09 Sentyabr 2025 18:58
947
PARLAMENT
A- A+
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 3 məsələ müzakirə edilib  

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 3 məsələ müzakirə edilib  


Sentyabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəliyə 3 məsələnin daxil olduğunu bildirib.

O, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, sessiya dövründə komitənin 11 iclası keçirilib, ümumilikdə 27 məsələyə baxılıb və 11 qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 351 ərizə daxil olub. Onlardan 283-ü müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib, digər müraciətlər isə komitədə araşdırılıb və qanunvericilik təşəbbüslərinin hazırlanmasında nəzərə alınıb.

Sonra Arzu Nağıyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, sessiya dövründə qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinin müzakirəsinin aparılması, komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə dinləmələr təşkil olunması, bununla yanaşı, aidiyyəti qurumlardan daxil olan təkliflərin araşdırılması, vətəndaş müraciətlərinə baxılması nəzərdə tutulur.

Komitə sədri daha sonra “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin birinci oxunuşu barədə məlumat verib. Arzu Nağıyev diqqətə çatdırıb ki, bu qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq, daxili qoşunların fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Sənəddə daxili qoşunların vəzifə və səlahiyyətləri, idarəolunma prinsipləri, həmçinin ölkənin konstitusiya quruluşunun, suverenliyinin, ictimai asayiş və təhlükəsizliyinin qorunmasındakı rolu əksini tapıb. Bildirilib ki, təklif olunan yeni qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir.

Müzakirələr zamanı komitə sədrinin müavini, üzvləri çıxış ediblər, təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

İclasda Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev çıxış edərək sualları cavablandırıblar, təkliflərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihəsi isə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!