Bir milyarddan çox istifadəçisi olan “Microsoft” hesab giriş sistemində genişmiqyaslı dəyişikliklər edəcəyini bildirib. Yeni biometrik giriş açarları (“passkeys”) vasitəsilə giriş metodu fişinq və hesab sındırma risklərini azaltmalı, eyni zamanda identifikasiyanı daha rahat etməlidir.
Şirkətin bəyanatına əsasən, son illər ərzində şirkət hesabdan şifrəni tamamilə silmək imkanı da daxil olmaqla bir sıra təkmilləşdirmələr tətbiq edib və giriş üçün şifrə əvəzinə “passkey” istifadəsini dəstəkləyir. Yeni istifadəçi təcrübəsi sistemi (UX) şifrəsiz rejim üçün optimallaşdırılıb və əsas prioritet kimi passkey texnologiyasını ön plana çəkir.
“Microsoft” son vaxtlar “passkey” istifadəsini fəal şəkildə təşviq edir, çünki ənənəvi şifrələr artıq təhlükəsiz sayılmır. Bu yanaşmanı “Apple” və “Google” kimi digər texnologiya nəhəngləri də dəstəkləyir, çünki bu üsul müasir autentifikasiya metodu sayılır və məlumat oğurluğu ilə bağlı riskləri əhəmiyyətli dərəcədə azaldır. Lakin “passkey” texnologiyasına keçid təkcə hesab girişlərini daha təhlükəsiz etmək məqsədi daşımır.
“Microsoft”, ümumiyyətlə, öz ekosistemində şifrələrdən tamamilə imtina etməyi planlaşdırır. Şirkət hesab edir ki, əgər həm şifrə, həm də “passkey” birgə istifadə olunarsa, hesab fişinq hücumlarına qarşı yenə də həssas qalacaq. Yenilik, biometrik identifikasiya texnologiyası və iki mərhələli təsdiqə əsaslanaraq, istifadəçilərə şifrəsiz sistemə mümkün qədər rahat keçid etməyə kömək etməyi hədəfləyir. “Microsoft”dan bildirilib ki, bütün proses intuitiv şəkildə başa düşülən və istifadəçilərin bütün kateqoriyaları üçün əlçatan olacaq.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Meksika ilə sərhəddə patrul xidməti zamanı iki amerikalı əsgər həlak olub
Sabahın hava proqnozu açıqlanıb
Rəis müavini: Aprelin 17-si səhər yağıntının nisbətən kəsiləcəyi gözlənilir
Gürcüstan Prezidenti: Çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib
Qabon lideri Bris Oligi Ngema 90% səslə seçkilərdə qalib gəlib
Dəniz yolu ilə Avropaya çatmağa çalışan 3500 uşaq miqrant yoxa çıxıb və ya ölüb
ABŞ Dövlət Departamenti dəyəri 215 milyon dollar olan 139 xarici proqramı ləğv edib
ASCO: Gəmilər lövbər dayanacaqları və sığınacaqlardadır
FHN: Su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 31 nəfər təxliyə olunub - YENİLƏNİB
Dövlət Əmək Müfəttişliyi Xidməti küləkli hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edib
Prezident Kavelaşvili: Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib
DSMF daha bir beynəlxalq müsabiqədə ali mükafata layiq görülüb
Mixeil Kavelaşvili: Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub
Səhiyyə naziri Belarusun ölkəmizdəki səfiri ilə görüşüb
Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB
Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
Prezident İlham Əliyev: Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr daha böyük coğrafiya üçün böyük önəm daşıyır
Venesuela səfiri “ASAN xidmət”də olub
Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib
MDB məkanında 2024-cü ilin göstəriciləri açıqlanıb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!