03 Dekabr 2023 10:10
639
CƏMİYYƏT
A- A+
Kürdəmirin ölməz şəhidləri

Kürdəmirin ölməz şəhidləri

 

Xankəndidə keçirilən unudulmaz Zəfər paradı dünya üçün tutarlı bir  dərs olmaqla qatil, qaniçən düşmənlərimizə və onların havadarlarına əsl gözdağı oldu. Bununla da  200 il davam edən erməni təcavüzünə,  erməni vəhşiliyinə son qoyuldu. 
Antiterror tədbirləri zamanı  fədakarlıqla döyüşüb şəhid olmuş igidlərimizdən 6 nəfəri Kürdəmir rayonunun yetirməsidir. Yazıda onlardan 3-ü haqqında söz açacağıq. 
Əliyev Toğrul İlyas oğlu 17 aprel 1995-ci ildə rayonun Muğanlı kəndində anadan olub. Kənd  məktəbində təhsil aldıqdan sonra Kürdəmirdəki texniki peşə  məktəbində oxuyub. Hərbi xidmətini başa vuraraq Azərbaycan  Ordusunun  təlim mərkəzindəki  müddətdən artıq xidmət kursuna qəbul olunub, burada hərbi biliklərə  və döyüş taktikasına yiyələnib. 
Toğrul hərbi xidmət  sahəsində fəaliyyət göstərməyi özü üçün daimi peşə yolu  seçmişdi. Ona  görə də  könüllü  olaraq Komando briqadasına yazılmış və antiterror tədbirləri  başlananda öndə gedən döyüşlərdə iştirak etmişdir. 
Bunu döyüş  yoldaşlarından eşitmişik: "Toğrul həmişə deyirdi ki,  biz ancaq irəli getməliyik, geridə  qalmağa  heç birimizin haqqı  yoxdur. Biz  necə  olur-olsun düşmənlərin ayağını  torpaqlarımızdan  birdəfəlik kəsməliyik ki, onlar bir də nə vaxtsa  baş qaldıra bilməsinlər. Elə etməliyik ki, bizdən sonra  övladlarımız əziyyət çəkməsinlər".
Döyüş yoldaşları deyir ki, Toğrul  olduqca mərd, cəsur, xüsusilə də ölümlə qarşılaşanda soyuqqanlı idi: "Bədəncə nisbətən  zəif olmasına baxmayaraq, çox dözümlü idi. İdmançılara xas olan xarakteri vardı. Qorxu nə  olduğunu  bilmirdi. O,  axıra qədər döyüşdü, qələbəyə az qalmış şəhid oldu". 
Toğrul  Xocavənd, Xankəndi uğrunda gedən  döyüşlərdə şəhid oldu.  Özündən sonra vətən üçün 3 oğul - gələcəyin 3 əsgərini  yadigar qoyub  getdi. 
Toğrul Qızılgül  ananın  gözünün ağı-qarası bircə övladı idi. Ana  onun  haqqında ürəkdolusu danışır, qəlbində yaşatdığı xatirələri yada salır, oğlunun  uşaq yaşlarından  zəhmətsevər olduğundan, narçılıq təsərrüfatında çalışdığından danışır. Deyir ki, oğlu  ağlı kəsəndən, əli iş tutandan torpağa, əkin-biçinə, bağ-bağata həvəs göstərib, işgüzar olub.
Əhmədov Vüsal İlqar oğlu 24  yanvar 1993-cü ildə Qarasu  kəndində  anadan  olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə  gedib. Azərbaycan Ordusunun təlim-tədris mərkəzində müddətdən artıq xidmət  kursunu bitirərək  yenidən  hərbi xidmətə başlayıb və 2022-ci ilin  sentyabr döyüşlərində iştirak edib.
Həyatını  hərbi xidmətə bağlayan Vüsal bu il sentyabrın 19-20-də  keçirilən antiterror  tədbirlərində də  ən fəal döyüşçülərdən biri olub və Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Vüsalla eyni  bölükdə  xidmət  etmiş  kəşfiyyat qrupunun  komandiri gizir Sakit Aslanov döyüş yoldaşı haqqında fəxrlə, ağızdolusu danışdı.  Dedi ki, bir xeyli  müddət  Vüsalla bir  yerdə  xidmət  etmişik,  birlikdə döyüşmüşük. Vüsal ən çətin, ən təhlükəli kəşfiyyat və döyüş tapşırıqlarının  yerinə  yetirilməsində  xüsusi fədakarlıq  göstərirdi. O, çox ləyaqətli, dosta, yoldaşa sadiq, vətənpərvər bir insan idi. Nümunəvi hərbi xidmətinə görə 2 dəfə fəxri fərmanla təltif olunmuşdu.
Atası deyir ki, Vüsal çox ağıllı, zirək,  qətiyyətli uşaq idi: "Zəhmətə uşaq yaşlarından alışmışdı. Elə o vaxtdan mənim yaxın köməkçim olmuşdu. Diqqətindən heç nə  yayınmazdı. Həyət-bacada, bağ-bağatda bir iş  görəndə həmişə  yanımda olurdu.  Uşaq da  olsa, mənə ağıllı məsləhətlər verirdi".  
Vüsalın  yaşyarımlıq  bir  oğul övladı var. Atası dedi ki, uşağı tez-tez Vüsalın əkdiyi  meyvə ağaclarının  yanına aparıb orada gəzdirirəm: "Uşaq  ləhcəsi  ilə  ona başa salıram ki, bu ağacları ata  sənin üçün  əkib. O da  ağaclara əl vura-vura "ata-ata" deyib, dili  dolaşa-dolaşa mənim sözlərimi  təkrarlayır".
Vüsal şəhadətə  qovuşsa da, əvəzində  bu ailədə  Eşqin adlı  bir  oğlan uşağı, gələcəyin  bir  mərd  əsgəri böyüyür. 
Əkbərov Şahid Natiq oğlu 22 oktyabr 1996-cı ildə  Məhərrəmli kəndində anadan olub. Bakı  şəhəri  Xətai rayonunun  Əhmədli qəsəbəsindəki 64 nömrəli  orta  məktəbdə  oxuyub. Sonra Kürdəmirdəki  texniki peşə  məktəbini bitirib. Hərbi  xidmətini  başa  vurduqdan  sonra  Azərbaycan Ordusunun təlim-tədris mərkəzindəki müddətdən artıq hərbi xidmət  kursunda oxuyub. Sonra Komando  briqadasına  yazılıb və ön  cəbhəyə  yollanıb. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərində fədakarlıqla döyüşərək şəhid olub. 
Atası deyir ki, Şahid çox sakit, mehriban, ata-ana qədri bilən, sözeşidən, ümumiyyətlə, yaxşı mənada  qeyri-adi xasiyyətli bir gənc idi.
Söhbət  etdiyimiz  şəhid  valideyinlərinin  hamısı eyni  sözü deyirdilər: "Düzdür, övladlarımızın itkisi  bizim üçün çox ağırdır. Bu itki nə  qədər ağır, nə  qədər  çətin  olsa da, təsəlli  tapırıq ki, övladlarımız vətən, xalqımızın əmin-amanlığı yolunda canlarını qurban  verib şəhid  olublar. Bizi səbirli, təmkinli, dözümlü olmağa vadar edən də budur". 

Tofiq ABDULLAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!