08 Avqust 2025 08:20
455
CƏMİYYƏT
A- A+
Milli kimliyin yad ünsürü

Milli kimliyin yad ünsürü


Özgə dilə məxsus soyad sonluqlarından niyə qurtula bilmirik?


1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda çox keçmədən milli dəyərlərə münasibət dərinləşdi. Uzun illər sovet hökumətinin təsiri altında olan ölkədə rus dilindən geniş istifadə olunurdu. Təbii ki, hər bir millətin milli kimliyi onun ana dilindən başlayır. Bu baxımdan müstəqillikdən sonra dövlət müəssisələrində Azərbaycan dilinin təşviq edilməsi dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevrildi. 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutdu. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ulu Öndər Heydər Əliyev tərəfindən  2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman da dilimizin inkişafı istiqamətində bir çox tədbiri əhatə edirdi. Ümummilli Liderin 9 avqust 2001-ci il tarixli "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" imzaladığı fərmanla isə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi qərara alındı. 


Bu ilin 6 ayı ərzində 634 şəxsin soyadının sonluğu dəyişdirilib


Təbii ki, milliləşmə siyasətində Azərbaycan dilinin təbliği, ana dilindən geniş istifadə əsas məqamlardan biri idi. Bu baxımdan əhali arasında milli sözlərdən istifadəyə üstünlük verilməsi, xüsusən rus dilindən dilimizə keçmiş, hətta qəlibləşmiş sözlərin milli sözlərlə əvəz edilməsi mühüm məsələ idi. Əslində, bu gün də hətta rus dilini bilməyən, bu dildə heç bir anlayışı olmayan şəxslərin nitqində rus dilinə məxsus sözləri tez-tez eşidirik. Öz dilimizdə qarşılığı olduğu halda belə rus söz və ifadələrinin yerli-yersiz istifadəsi isə dilimizi korlayır.  

Elə böyük əksəriyyətimizin "ov", "yev", "ova", "yeva" soyad sonluqları da dilimizə yad və milli kimliyimizi əks etdirməyən nəsnədir. Əslində, Milli Məclisin 1993-cü il 2 fevral tarixli "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" qərarı ilə vətəndaşlar "ov", "yev" sonluqlu soyadlarını  sözün kökündən asılı olaraq "li", "lu", "qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilirlər. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərdilər. Həmçinin qərarda soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmaması da qeyd olunurdu. Lakin görünən odur ki, həm qərardan sonra bəzi doğulanlar, həm də yeni nəsil hələ də bu soyad sonluqlarından xilas ola bilməyiblər.

Bundan sonra isə Nazirlər Kabinetinin "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" qaydaları barədə qərarı olub. Qərara əsasən, 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə görə onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların isə soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Bəs dilimizə xas olmayan soyad sonluqlarından imtina, özününküləşdirmə üçün hansı addımlar atılmalıdır? Müstəqil, demokratik Azərbaycanda milli kimliyimizi göstərən soyadların milliləşdirilməsi üçün məlumat yetərsizliyimi var, yoxsa bu istiqamətdə hüquqi addımların atılması vacibdirmi?

Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə 1479, bu ilin ilk 6 ayı ərzində isə 634 şəxsin soyadının sonluğu dəyişdirilib. Bu göstəricilər də prosesin zəif getdiyini göstərir. Odur ki, zamanında uşaqlara verilən soyadlarda bu məqam diqqətə alınmalı və valideynlərə soyad sonluqları barədə məlumat verilməlidir.


Soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı əlavə inzibati qaydaya ehtiyac yoxdur


Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qəzetimizə açıqlamasında bildirib ki, müstəqil Azərbaycan xanlıqları 1813-cü il (Gülüstan) və 1828-ci il (Türkmənçay) müqavilələri ilə çar Rusiyasının tərkibinə daxil edildikdən sonra onların bütün hüquqları əllərindən alındı. 

Onun sözlərinə görə, xanlıqlar dövründə hər bir azərbaycanlının adı o dövrün müsəlman qaydalarına, ənənələrinə uyğun qoyulurmuş: "Amma Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra əhalinin siyahıya alınmasında məlum oldu ki,  soyadların sonuna məcburi şəkildə çar Rusiyasında olduğu kimi əlavələr - "ov", "yev" və "ova", "yeva" sonluqları əlavə edilməlidir. Həmin dövrdən başlayaraq bu ənənə hələ də davam edir. 1918-ci ilə qədər soyadlar bu şəkildə qoyulurdu, amma bir qisim  azərbaycanlılar var idi ki, onların sırasına xüsusən yazarlar, ziyalılar daxil idi, bu kimi sonluqlardan imtina edə bilirdilər. 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşadığına görə bu məsələ ilə bağlı nə parlament, nə də hökumət səviyyəsində qərar qəbul edə bildi, amma bununla bağlı tövsiyələri var idi". 

Deputat qeyd edib ki, 1920-ci ilin aprel işğalından sonra çar Rusiyası dövründəki ənənələr bərpa olunub və nadir hallarda müəyyən azərbaycanlılar soyadlarını öz arzu və istəklərinə uyğun götürə bilirdilər: "Beləliklə, 70 il ərzində proses belə davam edib. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra həm hökumətin bu istiqamətdə addımları, həm də ad və soyadların dəyişdirilməsi ilə bağlı təkcə tövsiyələr deyil, həmçinin lazımi sənədlərin siyahısı barədə məlumatlar aidiyyəti qurumlara göndərilib. Milli azadlıq hərəkatının nəticəsi olaraq o dövrdə əhalinin əksəriyyəti soyad sonluqlarının dəyişdirilməsi prosesində kütləvi şəkildə iştirak edib. Bir müddət sonra isə bu proses səngiyib. Ancaq bu gün, demək olar ki, əksər azərbaycanlılar qaydalara riayət edir. Müstəsna hallarda ölkədən kənarda doğulan uşaqların soyad sonluqlarında həmin ölkənin qaydalarına uyğun olaraq "ov", "yev" sonluqlarından istifadə olunur".

Komitə sədri vurğulayıb ki, soyad və sonluqlarının dəyişdirilməsi məcburi deyil: "Amma son dövrlər yeni nəslin soyadlarının Azərbaycan dilinə uyğun olduğu görünür. 1990-cı illərdə bu proses  sürətli gedirdi, hətta yaşlı insanlar belə rus dilinə məxsus soyad sonluqlarından imtina edirdilər. Bu gün yeni nəsil birmənalı olaraq Azərbaycan soyadlarından istifadə edir". 

Deputat bildirib ki, soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı əlavə inzibati qaydaya ehtiyac yoxdur və bu, könüllülük prinsipi əsasında olmalıdır. Təkcə Azərbaycanda deyil, keçmiş müttəfiq respublikaların əksəriyyətində belədir, lakin ölkəmizdə bu proses daha sürətli və uğurlu şəkildə həyata keçirilir.


Əsmər QABİL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!