27 Aprel 2024 00:09
5144
Təhsil
A- A+
Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

 

Aprelin 27-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2024-2025-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 500-dən çox şagird qatılıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuriy Sadovniçiy 2025-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaradılmasının 270 illiyinin tamam olacağını, bu münasibətlə Moskvada tədbirlər keçiriləcəyini və Bakı filialından nümayəndələrin də həmin tədbirlərdə iştirak edəcəyini söyləyib. Professor Yuriy Sadovniçiy diqqətə çatdırıb ki, bu il həm də MDU-nun Bakı filialının 16 yaşı tamam olur. Xatırladıb ki, 2008-ci ildə Bakı filialı üç fakültə - Tətbiqi riyaziyyat, Kimya və Filologiya fakültələri ilə fəaliyyətə başlamışdısa, sonralar Psixologiya, İqtisadiyyat və Fizika fakültələri də açılıb. Ali təhsil müəssisəsinin uğurları MDU-nun Bakı filialının rektoru akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür.

2012-ci ildən etibarən Bakı filialında tədris Xocəsəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Məzunlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar.

Daha sonra professor Yuriy Sadovniçiy “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

“Açıq qapı” günündə Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi, Diferensial həndəsə və tətbiqlər kafedrasının dosenti Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna olunmaqla, respublika vətəndaşları üçün bakalavr səviyyəsində təhsil pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına ali təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən (I-IV) ixtisas qrupu üzrə DİM-in qəbul imtahanında ən azı 150 bal (400 mümkün baldan) toplamaq tələb olunur.

Ərizələri yalnız bir fakültəyə vermək olar. Ərizə forması https://msu.az saytında və ya DİM-in saytında (http://dim.gov.az) doldurula bilər. Sualı olanlar [email protected] ünvanına və Qəbul komissiyasına [email protected] yaza bilərlər.

MDU-nun Bakı filialının magistraturasına da qəbul olmaq üçün əvvəlcə DİM tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman DİM-in magistratura səviyyəsinə qəbul imtahanında ən azı 40 bal toplamaq tələb olunur. Azərbaycan Respublikasında büdcə hesabına magistratura təhsili almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün magistratura təhsili pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına magistratura təhsili almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Məlumat verilib ki, MDU-nun Bakı filialında fənlər üzrə Bazar günü məktəbləri fəaliyyət göstərir və iştirak pulsuzdur.

“Açıq qapı” günündə M.V.Lomonosov adına MDU-nun Filologiya fakültəsinin İngilis dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Aleksandra Anisimova, Mexanika-riyaziyyat fakültəsinin Diferensial tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Qriqoriy Çeçkin, Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Yuriy Kokşarov, Kimya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Fiziki kimya kafedrasının aparıcı elmi işçisi, kimya elmləri namizədi Yekaterina Altova, İqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul, Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri namizədi Ceyhun Hüseynov, Psixologiya fakültəsinin Ümumi psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Olqa Arestova çıxış ediblər.

Diqqətə çatdırılıb ki, MDU-nun Bakı filialının Kimya və Fizika fakültələrinin laboratoriyaları ən müasir avadanlıqla təchiz edilib. Tələbələr nəzəriyyə ilə yanaşı təcrübi biliklərə ən yüksək səviyyədə nail olurlar. Məzunların iş tapmaqda problemləri olmur. Filialın elmi-tədqiqat işi müasir elektron kitabxananın bazası, habelə ən qabaqcıl avadanlıqlarla təchiz edilmiş 21 laboratoriya və linqafon kabinet əsasında aparılır.

Xatırladılıb ki, hələ 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadası MDU-nun Bakı filialının maddi-texniki bazası əsasında ən müasir avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

“Açıq qapı” günündə çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra onlara xüsusi avtobuslarda Xocəsəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb. Şagirdlər orada auditoriyalar, kitabxana, laboratoriyalar, konfrans zalı, tələbə mərkəzi, idman kompleksi, yataqxana və yeməkxana ilə tanış olublar.

Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!