02 Iyul 2024 12:39
133
Təhsil, ELANLAR
A- A+

Moskva Dövlət Universitetinin Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul elan edir

 

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir.

AZƏRTAC xəbər verir ki, qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış olmaq mümkündür.

MDU-nun Bakı filialının bakalavriat səviyyəsinə qəbul olmaq haqqında ərizə qəbulu elektron qaydada 1 avqust saat 12:00-dək aparılacaq. Ərizə göstərilən tarixədək filialın msu.az saytında və yaxud dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

E-mail: [email protected]

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mobil)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video