10 Dekabr 2024 01:43
318
Nazirlər Kabineti
A- A+
“Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın təsdiq edilməsi haqqında

“Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın təsdiq edilməsi haqqında


№ 515


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.24-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 6 ” “ dekabr ” 2024-cü il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il “ 6 ” dekabr tarixli 515 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə QAYDALARI

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”ına uyğun olaraq hazırlanmışdır və mülki aviasiya sahəsində aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı müfəttiş heyətinin (bundan sonra – müfəttiş heyəti) peşəkar hazırlığının təşkili və onların ixtisaslarının artırılması üzrə təlimlərin keçirilməsinə dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar ilə tənzimlənməyən məsələlər “Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”a uyğun olaraq həyata keçirilir.

1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, “Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2. Müfəttiş heyətinin hazırlığının təşkili

2.1. Müfəttiş heyətinin hazırlığının təşkili müfəttişin sahəyə uyğun lazımi səriştələrə yiyələnməsi, həmçinin təhlükəsizliklə bağlı nəzarət funksiyasını və fəaliyyətini səmərəli şəkildə yerinə yetirməsi üçün tələb olunan bütün təlim sahələrinin proqramını əhatə edən Təlim proqramına (bundan sonra – Təlim proqramı) əsasən həyata keçirilir. Təlim proqramı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təsdiq edilir.

2.2. Müfəttiş heyətinin peşə fəaliyyəti sisteminin inkişafı, tələbat və ehtiyacları nəzərə alınaraq Təlim proqramının məzmunu mütəmadi olaraq yenilənir və təkmilləşdirilir. Təlim proqramı hazırlanarkən müfəttişlərin yoxlama həyata keçirəcəkləri sahələrin personalına münasibətdə kvalifikasiyasının yuxarı və ya ən azı eyni həddə saxlanılması ilə bağlı tələblər nəzərə alınmalıdır.

2.3. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş Təlim proqramına uyğun olaraq aviasiya təhlükəsizliyi sahəsində təlim ehtiyacları Agentlik tərəfindən qiymətləndirilərək cari il üçün müfəttişlərin siyahısı, təmsil olunduğu struktur bölmə, təlimlərin adı, iştirak prioritetliyi, periodu, maliyyələşmə, həyata keçirilmə tezliyi, yeri, keçirilmə forması və vaxtı ilə bağlı elementləri özündə ehtiva edən illik təlim planı hazırlanır və təsdiq edilir.

2.4. Aviasiya təhlükəsizliyi üzrə müfəttiş heyəti üçün keçirilən təlimlər ilkin hazırlıq, iş yerində hazırlıq, təkrar hazırlıq və ixtisaslaşmış texniki təlimlərdən ibarətdir.

2.5. Müfəttiş heyəti üçün təşkil edilən təlimlər əyani və ya distant (məsafədən) formada həyata keçirilir.

2.6. Agentlik təlimlərin keçirilməsi ilə bağlı bütün sənədlərin və qeydlərin həm kağız, həm də elektron formada saxlanılmasını, mütəmadi yenilənməsini və nəzarət edilməsini təmin edir.

3. Aviasiya təhlükəsizliyi üzrə ilkin hazırlıq təlimi

3.1. Hər bir şəxs aviasiya təhlükəsizliyi üzrə müfəttiş kimi səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl “Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”la müəyyən edilmiş ilkin hazırlıq təlimi keçməlidir.

3.2. İlkin hazırlıq təlimi Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki Aviasiya Konfransı (ECAC), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) və Agentlik tərəfindən tanınmış aviasiya təhlükəsizliyi üzrə digər beynəlxalq və yerli tədris mərkəzləri tərəfindən keçirilir və təlimin yekununda sertifikat təqdim edilir.

4. Aviasiya təhlükəsizliyi üzrə müfəttiş heyətinin iş yerində hazırlığı

4.1. Müfəttiş heyətinin iş yerində hazırlığı istehsalatdan ayrılmadan, bilikli və təcrübəli müfəttişlərin nəzarəti altında Agentlik tərəfindən həyata keçirilir.

4.2. Müfəttiş heyətinin iş yerində hazırlığı müfəttişlərin ilkin hazırlıq təlimi zamanı əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində bacarıqlarının artırılması və bu bacarıqların praktiki vərdişlərə çevrilməsi məqsədilə həyata keçirilir.

4.3. Aviasiya təhlükəsizliyi üzrə müfəttiş sertifikatı əldə etmiş işçilər müstəqil şəkildə yoxlamalar aparmaq üçün sayı 5-dən az olmayan yoxlamada iştirak etməklə təcrübə keçirlər. Müfəttişin yoxlamalar zamanı fəaliyyəti (beynəlxalq standartların tətbiqi ilə bağlı yol verilmiş nöqsanların aşkar edilməsi, yoxlamadakı aktivliyi və s.) yoxlama rəhbəri kimi təyin edilmiş qrup rəhbərinin rəyinə əsasən təcrübənin qiymətləndirilməsini və müfəttişin müstəqil şəkildə vəzifə öhdəliklərinin icrasına icazə verilməsini müəyyən edir.

4.4. Təcrübə müsbət qiymətləndirilməzsə, bu Qaydaların 4.3-cü bəndindəki prosedur yenidən həyata keçirilir.

5. Müfəttiş heyətinin təkrar hazırlıq təlimi

5.1. Agentliyin ilkin hazırlıq təlimini uğurla başa vurmuş və bu Qaydaların 4.3-cü bəndi ilə müəyyən edilmiş təcrübəsi müsbət qiymətləndirilmiş müfəttiş heyəti Agentlik tərəfindən bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş illik plana əsasən təkrar hazırlıq təliminə cəlb edilir.

5.2. Müfəttiş heyətinin təkrar hazırlıq təlimi aviasiya təhlükəsizliyinin bütün sahələri üzrə biliklərinin artırılması, bacarıqlarının və peşəkarlıq səviyyələrinin, eləcə də dünyagörüşlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

5.3. Təkrar hazırlıq təlimi zamanı aviasiya təhlükəsizliyi sahəsində yoxlamalara cəlb edilmiş müfəttişlər ilkin hazırlıq təlimi zamanı əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində bacarıqlarını artırır və normativ sənədlərlə müəyyən edilmiş yeni tələblərlə tanış olurlar.

5.4. Təkrar hazırlıq təlimi müfəttiş heyətinin istehsalatdan tam və ya qismən ayrılmaqla həyata keçirilir.

5.5. Aviasiya təhlükəsizliyi sahəsində dövlət nəzarətinin səmərəli həyata keçirilməsinin yüksək səviyyədə təmin edilməsi üçün müfəttiş heyəti aşağıdakı sahələr üzrə təlimlər keçir:

5.5.1. aviasiya təhlükəsizliyi sisteminin sertifikatlaşdırılması;

5.5.2. aviasiya təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi;

5.5.3. sərnişinlərə, hava gəmisinin heyətinin üzvlərinə, xidməti personala, əl yükünə və baqaja baxış;

5.5.4. hava limanının (aeroportun) təhlükəsizlik sistemi;

5.5.5. beynəlxalq tələblərə uyğun zəruri hesab edilən digər təlimlər.

6. Müfəttiş heyətinin ixtisaslaşmış texniki təlimi

6.1. Müfəttiş heyətinin ixtisaslaşmış texniki təlimi zamanı aviasiya təhlükəsizliyi sisteminin yoxlanılmasında tətbiq edilən təhlükəsizlik sisteminin sınağının keçirilməsi üsulları və sınaq nümunələrinin hazırlanması və tətbiqi metodları öyrənilir.

6.2. Müfəttiş heyətinin ixtisaslaşmış texniki təliminin nəticələri üzrə imtahan nəzərdə tutulmur və sertifikat verilmir.

6.3. Müfəttiş heyətinin ixtisaslaşmış texniki təliminin istehsalatdan ayrılmadan və ya qismən ayrılmaqla Agentlik tərəfindən həyata keçirilməsi təmin edilir.

6.4. İstehsalatdan ayrılmadan keçirilən təlimlər zamanı Agentlik müfəttiş heyətinin ixtisaslaşmış texniki təliminin keçirilməsi üçün təcrübəli müfəttişləri təlimçi kimi müəyyən edə bilər.

7. Müfəttiş heyətinin təlim keçməsinin maliyyələşdirilməsi

Müfəttiş heyətinin təlim keçməsinin maliyyələşdirilməsi bu məqsədlə ayrılan Agentliyin büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il “ 6 ” dekabr tarixli 515 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə QAYDALARI

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 44.6-cı maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”na, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9734, hissə “A” uçuşların təhlükəsizliyi ilə bağlı dövlət nəzarət sisteminin yaradılması və idarəedilməsinə dair Təlimat”a uyğun olaraq hazırlanmışdır və mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı müfəttiş heyətinin (bundan sonra – müfəttiş heyəti) peşəkar hazırlığının təşkili və onların ixtisaslarının artırılması üzrə təlimlərin keçirilməsinə dair tələbləri müəyyən edir.

1.2. Bu Qaydalar ilə tənzimlənməyən məsələlər “Doc 9734, hissə “A” uçuşların təhlükəsizliyi ilə bağlı dövlət nəzarət sisteminin yaradılması və idarəedilməsinə dair Təlimat”a uyğun olaraq həyata keçirilir.

1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, “Doc 9734, hissə “A” uçuşların təhlükəsizliyi ilə bağlı dövlət nəzarət sisteminin yaradılması və idarəedilməsinə dair Təlimat”, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2. Müfəttiş heyətinin hazırlığının təşkili

2.1. Müfəttiş heyətinin hazırlığının təşkili müfəttişin sahəyə uyğun lazımi səriştələrə yiyələnməsi, həmçinin təhlükəsizliklə bağlı nəzarət funksiyasını və fəaliyyətini səmərəli şəkildə yerinə yetirməsi üçün tələb olunan bütün təlim sahələrinin proqramını əhatə edən Təlim proqramına (bundan sonra – Təlim proqramı) əsasən həyata keçirilir. Təlim proqramı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təsdiq edilir.

2.2. Müfəttiş heyətinin peşə fəaliyyəti sisteminin inkişafı, tələbat və ehtiyacları nəzərə alınaraq Təlim proqramının məzmunu mütəmadi olaraq yenilənir və təkmilləşdirilir. Təlim proqramı hazırlanarkən müfəttişlərin yoxlama həyata keçirəcəkləri sahələrin personalına münasibətdə kvalifikasiyasının yuxarı və ya ən azı eyni həddə saxlanılması ilə bağlı tələblər nəzərə alınmalıdır.

2.3. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş Təlim proqramına uyğun olaraq uçuşların təhlükəsizliyi sahəsində təlim ehtiyacları Agentlik tərəfindən qiymətləndirilərək cari il üçün müfəttişlərin siyahısı, təmsil olunduğu struktur bölmə, təlimlərin adı, iştirak prioritetliyi, periodu, maliyyələşmə, həyata keçirilmə tezliyi, yeri, keçirilmə forması və vaxtı ilə bağlı elementləri özündə ehtiva edən illik təlim planı hazırlanır və təsdiq edilir.

2.4. Uçuşların təhlükəsizliyi üzrə müfəttişlər üçün keçirilən təlimlər ilkin hazırlıqdan, iş yerində hazırlıqdan və davamedici təlimlərdən (dövri təlimlər və xüsusi təlimlər (yenidən ixtisaslaşdırma və ixtisasartırma) ibarətdir.

2.5. Müfəttiş heyəti üçün təşkil edilən təlimlər əyani və ya distant (məsafədən) formada həyata keçirilir.

2.6. Agentlik təlimlərin keçirilməsi ilə bağlı bütün sənədlərin və qeydlərin həm kağız, həm də elektron formada saxlanılmasını, mütəmadi yenilənməsini və nəzarət edilməsini təmin edir.

3. Müfəttiş heyətinin ilkin hazırlıq təlimi

3.1. Uçuşların təhlükəsizliyi sahəsində dövlət nəzarətinin təmin edilməsi üçün müfəttiş heyəti aşağıdakı sahələr üzrə ilkin hazırlıq təlimləri keçir:

3.1.1. uçuşa yararlılıq sahəsində;

3.1.2. hava gəmilərinin istismarı sahəsində;

3.1.3. aerodrom, helikopter meydançalarının və yerüstü xidmətin fəaliyyəti sahəsində;

3.1.4. hava hərəkətinin idarə edilməsi sahəsində;

3.1.5. aviasiya personalına şəhadətnamə, vəsiqə və ya sertifikat verilməsi sahəsində;

3.1.6. təhlükəli yüklərin daşınması sahəsində;

3.1.7. aviasiya hadisələri və insidentləri sahəsində;

3.1.8. beynəlxalq tələblərə uyğun zəruri hesab edilən digər təlimlər sahəsində.

3.2. Uçuşların təhlükəsizliyi üzrə müfəttişlərə öz səlahiyyətlərinin icrasına başlamaq üçün Agentlik tərəfindən ilkin hazırlıq təlimləri təşkil edilir.

3.3. İlkin hazırlıq təlimi müfəttiş heyəti istehsalatdan ayrılmaqla və ya istehsalatdan ayrılmadan həyata keçirilir. İlkin hazırlıq təlimləri təcrübəyə və təlim keçmək sertifikatına malik iş yerindəki mütəxəssis və ya təcrübəyə və təlim keçmək sertifikatına malik təlimçi qismində cəlb edilmiş şəxs tərəfindən həyata keçirilir.

3.4. İlkin hazırlıq təlimi zamanı müfəttişlərin təyin olunduqları vəzifənin xüsusiyyətlərindən asılı olmayaraq onlar üçün məcburi olan beynəlxalq və milli qanunvericilik aktları ilə tanışlıq təmin edilir.

3.5. İlkin hazırlıq təlimini başa vurduqdan sonra müfəttişlər onlar üçün məcburi olan beynəlxalq və milli qanunvericilik aktları, Agentliyin hüquq və vəzifələri, eləcə də yuxarıda qeyd edilən mövzular barədə biliyə malik olmalıdırlar.

3.6. Agentlik müvafiq sahədə vəzifələrin icrasının və bəzi xüsusi funksiyaların yerinə yetirilməsinin səmərəliliyini təmin etmək məqsədilə müfəttişlər üçün ixtisaslaşdırılma təlimləri müəyyən edir.

3.7. Agentlik müfəttiş üçün ilkin hazırlıq təliminin həyata keçirilməsi məqsədilə təcrübəli müfəttişləri təlim rəhbəri kimi təyin etməlidir.

3.8. Təlim rəhbərinin bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş biliklərin müfəttişlər tərəfindən öyrənilməsi ilə bağlı müsbət rəyi olarsa ilkin hazırlıq təlimi müfəttişlər tərəfindən başa vurulmuş hesab edilir və onlar müstəqil şəkildə vəzifələrinin icrasına buraxılırlar.

4. Müfəttiş heyətinin iş yerində hazırlığı

4.1. Agentlik tərəfindən təşkil edilən iş yerində hazırlıq aşağıdakı mərhələlərdən ibarətdir:

4.1.1. ilkin mərhələdə təlimatçı tərəfindən iş yerində yerinə yetirilən vəzifə öhdəlikləri nümayiş etdirilir və təlimçi müşahidəçi qismində iştirak edir;

4.1.2. ikinci mərhələdə təlimatçının və təlimçinin birgə iştirakı ilə iş yerində vəzifə öhdəlikləri yerinə yetirilir;

4.1.3. üçüncü mərhələdə təlimçi sərbəst şəkildə iş yerində vəzifə öhdəliklərini yerinə yetirir və bu təlimatçı tərəfindən müşahidə olunaraq xüsusi vərəqədə qeyd edilir.

5. Müfəttiş heyətinin davamedici təlimləri

5.1. Müfəttiş heyətinin peşəkarlıq səviyyəsinin və əməyinin keyfiyyətinin yüksəldilməsi, onların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi, onlar tərəfindən daha müasir peşə bacarıqlarının qazanılması, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübənin əldə edilməsi üçün müfəttiş heyətinin ixtisasının artırılması məqsədilə davamedici təlimlər keçirilir.

5.2. Müfəttiş heyətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının keçirdiyi müvafiq iclaslarda, seminar və vebinarlarda iştirakı təmin olunmalıdır.

5.3. Müfəttiş heyətinin ixtisasının artırılması zamanı mütəxəssisin ixtisas sahələri üzrə nəzəri bilikləri əsas götürülür.

5.4. Müfəttiş heyətinin davamedici təlimlərinə dövri və xüsusi (yenidən ixtisaslaşdırma və ixtisasartırma) təlimlərdən ibarət təlimlər daxildir.

5.5. Müfəttiş heyətinin yenilənən tələblərə uyğun yoxlama və nəzarət funksiyalarını həyata keçirməsi və yenilənən sahəvi materiallarla tanışlıq məqsədilə Agentlik dövri təlimlər təşkil edir.

5.6. Agentlik tərəfindən illik təlim planına uyğun olaraq müvafiq proqramlar əsasında xüsusi (yenidən ixtisaslaşdırma və ixtisasartırma) təlimlərin həyata keçirilməsi təşkil edilir.

6. Müfəttiş heyətinin təlim keçməsinin maliyyələşdirilməsi

Müfəttiş heyətinin təlim keçməsinin maliyyələşdirilməsi bu məqsədlə ayrılan Agentliyin büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:47
17 Dekabr

"Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

00:46
17 Dekabr

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:46
17 Dekabr

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:45
17 Dekabr

"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:44
17 Dekabr

N.N.Məmmədovun Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

00:44
17 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:43
17 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:42
17 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

00:40
17 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan "Bibiheybət" Gəmi Təmiri Zavodu üçün iaşə xidmətlərinin satın alınması məqsədilə ikimərhələli (1-ci mərhələ texniki tələblər, 2-ci mərhələ kommersiya qiymətləndirilməsi) müsabiqə elan edilir

00:39
17 Dekabr

Müqəddəs Taxt-Tacın katibi Tolerantlıq Evi ilə tanış olub 

23:53
16 Dekabr

Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib  

22:34
16 Dekabr

İcma: ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib  

22:33
16 Dekabr

Emin Əmrullayev: Beynəlxalq tədqiqatlarda toplanan məlumatların milli kontekstə uyğun şəkildə interpretasiyası təmin edilməlidir  

22:31
16 Dekabr

Gələn il UEFA Superkuboku uğrunda oyun İtaliyada keçiriləcək  

22:30
16 Dekabr

İl ərzində 13 min 545 yanğın qeydə alınıb  

22:28
16 Dekabr

DİN: Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

21:18
16 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

20:43
16 Dekabr

YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı təsdiqlənib

20:07
16 Dekabr

ÜƏMT-nin departament direktoru ilə universitetlərin rektorları arasında görüş keçirilib

19:56
16 Dekabr

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi qeyd edilib  

19:47
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!