07 Noyabr 2025 11:28
375
CƏMİYYƏT
A- A+
 Xarici universitetlərdə Zəfər Gününə həsr olunan tədbirlər keçirilib

 Xarici universitetlərdə Zəfər Gününə həsr olunan tədbirlər keçirilib


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə Pakistanın Müsəlman İnstitutunda “Azərbaycan-Pakistan Dostluğu: Zəfər Gününün beşinci illiyi” mövzusunda seminar keçirilib. Tədbirdə Pakistanın keçmiş xarici işlər katibi Naela Çohan, İslamabad Xarici Xidmətlər Akademiyasının keçmiş direktoru Taraq Vahid, Azərbaycan Respublikasının İslamabaddakı səfirliyinin missiya rəhbərinin müavini Samir Əhmədli, admiral Seyid Faysal Əli Şah Hilal-e-İmtiaz və Pakistan Müsəlman  İnstitutunun tədqiqatçısı Asif Tanvir çıxış ediblər. Çıxışçılar bildiriblər ki, Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri dərin köklərə malikdir. Onlar əsrlər boyu davam edən bu münasibətlərin mənəvi və mədəni ortaqlığa əsaslandığını vurğulayıblar. Diqqətə çatdırıblar ki, bu şanlı Zəfər Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və vətəninə olan dərin bağlılığının təntənəsidir. Xalqın, dövlətin və ordunun sarsılmaz iradəsinin, əzminin və qətiyyətinin təcəssümüdür.

Bakı Benəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə,  “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Ərciyəz, Bolqarıstanın K.Oxridski adına Sofiya, Rumıniyanın Aleksandr İoan Kuza, Moldova Dövlət Pedaqoji universitetlərində də Zəfər Gününə həsr edilən seminarlar keçirilib.

Rumıniyanın Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Orxidski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Türkiyədə Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi,  Şanlı Zəfərimiz haqqında ətraflı məlumat veriblər. Tədbirlər zamanı iştirakçılara Vətən müharibəsinin gedişi, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin multikultural və tolerant dəyərlərin bu prosesdəki rolu barədə təqdimatlar edilib.

Qeyd edək ki, BBMM-in 2015-ci ildən həyata keçirdiyi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində bugünədək dünyanın 28 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris olunur.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!