29 İyul 2025 08:30
671
CƏMİYYƏT
A- A+
Könüllü "ASAN xidmət"çilər

Könüllü "ASAN xidmət"çilər


Salyan mərkəzinə müraciət edənlər onların köməyindən məmnun qalırlar

 

 Bakı istiqamətindən cənuba doğru gələndə Kür çayı körpüsünü keçərkən yolun sol kənarındakı gözəl bir mənzərə diqqət çəkir. Son 15-20 il ərzində burada Qarabağ müharibəsi qaziləri, Çernobıl əlilləri, şəhid ailələri üçün çoxmərtəbəli bina, Olimpiya İdman Kompleksi və "ASAN xidmət" mərkəzi tikilmişdir.

 

Ərazi şəhərciyi xatırladır və əkilən, xüsusi qayğı ilə becərilib böyüdülən müxtəlif növ ağaclar, dekorativ gül kolları, yaşıllıqlar bura xüsusi yaraşıq verir. "ASAN xidmət" Mərkəzinin həyətindəki fəvvarələr, uşaq əyləncə mərkəzi Muğan torpağının bu guşəsini hətta məşhur kiçik kurort şəhərlərinə bənzədir.

"ASAN xidmət"in binasına daxil olanda isə ilk müsbət təəssürat daha da güclənir. Yaşadığın ölkədə əhaliyə xidmət edən belə bir müasir mərkəzin olmasından qürur hissi keçirirsən. Və bir daha əyani əmin olursan ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə çox böyük quruculuq işləri görülüb. Bu gün isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur sürətlə yenidən qurulur, dirçəlir. Yollar, tunellər çəkilir, körpülər salınır, "ağıllı kəndlər və şəhərlər" inşa olunur, infrastruktur layihələri həyata keçirilir.

Bütün bu xərc və gərgin zəhmət tələb edən quruculuq regionlarda aparılan işlərin davam etdirilməsinə də mane olmur. Olimpiya İdman komplekslərinin, "ASAN xidmət" və Müalicə Diaqnostika mərkəzlərinin, digər sosial obyektlərin inşası, əsaslı təmir işlərinin aparılması, yeni yolların çəkilməsi, istehsal müəssisələrinin istifadəyə verilməsi və s. inkişaf etməkdə olan ölkəmizin regionlarında həyata keçirilən layihələrin az bir hissəsidir və onlar əhalinin sosial həyatının yaxşılaşdırılmasına təsir edən amillərdir.

Salyan "ASAN xidmət"ə gəldikdə, mərkəz bu gün həm də Neftçala, Biləsuvar, habelə Şirvan şəhərində qeydiyyatda olan 500 minə yaxın vətəndaşa xidmət göstərir. Fəaliyyətdə olduğu müddətdə də Salyan "ASAN xidmət" Mərkəzinə 410 mindən çox vətəndaş müraciəti qeydə alınmışdır.

Mərkəzdə ümumilikdə

214 əməkdaş və ay ərzində 20-25 könüllü çalışır. Fəaliyyəti dövründə burada 200-ə yaxın "könüllü" məzun olub. Gənclər könüllülük fəaliyyətinə 2 ay müddətinə qoşulur və müxtəlif əmək vərdişləri aşılayan təlimlərdə iştirak edirlər. Könüllülük fəaliyyəti 3 növbədə təşkil olunur və onlar istədikləri növbə üzrə fəaliyyətə qoşula bilirlər. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Dövlət Agentliyi tərəfindən xüsusi sertifikat və xasiyyətnamə verilir.

Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 15-20 yaşarası gənclər müraciət edə bilir və onlar müxtəlif layihələrdə iştirak edərək öz xarakterlərində sosial məsuliyyət anlayışını dərinləşdirirlər. Bütün bunlar həmin gənclərə liderlik və idarəetmə bacarıqlarını inkişaf etdirməkdə kömək edir.

"ASAN könüllülər" proqramı fərqli təhsil və peşə sahələrindən olan gəncləri bir araya gətirir. Hüquq, iqtisadiyyat, mühəndislik, təhsil, incəsənət və s. sahələrdən gələn gənclər burada həm öyrənir, həm də öyrədirlər. Bu isə öz növbəsində onların bir-birindən öyrənmələrinə və müxtəlif peşə sahələri arasında təcrübə mübadiləsi aparmalarına, gələcəkdə bu bilgilərdən istifadə etmələrinə şərait yaradır.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!