08 Mart 2020 00:30
1077
Mədəniyyət
A- A+
Memarlıq incisi

Memarlıq incisi


İçərişəhər təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu UNESKO-nun Ümumdünya Maddi İrs Siyahısına İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə salınması da təsdiq edir. Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESKO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da odlar yurdumuzun dünya mədəni irsinə çox gözəl bir töhfəsidir.

İçərişəhərin Qoşa Qala Qapısı meydanında mövsümi olaraq hər bazar günləri "Meydan Bazarı” adlı mədəni-kütləvi tədbir keçirilir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının qədim sənətkarlıq ənənələrinin təbliği ilə yanaşı, Bakı sakinlərinin və paytaxt qonaqlarının öz istirahət gününün İçərişəhərdə keçirilməsinin stimullaşdırılmasıdır.

Mədəniyyətlərarası dialoq çərçivəsində ildə bir dəfə keçirilən "Qız qalası” Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliği üçün böyük önəm daşıyır.

Müxtəlif ölkələrdən gəlmiş rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışlar, bu işlərdən ibarət sərgilər təşkil etmişlər. Bununla yanaşı, həmin nadir əsərlər dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilmişdir. Festivalın keçirilməsi tariximizi və milli irsimizi layiqincə qoruduğumuzu göstərir.

İçərişəhər açıq səma altında bir muzey olması ilə yanaşı, eyni zamanda dunya sivilizasiya ocaqlarından biridir. Bu şəhər içində qala divarları ilə əhatə olunmuş unikal bir şəhərdir və özünün infrastrukturu və yaşayış massivləri ilə canlı orqanizm təşkil edir. 4000-ə (1300 ailə) yaxın əhalisi olan İçərişəhərdə 18 hotel, bir neçə muzey, 100-dən artıq ictimai iaşə və ticarət obyektləri fəaliyyət göstərir.

Eyni zamanda, bu qədim şəhərdə olan abidələrin qorunub saxlanılması, burada yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması fəaliyyət göstərən turizm infrastrukturunun - hotellərin, restoranların, muzeylərin, qalereyaların, digər elmi, mədəni mərkəzlərin fəaliyyətini ən yüksək səviyyədə təşkil etməkdir.

İçərişəhərin unikallığı, dünyadakı digər bu cür abidələrdən fərqi ondadır ki, bu, səhər açılıb axşam bağlanan muzey deyil, bu, canlı bir məkandır. Aydındır ki, hər bir canlı məkan hər zaman inkişaf edir, dəyişir. Buranın sakinləri hər zaman yeni arzularla yaşayırlar. Hətta bəzən bu insanlar unudurlar ki, tarixi məkanda ömür sürürlər və hər gün də XII, XV, XVII əsrin abidələri ilə ünsiyyətdə olurlar.

İki əsr bundan öncə qədim Bakı olan, indi İçərişəhər adlandırdığımız tarixi məkan hazırda müasir turizm mərkəzinə çevrilmişdir. Qoruq idarəsi tərəfindən tədqiq olunmuş memarlıq abidələrı və tarixi yerlər konservasiya edilir, yeni görkəm alaraq turist marşrutlarına salınır, məhz turizm məqsədləri üçün istifadə edilir. Buna misal olaraq orta əsr karvan ticarət yolu olan - indiki A.Zeynallı küçəsi boyu yerləşən, orta əsr ab-havasına uyğun yeni görkəm almış tarixi-memarlıq abidələrini, Məhəmməd məscidini, məktəb-məscidi, Sıratağlı dini-memarlıq kompleksini, o cümlədən Qədim bağ kompleksini, Çin məscidini və digər rekreasiya zonalarını qeyd etmək olar.

Dünyanın bir çox olkələrində su mühiti ilə əlaqəli turizm obyektləri vardır. Məsələn, dənizkənarı bulvarlar, çimərliklər, turizm məqsədləri üçün dəyərləndirilən kiçik adalar və s. Bu baxımdan Xəzər dənizində, İçərişəhər yaxınlığında kiçik bir adada yerləşmiş, orta əsrlərdə Bayıl qəsri adlandırılmış bir abidənin öyrənilməsi, bərpa və konservasiya edilməsı, yaxın gələcəkdə turizm məqsədləri üçün istifadəsi də böyük əhəmiyyətə malikdir.

Son zamanlar İçərişəhərdə gedən torpaq-təmizlik işləri zamanı çoxlu sayda su kəhriz quyuları aşkar olunmuşdur. Bilavasitə su mühiti ilə bağlı olan bu mühəndis-texniki qurğuların əksəriyyəti konservasiya olunur, tarixi araşdırılır, texniki pasportu işlənilir, içərisi işıqlandırılır, üzəri orqanik şüşə ilə örtülür və turizm məqsədləri üçün istifadə olunur.

İçərişəhər kompleksinə daxil olan dunya əhəmiyyətli 3, ölkə əhəmiyyətli 28 memarlıq, konservasiya olmuş 8 arxeoloji və 600-dən çox yerli əhəmiyyətli abidələr xalqımızın zəngin mədəniyyətindən xəbər verir. Qoruq ərazisindəki XVIII-XIX əsr memarlığına aid elmi, tarixi və mədəni cəhətdən yüksək dəyərə malik onlarla bənzərsiz yaşayış binaları və orta əsrlərdə tikilmiş memarlıq abidələri dövlət tərəfindən qorunur.

İçərişəhərdə keçən əsrin əvvəllərindən 60-cı illərə kimi qısamüddətli, 1961-ci ildən etibarən isə stasionar arxeoloji qazıntılar aparılaraq 3 mədəni təbəqənin olduğu müəyyən edilmişdir. Birinci mədəni təbəqə antik dövrdən IX əsrədək olan dövrü, ikinci mədəni təbəqə IX-XIII əsrləri, üçüncü mədəni təbəqə XIII-XVII əsrləri əhatə edir. Arxeoloji kəşfiyyat və nəzarət işləri nəticəsində aşkar olunan qədim Bakının tarixini əks etdirən arxeoloji artefaktlar və son 30 il ərzində arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş antik dövr maddi-mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd məscidi və Qız qalası yerləşən ərazi və Bakı buxtası olmuşdur. Xəzərin suyunun səviyyəsinin tarixən artıb-azalması ilə bağlı elmi araşdırmalar və İçərişəhərdə yeni aşkar olunmuş qədim şəhərimizin tarixini əks etdirən maddi-mədəniyyət nümunələrinin təsnifatı Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.

Kamil İBRAHİMOV,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!