28 Noyabr 2021 00:33
569
CƏMİYYƏT

Müstəqillik dövrünün ən böyük amnistiya aktı

 

Bu gün Azərbaycanda milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin təkmil modeli var. Bu modeli ölkəmizi əhatə edən bütün sahələrdə aydın müşayiət etmək mümkündür. Bu həm də ona dəlalət edir ki, dövlət quruculuğu, torpaqlarımızın işğaldan tam azad edilməsi ölkə Prezidenti

İlham Əliyevin fəaliyyət strategiyasında son məqsəd deyil. Dövlətin möhkəmləndirilməsi cənab Prezident üçün həm də bir nömrəli vəzifədir.

Ölkə dəyərləri, insan hüquqları və azadlıqları, vətəndaş münasibətləri dövlətimizin həyata keçirdiyi və daim xüsusi önəm verdiyi müfəssəl məsələlərdir. Ümummilli Lider Heydər Əliyevin başladığı və bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu prioritetlər cəmiyyətin ən çox məmnun qaldığı aspektlərdir. Bu dinamikanın bir istiqaməti də insan haqları, insan hüquq və azadlıqlarıdır. Buna əlamətdar günlərdə imzalanan amnistiya aktları da əsaslı zəmin verir.

Bu baxımdan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş amnistiyanın ölkə dəyərləri üçün böyük əhəmiyyəti var. Bu amnistiya aktı Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsdür, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə elan edilib. Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib. Belə bir mərhələdə genişmiqyaslı amnistiyanın elan olunması ölkəmizdə humanizm siyasətinin uğurla həyata keçirildiyini göstərir.

Zəfər gününə həsr olunmuş amnistiya müstəqillik dövrünün ən böyük aktıdır. Bu akt Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə etibarını möhkəmləndirməklə yanaşı, həm də dövlətçilik işinin daha bariz səciyyə kəsb edəcəyinə inamı artırıb. Azərbaycan Milli Məclisinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməsini, xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhərinin düşmən əsarətindən qurtulmasını və bunun müharibənin gedişində həlledici rol oynamasını əsas tutaraq irihəcmli amnistiya aktını qəbul etməsi dövlət etiqadının yüksək dəyərlərlə ehtiva olunmasına parlaq sübutdur. Bu amnistiya aktı həmçinin Vətən müharibəsi dövründə yüksək əzm, möhkəm iradə, vahid amal ətrafında birləşmiş, əsgərinə, şəhid və qazilərinə sonsuz ehtiram nümayiş etdirmiş bir dövlətin humanizm ideyasıdır.

Amnistiya aktı bütünlükdə dövlətin üzərinə götürdüyü öhdəliyin tərkib hissəsidir. Dövlət cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, cəzadan azad olunacaq şəxslərin dövlətimizin rifahına və inkişafına öz töhfələrini verəcəklərinə ümid edir.

Yaxın tariximizə nəzər salsaq, görərik ki, indiyədək 11 (on bir) amnistiya aktı qəbul olunub və bu, 117770 (yüz on yeddi min yeddi yüz yetmiş) şəxsə şamil edilib. Eyni zamanda bu günədək Azərbaycanda 67 (altmış yeddi) əfvetmə haqqında qərar qəbul olunub, bu da 8774 (səkkiz min yeddi yüz yetmiş dörd) nəfəri əhatə edib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş sonuncu amnistiya aktı da dövlətimizin humanist siyasətinin növbəti təzahürüdür. Zəfər günü münasibətilə imzalanan amnistiya aktı qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aiddir. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı ayadək olan şəxslərə də şamil olunur. Bu amnistiya aktı Penitensiar Xidmət üzrə 5800 (beş min səkkiz yüz) məhkuma, Probasiya Xidməti üzrə isə 8800 (səkkiz min səkkiz yüz) nəfərə şamil edilib. Amnistiya aktı dörd bölmə və qırx beş hissədən ibarətdir.

Təbii ki, aidiyyəti orqanlar bu amnistiya ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı mühüm işlər görür. Çünki ölkəmizdə hər bir məhkum dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Məhkumlar cəmiyyətə uyğunlaşmaq, reabilitasiya və adaptasiya prosesi keçmək üçün əlbəttə ki, zəruri yardımlar almalı, sonrakı yaşamlarını qanunun tələblərinə əməl etməklə qurmalıdırlar.

8 Noyabr - Zəfər Gününə həsr olunmuş amnistiya aktı genişmiqyaslıdır, öz təfərrüatını insana diqqət prosesi ilə şərtləndirir. Bu da Azərbaycan dövlətinin bütün öhdəlikləri qanunlara, tələb və qaydalara uyğun həyata keçirməsinə tutarlı əsasdır.

 

Nazim ZEYNALOV,

Zəngilan rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video