19 Avqust 2025 09:15
810
CƏMİYYƏT
A- A+
"Könüllü DOST" - geniş karyera imkanları 

"Könüllü DOST" - geniş karyera imkanları 


Gənc nəslin diqqət və qayğı ilə əhatə olunması, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal, uğurlu iştirakının təmin edilməsi bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimizin cəmiyyət həyatında aktiv iştirakının təmin edilməsində, onların fərdi inkişafında, xalqa və ölkəyə xidmət göstərmək məramına səfərbər olunmasında könüllülük hərəkatı da mühüm rola malikdir.

Bu gün Azərbaycanda könüllülük hərəkatının geniş vüsət almasına "Könüllü DOST" proqramı da önəmli töhfə verir. Proqrama böyük marağın nəticəsi kimi təkcə bu ilin yanvar-iyul ayları ərzində 24 min gənc DOST könüllüləri sırasına qoşulmaq üçün müraciət edib, onlardan 928 şəxs proqrama cəlb olunub.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə kömək göstərirlər. Onlar dövlət sosial xidmətlərinin "bir pəncərə"dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

"Könüllü DOST" proqramı gənc iştirakçılarının vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, eyni zamanda fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

Haqqında bəhs edəcəyimiz iki gəncin nümunəsində biz "Könüllü DOST" proqramının öz iştirakçılarının karyera yolunda uğurlu irəliləyişinə necə böyük dəstək olduğunu görəcəyik.

Ümid Abbaszadə "Könüllü DOST" proqramının gənc iştirakçısı olub. Burada fəaliyyət göstərdiyi müddətdə DOST Agentliyinin işi ilə daha yaxından tanış olub, könüllü kimi müxtəlif layihələrdə fəal iştirak edib.

"Mən Azərbaycan Texniki Univeristetinin məzunuyam. Tələbəlik illərindən özümü inkişaf etdirmək, həmçinin yeni dostluqlar qazanmaq üçün müxtəlif təşkilatlarda könüllü fəaliyyəti ilə məşğul olmuşam. Bu təşkilatlardan biri də DOST Agentliyidir. 2021-ci ildə 1 saylı Bakı DOST Mərkəzində müsahibədə olarkən burada əməkdaş kimi çalışa biləcəyimi hiss etmişdim", - deyən Ü.Abbaszadə bildirir ki, könüllü fəaliyyəti bitdikdən sonra agentliyin təşkilatçılığı ilə müxtəlif yerli və beynəlxalq tədbirlərdə könüllü, koordinator kimi fəaliyyət göstərib: "2022-ci ildə "İrsimizi yaşadaq" layihəsi ilə qrant qazanmış, aktiv fəaliyyətim sayəsində "Sosial Könüllülük nominasiyası" üzrə ilin könüllüsü mükafatına layiq görülmüşəm. Daha sonra DOST agentliyinin İnsan resursları departamentinin könüllülərlə iş və əmək münasibətlərinin tənzimlənməsi şöbələrində təcrübəçi kimi fəaliyyət göstərməyə başladım. 2024-cü ildən isə həmin şöbədə işə başladım".

Sayalı Hümbətzadə də DOST Agentliyinin aktiv gənc könüllülərindən olub. Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində təhsil alıb. Elə tələbəlik dönəmindən könüllü fəaliyyətlə məşğul olmaq, sosial layihələrə qoşulmaq onun üçün əsas prioritetlər idi.

"2020-ci ildə qoşulduğum "Könüllü DOST" proqramı mənim üçün həm şəxsi, həm də peşəkar inkişaf baxımından dönüş nöqtəsi oldu. Bu fəaliyyətim 44 günlük Vətən müharibəsi dövrünə təsadüf edirdi. Həmin zamanlarda mən həm vətəndaşlara sosial sahədə könüllü xidmət, həm də Azərbaycan gənci olaraq haqq səsimizi dünyaya çatdırmaq üçün müxtəlif xarici dillərdə paylaşımlar edirdim. O dövrlə bağlı bir xatirəmi bölüşmək istəyirəm. Şuşa şəhəri işğaldan azad edilən zaman "Feysbuk" hesabımda belə bir paylaşım etmişdim: "Gün o gün olsun ki, Şuşa şəhərimiz elə gözəl abadlaşsın, orada həyat yenidən elə canlansın ki, DOST mərkəzlərimizin filialı orada da açılsın və biz də orada vətəndaşlara xidmət göstərək". Bəli, bu gün həmin arzum artıq gerçəkdir - Şuşa DOST filialı artıq vətəndaşlara xidmət göstərir", - deyə S.Hümbətzadə bildirir. 

Hümbətzadə könüllülük müddəti bitdikdən sonra da "Könüllü DOST" proqramının təşkil etdiyi müxtəlif sosial tədbirlərdə aktiv iştirak etməyə davam edib: "Bu fəaliyyətim yüksək qiymətləndirilərək, 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda "İlin könüllüsü" mükafatına layiq görüldüm. Həmçinin həmin il DOST Agentliyinin İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Könüllülərlə iş şöbəsində təcrübə proqramına dəvət olunaraq peşəkar sahədə bilik və bacarıqlarımı artırdım. 2023-cü ildən etibarən isə 1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində əmək fəaliyyətimi davam etdirirəm". 

İndi isə gənc Könül Xələfzadədən söz açaq. Əslən Xocalı rayonundan olan K.Xələfzadə Göygöl rayonunda dünyaya gəlib. Tələbəlik dövründə Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün müxtəlif layihələrdə iştirak edib. İşğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdış proqramı çərçivəsində köçürülən sakinlərdəndir: "Torpaqlarımız işğaldan azad olunanda mən belə bir fikir səsləndirmişdim: "Mənim ən böyük arzum doğma Qarabağımızda, Şuşamızda vətəndaşlara xidmət göstərməkdir". 

Qeyd edək ki, ötən il iyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin, o cümlədən həmin mərkəzin tərkibində Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının da açılışı olub. Bu filialda çalışanlardan biri də K.Xələfzadədir. O deyir: "Artıq mənim arzum gerçəkləşib. Mən Şuşa DOST filialının əməkdaşı kimi fəaliyyət göstərirəm. Şuşa mənim uğur hekayəmin növbəti başlanğıcıdır".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!