Nəzarət kassa aparatlarının elektron qeydiyyatına başlandı
Bu, vergi ödəyicilərinə elektron xidmətlər göstərilməsi sahəsində növbəti yenilikdir
Vergilər Nazirliyi ölkədə sahibkarlığın inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə bir sıra mühüm layihələrin həyata keçirilməsini davam etdirir.
Bu proses Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanından sonra daha da sürətlənmişdir. Həmin layihələrin həyata keçirilməsi nəticəsində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişlənmişdir. 2011-ci ilin iyul ayının 1-dən etibarən fərdi sahibkarların elektron qeydiyyatına başlanılmış, elektron ödəniş sisteminin yaradılması, kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı və digər elektron xidmətlərlə bağlı işlərin yerinə yetirilməsi sürətləndirilmişdir.
Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən verilən məlumatda bildirilir ki, bunun davamı olaraq hazırda nazirlikdə nəzarət kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması ərizələrinin elektron formada vergi orqanına təqdim edilməsi layihəsi üzərində zəruri işlər başa çatdırılmışdır. Nazirliyin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinovun sözlərinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində nağd pul hesablaşmaların aparıldığı təsərrüfat subyektlərində və obyektlərdə vergi ödəyiciləri tərəfindən nəzarət kassa aparatlarının quraşdırılması vəzifəsi təsbit olunmuşdur. Bu günə qədər vergi orqanları tərəfindən vergi ödəyicilərinin kağız formada təqdim etdikləri ərizələr əsasında 80 mindən çox nəzarət kassa aparatının qeydiyyata alınması təmin edilmişdir.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması Qaydaları"na əsasən, nəzarət kassa aparatlarının ölkə ərazisində istifadəsinə onun dövlət reyestrinə daxil edilməsindən sonra icazə verilir. Fəaliyyət növünə görə bu aparatların tətbiqindən azad olunmamış hər bir vergi ödəyicisi müvafiq qeydiyyat üçün ərizə ilə vergi orqanına müraciət etməlidir.
Yeni layihə barədə məlumat verən Natiq Şirinov nəzarət kassa aparatlarının qeydiyyat ərizələrinin vergi orqanına elektron formada həm vergi ödəyicisi, həm də servis texniki xidmət mərkəzləri tərəfindən təqdim edilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Bu dəyişikliklərə qədər vergi ödəyicisi qeydiyyat sənədlərində uyğunsuzluq olmadıqda ərizə ilə müraciət etdikdən 2 gün ərzində qeydiyyata alınırdı. Bundan sonra vergi ödəyicisi qeydiyyat vərəqəsinin alınması və kassa aparatının plomblanması üçün yenidən vergi orqanına gəlməli idi. Nəzarət kassa aparatının plomblanması isə 3 gün ərzində həyata keçirilirdi.
"Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş"lərə edilmiş yeni dəyişikliklərə əsasən isə vergi ödəyicisi internet üzərindən nəzarət kassa aparatının qeydiyyata alınması ilə bağlı ərizə məlumatlarını sistemə daxil edir və proqram tərəfindən avtomatik olaraq onların düzgünlüyü yoxlanılır. Bu halda hər hansı kənarlaşma olduqda vergi ödəyicisnin ekranına müvafiq mesajlar verilir. Ərizə məlumatlarında kənarlaşmalar olmadıqda kassa aparatı qeydiyyata alınır və Vergilər Nazirliyinin operativ nəzarət həyata keçirən strukturuna məlumat ötürülür. Həmin məlumat əsasında vergi əməkdaşı nəzarət kassa aparatının quraşdırıldığı ünvana gedərək onu plomblayır. Bundan sonra vergi ödəyicisinin elektron qutusuna avtomatik olaraq qeydiyyat vərəqi göndərilir.
N.Şirinov qeyd edib ki, yenilik nəticəsində qeydiyyat üçün sərf olunan 2 günlük müddət praktiki olaraq 15-20 dəqiqəyə qədər azalmışdır. Bundan başqa, NKA-nın plomblanması üçün vergi ödəyicisinin vergi orqanına gəlməsinə ehtiyac qalmır. Bunu vergi əməkdaşları ödəyicinin ünvanına getməklə həll edirlər.
Nəzarət kassa aparatlarnın qeydiyyat ərizəsinin servis texniki xidmət mərkəzləri tərəfindən təqdim edilməsi isə qeydiyyat prosesinin daha da sadələşməsinə imkan vermişdir. Qeydiyyatla bağlı bütün işləri vergi ödəyicisi ilə müqavilə bağlamış bu qurumlar həyata keçirir. Ümumiyyətlə, elektron qeydiyyat zamanı vergi ödəyicisi vergi orqanına gəlmir, qeydiyyat sənədlərinin düzgünlüyü insan faktoru olmadan sistem tərəfindən yoxlanılır ki, bu da vergi ödəyicisinin vaxta qənaət etməsinə şərait yaradır.
Vergilər Nazirliyi tərəfindən informasiya- kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla e-xidmətlərin tətbiqi sahəsində işlər davam edir.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!