14 Aprel 2025 17:52
342
DÜNYA
A- A+
Kreml: Münasibətlərin bərpası yolunun əvvəlində Moskvanın Vaşinqtondan böyük gözləntiləri olmayıb  

Kreml: Münasibətlərin bərpası yolunun əvvəlində Moskvanın Vaşinqtondan böyük gözləntiləri olmayıb  


Moskva və Vaşinqton ikitərəfli münasibətlərin normallaşması yolunun hələ başlanğıcındadır, ona görə də Rusiyanın Amerika tərəfinin hərəkətləri ilə bağlı yüksək gözləntiləri olmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə ABŞ Prezidenti Donald Trampın sələfi Co Baydenin bundan əvvəl Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarının müddətinin uzadılması barədə qərarını şərh edərkən jurnalistlərə deyib.

Kreml nümayəndəsinin sözlərinə görə, sanksiyalar paketinin uzadılması proqnozlaşdırıla bilən və faktiki olaraq avtomatik addım oldu. Söhbət 2021-ci ilin aprelində Co Baydenin prezidentliyi dövründə verilən və ABŞ tərəfinin milli təhlükəsizliyinə təhdid hesab etdiyi kiberhücumlarda, seçkilərə müdaxilədə və digər hərəkətlərdə iştirak edən şəxslərə aid olan fərmandan gedir.

D.Peskov qeyd edib ki, Rusiya və ABŞ prezidentləri xüsusi nümayəndələr vasitəsilə səmərəli informasiya mübadiləsi qurublar. Onun sözlərinə görə, bu cür təmaslar son dərəcə faydalıdır, çünki onlar bürokratik maneələri keçərək əsas məsələlər üzrə tərəflərə öz mövqelərini birbaşa bildirməyə imkan verir.

O, həmçinin bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Sankt-Peterburqa sonuncu səfəri zamanı Vladimir Putinlə Donald Tramp arasında mümkün görüş ətraflı müzakirə olunmayıb. Onun sözlərinə görə, istənilən yüksəksəviyyəli görüşlər ciddi hazırlıq tələb edir.

Kreml nümayəndəsi vurğulayıb ki, Moskva ilə Vaşinqton arasında dialoqun davam edən bərpasına baxmayaraq, müzakirə olunan mövzular son dərəcə mürəkkəb olaraq qalır. Bununla bağlı belə danışıqlardan dərhal nəticə gözləmək düzgün olmazdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

12:31
26 Aprel

Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

12:29
26 Aprel

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb  

12:27
26 Aprel

Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

12:25
26 Aprel

Zelenski Trampın Krım və NATO ilə bağlı fikirlərinə cavab verib

12:07
26 Aprel

“Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib  

12:05
26 Aprel

Xankəndidə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransı keçirilir  

11:53
26 Aprel

Dünya bazarında qızılın ucuzlaşması davam edir

11:33
26 Aprel

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanda mühakimə olunan Ruben Vardanyanla və digər 15 erməniəsilli şəxslə rəftar ilə bağlı Ermənistanın iddialarını rədd edib  

11:15
26 Aprel

Ucaboyluluq diqqətçəkən olsa da...

09:10
26 Aprel

Niderlandda islamofobiya "çiçəklənir"

09:05
26 Aprel

Əhalinin sosial güvənliyinin təminatı prioritet istiqamət olaraq qalır

09:00
26 Aprel

Çin Azərbaycanın "yaşıl" partnyoruna çevrilir

08:55
26 Aprel

Soyqırımına ermənilər yox, azərbaycanlılar məruz qalıblar

08:50
26 Aprel

Əsl erməni xisləti

08:45
26 Aprel

Kanada ikiüzlü siyasəti ilə sülhə qarşı çıxır

08:40
26 Aprel

Qərbi Azərbaycan: tarix saxtakarlıq götürmür

08:35
26 Aprel

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib

08:30
26 Aprel

Unudulmaz müəllimim - Mir Cəlal Paşayev

08:25
26 Aprel

Əqli mülkiyyət hamı üçündür

08:20
26 Aprel

"Sahibkarlar günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransın iştirakçılarının müraciəti

08:15
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!