Milli Onkologiya Mərkəzində şüa terapiyasında yeni metodlar uğurla tətbiq olunur
Azərbaycan bu sahədə dünyada birincilər sırasındadır
Dünyanın inkişaf etmiş ölkələrində xərçəng xəstəliyinin müalicəsində 70-75 faiz hallarda şüa müalicəsindən istifadə olunur. Bu müalicə metodunun əsas prinsipi ətraf sağlam toxumaları maksimum qorumaqla ionlaşdırıcı şüa enerjisini şiş toxumasına çatdırmaq və nəticədə bədxassəli hüceyrələrin məhvinə nail olmaqdır. Son illərə qədər Azərbaycan Respublikasında çox yüksək dəqiqliyə malik kompyuterləşmiş müvafiq texnikanın olmaması ucbatından onkoloji xəstələrin ancaq 35-40 faizinə radioterapiya aparılması mümkün idi. Ona görə də xəstələr şüa müalicəsi almaq üçün xarici ölkələrə, ilk növbədə Avropa ölkələrinə üz tuturdular. Bu da hər bir xəstəyə külli miqdarda maliyyə vəsaiti hesabına başa gəlirdi. Qeyd etmək lazımdır ki, şüa müalicəsinin həyata keçirilməsi üçün lazım olan müasir texnika, onların qurulması, kadr hazırlığı (həkim, fizik, mühəndis, texniklər) olduqca yüksək maliyyə vəsaiti tələb edən prosesdir.
AzərTAc xəbər verir ki, evolyusion xarakter daşıyan inkişaf nəticəsində artıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində şüa terapiyasının tam həcmdə bütün metodlarından - 2D radioterapiya, 3D konformal radioterapiya və braxiterapiyadan (patoloji prosesin birbaşa toxumadaxili və ya boşluqdaxili şüalanması) istifadə olunur. Bu ilin may ayında isə İMRT, sterotaktik radiocərrahiyyə və radioterapiya metodlarının tətbiqinə başlanacaqdır.
Milli Onkologiya Mərkəzində son illərdə çox geniş yayılan süd vəzisi və prostat vəzi xərçəngində braxiterapiyanın tətbiqi uğurla həyata keçirilir. Süd vəzisi xərçəngində braxiterapiya zamanı süd vəzinə kiçik ölçülü xüsusi plastik borular yerləşdirilərək şiş toxuması və cərrahi əməliyyatdan sonrakı şiş yatağı "daxildən" şüalanır. Bu, müalicənin effektini artıraraq, fəsadları minimuma endirir. Eyni zamanda, əvvəllər 6 həftəlik şüa terapiyası əvəzinə, 4 günlük müalicə aparılır.
Bundan əlavə, Azərbaycanda 2013-cü ildən ilk dəfə olaraq, kişilər arasında geniş yayılmış prostat vəzi xərçənginin müalicəsində də braxiterapiya uğurla tətbiq olunmağa başlanılmışdır. Ən müasir formada kompyuterləşmiş əməliyyat ixtisas həkimlərindən (anestezioloq, cərrah-onkouroloq, radioloq, radiasion onkoloq) və fiziklərdən ibarət komandanın iştirakı ilə həyata keçirilir. Braxiterapiyadan sonra xəstələrin yaşama, həyat keyfiyyəti göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlir və fəsadlar minimuma endirilir.
Bu metodlar inkişaf etmiş ölkələrdə sürətlə kliniki praktikaya tətbiq olunur. Sevindirici haldır ki, Azərbaycan Respublikası bu sahədə dünyada birincilər sırasındadır, MDB ölkələri arasında isə liderdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!