Milli Məclisin 2012-ci ilin yaz və növbədənkənar sessiyaları uğurlu keçib
İyulun 17-də Milli Məclisdə 2012-ci il yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin müvafiq komitələrinin sədrləri iştirak ediblər.
Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirib ki, parlament 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə Azərbaycan Konstitusiyası və daxili nizamnaməyə uyğun olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Ümumiyyətlə, 2012-ci il dünyada gedən mürəkkəb və ziddiyyətli proseslər fonunda ölkəmiz üçün düşərli olub. Belə ki, cari ilin əvvəlində ölkəmiz planetin ən nüfuzlu beynəlxalq qurumlarından sayılan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayıb, may ayında təşkilata sədrlik edib. Aprel ayında isə Milli Məclisdə Avronest Parlament Assambleyasının II sessiyası keçirilib.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən məqsədyönlü davamı dünyadakı qlobal böhran şəraitində ölkə iqtisadiyyatındakı dinamik inkişafı saxlamağa imkan yaradıb. Məhz milli maraqlara xidmət edən dövlət siyasətinin yeridilməsi sayəsində Azərbaycan bu gün sivilizasiyaların anlaşdığı və mədəniyyətlərin qovuşduğu bir məkana çevrilib. Bahar Muradova qeyd edib ki, bunu cari ilin may ayında Bakıda böyük uğurla keçirilmiş möhtəşəm "Eurovision" Avropa mahnı müsabiqəsi bir daha təsdiqləyib. Bu müddət ərzində Azərbaycana qarşı əks təbliğat aparan qüvvələrin məkrli niyyətləri isə puç oldu.
Milli Məclis Sədrinin müavini vurğulayıb ki, ölkəmizin bu uğurlara imza atmasına Milli Məclis də öz töhfəsini verib. Parlamentin 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin 13 iclası keçirilib, 128 qanun və qərar qəbul olunub. Bu sənədlər ölkə başçısı tərəfindən aparılan islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edib. Yaz sessiyasında (1 fevral-29 may 2012-ci il) 11 iclas keçirilib, 85 qanun və qərar qəbul olunub, növbədənkənar sessiyada isə (1 iyun-29 iyun 2012-ci il) 2 iclas olub, 43 qanun və qərar qəbul edilib.
Yaz və növbədənkənar sessiyalar ərzində Milli Məclis komitələrinin 68 iclası keçirilib, 157 qanun və 8 qərar layihəsinə baxılıb. Bütövlükdə komitələrdə 184 məsələ müzakirə olunub. Bahar Muradova diqqətə çatdırıb ki, parlament yaz və növbədənkənar sessiyaları dövründə demokratiya, plüralizm, qanunun aliliyi prinsiplərinə əsaslanaraq qanunvericilik səlahiyyətini tam həcmdə yerinə yetirib. Qanunverici orqanun fəaliyyətinin əsas istiqamətləri hüquq, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin davam etdirilməsi, ölkədə aparılan islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi, parlament diplomatiyası coğrafiyasının genişləndirilməsi olub.
Vitse-spiker qeyd edib ki, Milli Məclis dünyada baş verən prosesləri diqqətlə izləyib, lazım gəldikdə ölkənin milli maraqları ilə bağlı məsələlərə öz münasibətini bildirib, qərarlar qəbul edib. Yaz və növbədənkənar sessiyalar dövründə qanunverici orqanda Avropa Parlamentinin 2012-ci il 24 may tarixli qətnaməsi ilə bağlı, Xocalı soyqırımının 20 illiyi, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar qərarlar və müraciətlər qəbul edilib. Parlamentdə insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın daha da inkişafı və ölkənin siyasi sisteminin təkmilləşdirilməsi istiqamətində iş davam etdirilib. Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi haqqında qərar, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun qəbul olunub, Seçki Məcəlləsinə, "Konstitusiya Məhkəməsi haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Həmkarlar İttifaqları haqqında", "Siyasi partiyalar haqqında" qanunlara dəyişiklik edilib. "Siyasi partiyalar haqqında" qanuna edilmiş dəyişikliklərdə partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələləri öz əksini tapıb. Bahar Muradovanın sözlərinə görə, bu dövrdə hüquqi sahəyə aid bir sıra qanunlar qəbul edilib.
İqtisadiyyata aid qəbul olunmuş qanunvericilik aktları bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinə və ölkəmizin iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinə xidmət edib. Ötən dövrdə qəbul olunmuş mühüm əhəmiyyətli sənədlərdən biri Şəhərsalma və Tikinti Məcəlləsi olub. Sənəd Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin texniki yardımı ilə Milli Məclisdə hazırlanıb. Həmişə olduğu kimi, yaz sessiyası dövründə sosial məsələlər də parlamentin diqqət mərkəzində olub. Milli Məclis bir sıra rayonların inzibati ərazi bölgüsündə dəyişiklik edib, qəsəbələrin adlarında dəqiqləşmələr aparıb: "Yaz və növbədənkənar sessiyalar dövründə bir sıra beynəlxalq sənədlər parlamentdə müzakirə olunaraq qəbul olunub. Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olub, beynəlxalq təşkilatların işində yaxından iştirak ediblər. Parlamentin beynəlxalq əlaqələrinin inkişafında xarici ölkələrin qanunvericilik orqanları ilə dostluq qrupları mühüm rol oynayır. Hazırda Milli Məclisdə dünyanın 70-dən çox ölkəsi ilə dostluq qrupu yaradılıb".
Bahar Muradova qeyd edib ki, ötən ilə nisbətən vətəndaşların Milli Məclisə etdikləri şikayətlərin sayı azalıb. Onun sözlərinə görə, 2012-ci ilin birinci yarısında parlamentə vətəndaşlardan 2312 təklif, ərizə və şikayət daxil olub, Milli Məclisdə 2201 vətəndaş qəbul edilib.
Milli Məclis Sədrinin müavini onu da diqqətə çatdırıb ki, ATƏT PA-nın Monakoda keçirilən sammitində qurumun 2014-cü ilin yay sessiyasının Bakıda keçirilməsi haqqında qərar qəbul olunub.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!