26 Yanvar 2022 09:36
613
DÜNYA
A- A+

Misir ABŞ-dan 2,5 milyard dollarlıq silah alacaq

ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollar dəyərində 12 ədəd C-130 Super Herkules hərbi nəqliyyat təyyarəsi və 3 ədəd SPS-48 tipli yerüstü hava hücumundan müdafiə radar sisteminin satılması kontraktını təsdiq edib. Bu barədə Birləşmiş Ştatların Müdafiə Nazirliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Misir hərbi nəqliyyat təyyarələrinin alınmasına 2,2 milyard dollar ödəyəcək. Radar sistemləri isə Qahirəyə 350 milyon dollara başa gələcək. Statistik rəqəmlərə görə dünyanın doqquzuncu böyük ordusuna mali olan Misir ən müasir hərbi texnika alınmasına xüsusi əhəmiyyət verir.

Pentaqonun açıqlamasında bildirilib ki, müasir hərbi texnikanın ABŞ-ın NATO-ya üzv olmayan müttəfiqi və Yaxın Şərqdə ən böyük strateji tərəfdaşı olan Misirə satışından əsas məqsəd bu ölkənin müdafiə qabiliyyətinin artırılmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video