04 Noyabr 2025 08:40
446
CƏMİYYƏT
A- A+
Mübarizin təkcə həmyerlisi deyildi...

Mübarizin təkcə həmyerlisi deyildi...


Həm də qəhrəmanlıq yolunun davamçısı idi


İkinci Qarabağ müharibəsində qəhrəmanların qanı bahasına  düşmənə "əsir" düşən müqəddəs Vətən torpaqları  44 günün içində azadlığa qovuşdu və bununla Azərbaycanımızın yeni, şanlı tarixi  yazıldı. 

Bu şərəfli yolda oddan-alovdan keçib sinəsini Vətənə sipər edən minlərlə qeyrətli igidlərdən  biri  də polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovdur. Müharibə meydanında son nəfəsinə qədər  yağıya qan qusduran, 38 yaşında əbədiyyətə qovuşan Orxanın  şərəfli ömür yolu Vətəninə, torpağına məhəbbət mücəssəməsinə dönərək gələcək nəsillər üçün də örnək oldu. 

1982-ci ildə Biləsuvarda ziyalı ailəsində dünyaya göz açan Orxan Əkbərov Vətəninə, xalqına, insanlığa ilahi bir sevgi ilə boy atıb, yetkinlik yaşına çatıb. Yurdunun taleyi  onu daha çox düşündürüb və belə bir vaxtda hərbçi olmağı özünə ən doğru yol bilib. Orta təhsilini başa vurduqdan sonra - 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Burada hərbi biliklərə mükəmməl yiyələnib, Vətənə olan sevgisini nümunəvi  davranışı ilə göstərib, həmçinin vacib  təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş etdirib. Üstəlik, idmanın boks növünə həvəsi qatıldığı  bütün yarışlarda Orxana uğur qazandırıb. 

Leytenant rütbəsi alan Orxan 2005-ci ildə Təlim Tədris Mərkəzində daha bir il oxumaqla peşəsinə ürəkdən bağlı bir bacarıqlı kəşfiyyatçı kimi yetişib. Füzulidəki "N" saylı həbi hissədə taqım komandiri, sonra bölük komandiri  vəzifəsində çalışmaqla  canından artıq sevdiyi  doğma Azərbaycana  şərəflə xidmət edib, cəsurluğu, igidliyi, mərdliyi, əsgərlərinə məhəbbətlə yanaşması  ona saf sevgi gətirib. Özü necə Vətəni sevibsə, əsgərlərinə də  bunu öyrədib.  Hər qarış torpağı  uğrunda canından keçməyə hazır olan Orxan idman yarışlarından da qalmır, həmişə  yüksək nəticələrlə əsgərlərini sevindirib. Bir qayda olaraq  düşmən tapdağına dönən torpaqları azad etmək naminə təlimlər zamanı gücünü durmadan artırıb, çətin tapşırıqları belə uğurla yerinə yetirib, əsgərləri, zabitləri qələbəyə kökləyib. Qəlbində gəzdirdiyi ən ülvi istək isə müqəddəs Şuşa torpağının bağrına üçrəngli bayrağımızı  sancmaq olub.

Orxan Əkbərovun 14 illik xidməti ön cəbhədə keçib. O, bununla qürur duyub, peşəkar zabit kimi özünə hörmət, şöhrət qazandırıb. İllər ötdükcə artan zəngin təcrübəsi, cəsarəti yağının gözünə ox olub. Beyləqan və Ağdam rayonlarında "N" saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu  zaman dəfələrlə ən yaxşı döyüş hazırlığı adına layiq görülüb. Cəbhə xəttində erməni dığaları ilə qarşı-qarşıya gələndə onların layiqli cəzasını verib. Orxanın odla-alovla çarpışan günləri çox olsa da, Vətən məhəbbəti, düşmənə amansız nifrəti bir an belə azalmayıb. Nümunəvi xidməti nəzərə alınaraq  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Qüsursuz xidmətə görə 3-cü dərəcəli", "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medallarla təltif edilib.

Həmişə Ali Baş Komandanın döyüş əmrini böyük intizarla gözləyən Orxan Əkbərov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. O, əsgərlərinin önündə olmaqla Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını başına sovurub.  Horadiz istiqamətində meşədə çoxlu sayda xüsusi təyinatlı düşmən əsgərinin məhv  edilməsində  xüsusi rəşadət göstərib. Eyni zamanda düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandanlığı ilə məhv edilib.  Hər gün  düşmənlə üz-üzə durub ölümün gözünə dik baxan kəşfiyyatçı  komandir daşnaklara ciddi itki verməklə onların cəbhədə törətdiyi  təxribatların qarşısını vaxtında ala bilib. Azərbaycanın qəhrəman oğlu 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşdə də yağıya, sözün əsl mənasında, qan uddurub.  

2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın  hücum  əmri gələndə polkovnik-leytenant  Orxan Əkbərov  silaha sarılıb, sinəsini Vətənə sipər edib. Mərdliklə vuruşub, bir-birindən çətin döyüşlərdən zəfərlə çıxıb. Şuşanı azad görmək arzusu ilə igid döyüşçü düşmənə göz açmağa imkan verməyib, 200-dən çox erməni əsgərinin axırına çıxıb, bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmən snayperi ilə açılan atəş nəticəsində  şəhadətə ucalıb. Doğma Biləsuvar rayonunda  canı qədər sevdiyi torpağa tapşırılıb. Dövlət başçısının sərəncamı ilə ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda" və digər medallarla  təltif olunub.  Ailəli olan şəhidimizin Vətənə  əmanət iki övladı yadigar qalıb.


Zəfər ORUCOĞLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!