“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442; 2019, № 1, maddə 22) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 19-cu maddənin birinci hissəsi üzrə:
1.1.1. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
"inzibati məhkəmələr;”;
1.1.2. yeddinci-doqquzuncu abzaslar müvafiq olaraq səkkizinci-onuncu abzaslar hesab olunsun və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
"kommersiya məhkəmələri;”;
1.2. VIII fəslin adında, 42-ci maddənin adında, birinci və ikinci hissələrində, 43-cü maddənin adında, birinci - üçüncü hissələrində, 44-cü maddənin adında, birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 45-ci maddənin adında və birinci hissəsinin birinci abzasında, 45-1-ci maddənin adında "İnzibati-iqtisadi” sözləri "İnzibati” sözü ilə əvəz edilsin;
1.3. 42-ci maddənin birinci hissəsindən "və iqtisadi” sözləri çıxarılsın;
1.4. 43-cü maddənin birinci hissəsindən "və ya azad iqtisadi zonalar” sözləri çıxarılsın;
1.5. 44-cü maddənin birinci hissəsinin ikinci cümləsində və 45-ci maddənin birinci hissəsinin beşinci abzasında "İnzibati-iqtisadi” sözləri "inzibati” sözü ilə əvəz edilsin;
1.6. 45-1-ci maddənin mətnində "İnzibati-iqtisadi məhkəmə” sözləri "İnzibati məhkəmə” sözləri ilə, "inzibati-iqtisadi məhkəmənin” sözləri isə "inzibati məhkəmənin” sözləri ilə əvəz edilsin;
1.7. Aşağıdakı məzmunda VIII-I fəsil əlavə edilsin:
"VIII-I fəsil
KOMMERSİYA MƏHKƏMƏLƏRİ
Maddə 46-1. Kommersiya məhkəməsi və onun səlahiyyətləri
Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 46-2. Kommersiya məhkəməsinin təşkili
Kommersiya məhkəməsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir.
Kommersiya məhkəməsinin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.
Maddə 46-3. Kommersiya məhkəməsinin tərkibi
Kommersiya məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.
Kommersiya məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.
Maddə 46-4. Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri
Kommersiya məhkəməsinin sədri:
məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;
məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;
məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
Ali Məhkəmənin Plenumunda və müvafiq apelyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;
məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;
şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;
Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Maddə 46-5. Kommersiya məhkəməsi sədrinin müavininin səlahiyyətləri
Kommersiya məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, kommersiya məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.”;
1.8. 53-cü və 62-ci maddələrin birinci hissələrində "inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan” sözləri "kommersiya kollegiyasından, inzibati kollegiyadan və cinayət kollegiyasından” sözləri ilə əvəz edilsin;
1.9. 61-ci və 77-ci maddələrin birinci hissələrində "inzibati və iqtisadi” sözləri "kommersiya və inzibati” sözləri ilə əvəz edilsin;
1.10. 78-ci maddənin üçüncü hissəsində "inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya” sözləri "kommersiya kollegiyası, inzibati kollegiya və cinayət kollegiyası” sözləri ilə əvəz edilsin;
1.11. 83-cü maddədə beşinci-on doqquzuncu abzaslar müvafiq olaraq altıncı-iyirminci abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
"aidiyyətə dair mübahisələrə baxılması üçün Ali Məhkəmənin müvafiq kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibləri müəyyən edir;”;
1.12. 106-cı maddənin birinci hissəsinin dördüncü abzasında "və inzibati-iqtisadi məhkəmələrin” sözləri ", inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul 2019-cu il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!