19 Aprel 2024 16:48
259
İDMAN
A- A+

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

 

Milli Olimpiya Komitəsində (MOK) Baham adaları Olimpiya Komitəsinin ilk qadın vitse-prezidenti, "idmanda qadınlar" təşkilatının sədri və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Vaderine Hepburnla görüş olub.

AZƏRTAC xəbər verir ki, qurumun baş katibi Azər Əliyev MOK-un beynəlxalq idman əlaqələrindən danışıb. O, bu əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdiyi uğurlar barədə də qonağa məlumat verib. Baş katib idmançılarımızın “Paris-2024” Yay Olimpiya Oyunlarına 17 lisenziya qazandığını deyərək bu yaxınlarda ölkə idmanı tarixində qadınlardan ibarət 3x3 basketbol komandamızın da ilk dəfə olimpiadada iştirak etmək hüququ əldə etdiyi vurğulayıb.

Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti Kora Valderine Hepburn isə ikinci dəfə ölkəmizdə olduğunu qeyd edib. Baham adaları Olimpiya Komitəsinin fəaliyyəti barədə məlumat verən qonaq, həmçinin ölkəsini təmsil edən idmançıların da Olimpiadaya lisenziya qazandığını bildirib. O, Baham Olimpiya komandasının Yaponiyadakı nümayəndəliyinin ilk rəhbəri, eyni zamanda “Paris-2024” Yay Olimpiya Oyunlarında da ölkəsinin nümayəndə heyətinin rəhbəri olduğunu diqqətə çatdırıb.

İki ölkə arasında idman sahəsi üzrə qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşün sonunda Azər Əliyev Kora Vaderine Hepburna MOK-un xatirə hədiyyəsini təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video