Neytrino işıq sürətini üstələyir
Avropa fiziklərinin bu sensasiyalı iddiası elm dünyasında bomba effekti törədib. Ağlasığmaz nəticə İtaliyadakı yeraltı "Gran Sasso" laboratoriyasında alınıb. 1400 metr dərinlikdəki bu elmi-tədqiqat müəssisəsi 732 kilometr aralıdakı CERN - Avropa Birliyinə aid yüksək enerji fizikası laboratoriyasının proton supersinxrotronu (SPS) vasitəsilə yaradılan, hərəkət zamanı myuon-netrinodan tau-neytrinoya çevrilən neytrino topasını "OPERA" detektoru ilə tutur.
Xatırladaq ki, neytrino elementar zərrəciyi yüksüz və son dərəcə kiçik kütləlidir, başqa maddələrlə, demək olar ki, qarşılıqlı əlaqəyə girmir. Günəşdə gedən nüvə reaksiyaları zamanı əlavə "məhsul" kimi əmələ gələn neytrino ətrafımızdakı fəzanı doldurur. Saniyə ərzində insan gözündən milyardlarla neytrino keçir və onun orqanizmə heç bir təsiri yoxdur.
Tədqiqat iki il boyunca aparılıb və nəhayət, belə bir əsrarəngiz nəticə alındığı elan olunub: iddiaya görə, 16 min dəfə eyni hal - neytrinonun detektora hesab zamanından (işıqdan) 60 nanosaniyə tez çatdığı qeydə alınıb.
Mütəxəssislər zərrəciklərin keçdiyi məsafəni 20 santimetr xəta dərəcəsi ilə, zamanı isə 10 nanosaniyə qüsurla ölçmək imkanına malikdirlər. Buna görə də fərqin 60 nanosaniyə çıxması mövcud fizika anlayışlarını alt-üst edir - bu, yalnız işıq sürətinin üstələnməsi nəticəsində baş verə bilər ki, bununla da asanlıqla razılaşmaq mümkün deyil. Alınan nəticələrə əvvəlcə inanmayan alimlər eksperiment zamanı buraxıla biləcək səhvləri birər-birər yoxlayıblar. Heç bir nöqsan ortaya çıxarılmayıb.
Müasir fizikanın qəti qənaətinə və bizə öyrədilənlərə əsasən, işığın vakuumdakı sürəti (saniyədə 299 792 458 metr) kainatda mümkün ən maksimal sürətdir. Bunun əksinin isbatı, yəni işıq sürətinin aşılmasının mümkünlüyünün sübuta yetirilməsi nəinki mövcud təsəvvürləri alt-üst edəcək, həmçinin fundamental elmi əsasların, qanunauyğunluqların, baxışların dəyişməsinə gətirib çıxardacaq.
Qeyd edək ki, bu elmi iddianın təsdiqini tapması üçün eyni nəticələr dünyanın başqa laboratoriyalarında, başqa elm nümayəndələri tərəfindən alınmalı, təkrarlanmalıdır. Bu isə başqa tədqiqatlardan fərqli olaraq, heç də asan məsələ deyil. Belə ki, analoji eksperimenti keçirmək imkanı son dərəcə məhduddur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
Ağdam Ağsaqqallar Şurasının konfransı keçirilib
05 May
Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır
05 May
Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!