəllifi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, işçi qrupun rəhbəri filologiya üzrə fəlsəfə doktoru İradə Musayevadır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May
Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb
01 May
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
01 May
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb
01 May
Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb...
01 May
“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda...
01 May
Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüsta...
01 May
Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi
01 May
NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bi...
01 May
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub...
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!