17 Avqust 2026 21:31
856
İQTİSADİYYAT
A- A+
Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

Naxçıvan Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində getdikcə daha mühüm mövqe qazanan ərazilərdən birinə çevrilir. Bunun əsas səbəbi muxtar respublikanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat, enerji, sənaye və logistika imkanlarının paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə Azərbaycanın böyük qələbəsindən sonra regionda yeni kommunikasiya imkanlarının formalaşması Naxçıvanın əhəmiyyətini daha da artırır. Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, nəqliyyat bağlantılarının genişləndirilməsi perspektivi və daha geniş mənada Şərq-Qərb marşrutları ilə inteqrasiya imkanları beynəlxalq tərəfdaşların diqqətini bu regiona yönəldir.

Prezident İlham Əliyev bu bölgəyə səfəri zamanı da bəyan etdi ki, “Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək.” Bu bəyanat Naxçıvanın daha geniş regional bağlantıların mühüm halqası kimi nəzərdə tutulduğunu göstərir. 

Cənab Prezident bəyan etdi ki, “bir çox beynəlxalq qurum, bəzi ölkələr Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə xüsusi maraq göstərir. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.”

İttifaqın da Naxçıvana marağının artmasının əsas səbəblərindən biri alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyətinin yüksəlməsidir. Azərbaycan artıq Avropa ilə enerji sahəsində mühüm tərəfdaşlıq qurub. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan qaz ixrac etdiyi ölkələrdən 10-u Avropa ölkəsidir, onların 8-i isə Aİ üzvüdür. Dövlət baçımız həmçinin Avropanın Azərbaycanı “etibarlı və ümum-Avropa qaz təchizatçısı” kimi xarakterizə etdiyini də qeyd edib. 

Bu mənada Naxçıvanın əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialı da xüsusi diqqət çəkir. Prezident İlham Əliyev qeyd edib ki, bu ərazilər “yaşıl enerji zonaları elan edilib” və Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyasının yaradılması ilə bağlı böyük planlar var. 

Beləliklə, Naxçıvan gələcəkdə həm nəqliyyat-logistika, həm də yaşıl enerji layihələri baxımından beynəlxalq əməkdaşlığın yeni istiqamətlərindən birinə çevriləcək.

Naxçıvanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri ölkənin qərb rayonları ilə yeni nəqliyyat bağlantılarının yaradılması perspektividir.

Bu baxımdan Orta Dəhliz də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən keçən Transxəzər Şərq-Qərb dəhlizi Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa arasında bağlantı yaradır. 

Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi mütləq inşa ediləcək” fikri də Azərbaycanın bu istiqamətdə strateji mövqeyini ortaya qoyur. 

Burada əsas məsələ Naxçıvanın regional logistika zəncirinə daha sıx inteqrasiyasıdır. Bu isə yükdaşımaların artmasına, yeni logistika mərkəzlərinin yaranmasına, sahibkarlıq fəallığının yüksəlməsinə və xarici investisiyaların cəlb olunmasına şərait yaradacaq.

Yəni Naxçıvana artan beynəlxalq maraq təsadüfi deyil. Avropa üçün yeni enerji mənbələri və marşrutları, Asiya ölkələri üçün Avropa bazarlarına çıxış imkanları, Türkiyə üçün regional bağlantıların genişlənməsi, Azərbaycan üçün isə Naxçıvanın iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılması qarşılıqlı maraqlar yaradır.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!