29 Sentyabr 2025 10:38
444
CƏMİYYƏT
A- A+
Muxtar Babayev: COP29 Prezidentliyi aktiv fəaliyyətini davam etdirir  

Muxtar Babayev: COP29 Prezidentliyi aktiv fəaliyyətini davam etdirir  


Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) COP29-dan qalan irsin vacib hissəsidir. Keçən il bu vaxt Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşırdı və bütün dünyanın diqqəti üzərimizdə idi. Çoxtərəfli tərəfdaşlıqların qurulması baxımından COP29 mühüm əhəmiyyət daşıdı və biz strateji hədəflərimizə nail ola bildik.

AZƏRTAC xəbər verir ki, bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev BCAW2025-in açılış mərasimində deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində COP29 çərçivəsində 70 minə yaxın qonaq qəbul olunub. Yeni beynəlxalq dostluq və tərəfdaşlıqlar formalaşdırılıb. Konfransın sonunda bir daha sübut edilib ki, Azərbaycana böyük beynəlxalq tədbirlərin keçirilməsi etibar oluna bilər. “Karbon bazarları ilə bağlı danışıqları uğurla yekunlaşdırdıq. Çoxtərəfli banklar 170 milyard dollarlıq sərmayə paketi ilə çıxış etdilər. Ümumilikdə 10 trilyon dollara yaxın sərmayənin bizim təşəbbüsə qoşulacağı bəyan edildi. Donor hökumətlər isə 350 milyon dollarlıq öhdəlik götürdülər. Hazırda biz bu maliyyə mənbələrini genişləndirmək üçün yol xəritəsi üzərində işləyirik. Həmçinin konfrans çərçivəsində bütün tematik sahələrə toxunuldu, bir çox keyfiyyət göstəricilərinə təsir etmək mümkün oldu. Biz ölkələri investisiya qoymağa təşviq etdik. COP29 Prezidentliyi bu gün də aktiv fəaliyyətini davam etdirir və biz mövcud tərəfdaşlıqları daha da möhkəmləndiririk”, - deyə M.Babayev vurğulayıb.

O əlavə edib ki, hazırda 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunu ölkəmizdə keçirmək üçün müvafiq işlər həyata keçirilir. Bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin bariz nəticəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!