23 Oktyabr 2025 08:20
470
CƏMİYYƏT
A- A+
Müasir dövrün qlobal çağırışları həm də mənəvi dəyərlərin qorunmasını tələb edir

Müasir dövrün qlobal çağırışları həm də mənəvi dəyərlərin qorunmasını tələb edir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" mövzusunda keçirilən beynəlxalq simpozium öz işinə başlayıb.

Dövlət rəsmilərinin, dini konfessiya təmsilçilərinin, yerli ali təhsil və tədqiqat müəssisələrindən olan nümayəndələrlə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərlərinin də yer aldığı, 40-a yaxın alim və mütəxəssisin iştirak etdiyi simpozium Dövlət himnimizin səsləndirilməsi ilə öz işinə  başladı. Sonra Aİİ-nin II kurs tələbəsi Cəlal Cəfərlinin təqdimatında müqəddəs kitabımız "Qurani-Kərim"dən surə oxundu.

Simpoziumda açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirdi ki, uzun illər ərzində xalqın tarixi yaddaşında, ictimai şüurunda din və təhsil az qala əks qütbdə dayanan iki fərqli, bir-birinə zidd anlayışlar kimi stereotipləşmişdi. Bu, bəlkə də onunla bağlı idi ki, sovet təhsil sistemi bizə dini xurafatın, təhsili isə elmin ilk pilləsi, bəzən hətta fundamental əsası kimi təqdim etmişdi. Lakin bu gün elə bir dünyada yaşayırıq ki, bütün keçmiş stereotipləri sındıraraq hər bir anlayışın fəlsəfəsini kəşf etməyə çalışırıq.

Müasir dövrdə cəmiyyət xurafatın və mifologiyanın təlqin etdiyi tezislər əsasında deyil, elmi-texniki nailiyyətlər, tədqiqatlar, araşdırmalar əsasında əldə edilmiş nəticələrlə idarə olunur. Elə bir zamana gəlib çatmışıq ki, həyatımızın bütün sahələrinə sirayət edəcək süni intellektin kövrək, lakin qətiyyətli addım səslərini eşidirik. Həmin səslərə qulaq verdikcə ictimai münasibətlər sisteminin nə qədər sürətlə dəyişdiyinin fərqinə varırıq. Bu, elə bir münasibətlər sistemidir ki, dinin özünü də öyrənilməsi vacib olan xüsusi bir sahə kimi qəbul edir. Bu mənada ilahiyyat elminin meydana gəlməsi məhz dinə elmi yanaşmanın məntiqi yekunudur.

Bəşəriyyət yaradılışdan bəri bir çox suala cavab axtarıb. O sualların bir hissəsinin cavabını biz məhz elmdə tapmışıq, təhsildə öyrənmişik. Lakin hələ də insanların cavabını dində, inanclar sistemində axtardığı çoxlu sual var. Əlbəttə ki, onlar bu axtarışlarında haqsız və əsassız deyillər.

Ən azı ona görə ki, bir çox halda bu sualların cavabını məhz dində tapa bilirlər. Ancaq bəzən bu cavablar çoxlu mübahisəyə, müzakirəyə yol açır, yeni suallar doğurur. Bu suallara, müzakirə və mübahisələrə aydınlıq gətirmək üçün biz yenə də elm adamlarına - ilahiyyatçılara üz tuturuq. Elm və dinin bu qaçılmaz ittifaqı bizə dünyanı daha yaxşı dərk etmək şansı verir. Bu şansı doğru istifadə etməyin yolu isə təhsildən keçir. Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, din haqqında təsəvvürlər elmi biliklər əsasında formalaşmalıdır. 

Komitə sədri daha sonra xüsusi olaraq vurğulamışdır: "Din, sadəcə, ehkamlardan ibarət deyil, sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır. Dini öyrənmək üçün xüsusi maraq lazımdırsa, öyrətmək üçün, sözün həqiqi mənasında, dərin biliyə, erudisiyaya, eyni zamanda elmi məntiqə malik olmaq vacibdir. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir".

Komitə sədri onu da vurğulamışdır ki, ölkəmiz dünyada dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaratmağa müvəffəq olub və biz haqlı olaraq bununla fəxr edirik. Əminəm ki, dini təhsilin də ən uğurlu modellərindən biri də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla bilər.

Tədbirdə  elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirmişdir ki, müasir dünyada dinin rolu təkcə mənəvi dəyərlərin qorunması ilə məhdudlaşmır, həm də cəmiyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycanın zəngin qeyri-maddi mədəni irsi ölkəmizin tarixinin, milli kimliyinin ayrılmaz hissəsidir. O həmçinin Qarabağın işğaldan azad edilməsindən sonra dini abidələrin bərpasına xüsusi diqqət yetirildiyini, Prezident 

İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə mühüm təşəbbüslərlə çıxış etdiklərini vurğuladı. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycanda milli-dini tolerantlığın dünyada ən yüksək səviyyədə olduğunu qeyd edərək bunun ölkədə mühüm dövlətçilik siyasətinin həyata keçirilməsindən qaynaqlandığını dedi. Deputat onu da qeyd etdi ki, bu cür tədbirlərdə hər zaman bütün dinlərin nümayəndələrinin birgə iştirakının şahidi olmuşuq. Bu münasibət siyasət və metodoloji baxımdan ideal yanaşmadır. Ona görə də Azərbaycanda dini, milli tolerantlıq ciddi təməllərə söykənərək inkişaf edir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxışında maraqlı məqamlara toxunaraq demişdir: "Müasir dövrün qlobal çağırışları həm mənəvi dəyərlərin qorunmasını, həm də elmi düşüncə ilə dünya düzəninin qurulmasını tələb edir. Bu çağırışlar fonunda dinin cəmiyyətdəki rolu artmaqda olsa da, dinə münasibət yalnız inanc səviyyəsində deyil, eyni zamanda ictimai və hüquqi müstəvidə də qiymətləndirilməlidir". Deputat vurğuladı ki, dini təhsilin əsas məqsədi, sadəcə, dini bilik vermək deyil, eyni zamanda müasir dövrə uyğun gəlməyən, radikal və cəmiyyətdə parçalanma yaradan dini baxışların qarşısını almaq olmalıdır. Bu həm vətəndaşların maarifləndirilməsi, həm də cəmiyyətin təhlükəsizliyi baxımından vacibdir. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev də çıxış edərək tədbirin faydalı müzakirələrin aparılması baxımından əhəmiyyətini  qeyd etdilər. 

Simpoziumun təşkilində məqsəd Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili və onların həlli məqsədilə irəli sürülən təkliflərin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!