19 Aprel 2024 14:43
180
İDMAN
A- A+

Konfrans Liqası: "Fənərbağça" mübarizəni dayandırıb


Futbol üzrə UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Təşkil olunan oyunlardan sonra yarımfinala vəsiqə qazanan  komanda müəyyənləşib. 
Gəcənin maraqla gözlənilən oyunlarından biri Türkiyədə təşkil olunub. Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 2:3 hesabı ilə uduzan "Fənərbağça" doğma meydanda rəqibindən əsas və əlavə vaxtda 1:0 üstün olub. Qalib penaltilər seriyasında müəyyənləşib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən (2:3) "Olimpiakos"yarımfinala yüksəlib. 
Yunanıstan təmsilçisi növbəti mərhələdə İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.
İngiltərə klubu bu hüquqa Fransanın "Lil" komandasını penaltilər seriasında məğlub etməklə yiyələnib.  
Yarımfinalın digər iştirakçısı Belçika təmsilçisi "Brügge" ilə Yunanıstan PAOK-u arasında qarşılaşmada məlum olub. "Brügge" birinci görüşdə 1:0 hesabı ilə məğlub etdiyi PAOK-a cavab matçında da qalib gələrək (2:0) yarımfinala vəsiqə qazanıb.
"Brügge" növbəti mərhələdə İtaliya təmsilçisi "Fiorentina" ilə qarşılaşacaq. Qeyd edək ki, İtaliya təmsilçisi Çexiyanın "Viktoriya Plzen" klubuna qalib gələrək (2:0) mərhələ adlayıb. 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video