10 Sentyabr 2025 09:10
842
Mədəniyyət
A- A+
Klassik miniatür sənətinin müasir davamçısı

Klassik miniatür sənətinin müasir davamçısı


Şəmkirdə rəssam Fərmanı tanımayan az adam tapılar, bəlkə də yoxdur. 70 illik ömrünün 50 ildən çoxunu peşəkar rəssamlıq sənətinə həsr edən Fərman Hüseynov klassik miniatür sənətinin müasir davamçılarındandır. O, həm də portret janrında yaddaqalan obrazların müəllifi, habelə müasir Azərbaycan bədii mühitinin nüfuzlu simalarından biri kimi çoxlarının sevimlisidir. Geniş yaradıcılıq diapozonu ilə səciyyələnən sənətkar kitab illüstrasiyası, plakat, mənzərə janrı ilə bərabər memarlıq layihələrinin də müəllifidir. 

Hüquqşünas Rauf Quliyevin dediklərindən: 

- Rəssam Fərmanı məktəbli yaşlarımdan tanıyıram. Şəmkirdə Əhməd Cavad adına 4 nömrəli şəhər orta məktəbində bir sinifdə oxumuşuq. O da, mən də, digər sinif yoldaşımız Faiq də yaxşı rəsmlər çəkirdik. Fərman dərslərini yaxşı oxumaqla yanaşı, rəssamlığa böyük həvəs göstərirdi. İstedadlı və zəhmətsevər idi. Məktəb divar qəzetinin və müəyyən karikaturaların, şüar və şəkilli plakatların hazırlanmasında fəal iştirak edirdi. Hiss edirdik ki, o, gələcəkdə böyük rəssam olacaq.

Mən də, Faiq də bu sahəyə maraqlı olduğumuzdan fikirlərimizi bölüşər, bir-birimizin əl işlərinə rəy söyləyərdik. Son sözü isə bizi bu sahəyə istiqamətləndirən rəsm müəllimimiz Vahid Qaraqoyunlu deyərdi, biz də onunla tam razılaşardıq. Vahid müəllim qabiliyyətimizi nəzərə alaraq çox istəyirdi ki, bizim üçümüz də gələcəkdə rəssam olaq. Tale elə gətirdi ki, orta məktəbi bitirdikdən sonra Bakıya qəbula gəldik, Faiqlə Fərman sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verdi. Faiq müsabiqəyə düşdü, sonra fikrindən daşınıb iş adamı oldu, mən də ADU-nun (indi BDU) Hüquqşünaslıq fakültəsinə qəbul oldum. Amma Fərman əqidəsinə sadiq qaldı. 

Fərman Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin "Tərtibatçı rəssam" fakültəsinə daxil olur. Daha sonra Vətən qarşısında hərbi borcunu yerinə yetirmək üçün hərbi xidmətə çağırılır. O, əsgəri xidmətdə olarkən həm də hərbi hissənin tərtibatçı-rəssamı kimi ictimai işlərdə fəallıq göstərir. 

Əsgəri xidmətdən geri dönən Fərman Hüseynov elmi və nəzəri biliyini daha da zənginləşdirmək üçün bu dəfə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirmək istəyir. Bu arzu ilə universitetin Qrafika fakültəsinə daxil olur. İmtahanlardan əla qiymətlər alan Fərman tələbəlik illərində Moskvada keçirilən "Sülh uğrunda" Beynəlxalq plakat sərgisinin iştirakçısı olur. Uğurlarına görə SSRİ Rəssamlar İttifaqının Diplomuna layiq görülür. 1988-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını fərqlənmə diplomu ilə bitirir. 

Bundan sonra Şəmkir rayonunun baş memarı vəzifəsində çalışan rəssam milli tarixi və mədəni irsimizə yüksək dəyər verən Ulu Öndər Heydər Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Tiflisdə Xalq Cümhuriyyəti qurucularına aid abidələrin, Mirzə Fətəli Axundzadənin ev-muzeyinin və digər muzeylərin tərtibatçı-müəllifi kimi milli-mədəni irsimizin qorunub-saxlanmasında əlindən gələni edir. 

Xatırladaq ki, rəssamın erkən yaradıcılığında miniatür sənətinə maraq daha qabarıq nəzərə çarpır. Rəssamlıq məktəbini bitirən sənətkarın diplom işi də miniatür ənənələrin müasir davamı olan "Şərq motivləri" mövzusunda panno eskiz olub. İllər sonra bu mövzu üzərində işləyərək, Şəmkir Tarix Muzeyinin foyesində "Azərbaycan toyu" adlanan miniatür üslublu dekorativ panno yaradıb. Sonralar da yaradıcılığında dəfələrlə miniatür sənətinə müraciət edən rəssam böyük şair Nizami Gəncəvinin "Xəmsə" süjetlərini əks etdirən möhtəşəm kompozisiya işləyib hazırlayıb. 

Bu gün Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyinin rəhbəri vəzifəsində çalışan Fərman müəllimin muzeyin foyesində "Azərbaycan toyu" mövzusunda yaratdığı miniatür divar rəsmi buraya ziyarətə gələnlərin, xüsusən də əcnəbi turistlərin daha çox diqqətini çəkir. 73 kvadratmetr olan bu əsər həcminə görə dünyada ən böyük miniatür divar rəsmlərindən biri, bəlkə də birincisidir. Cari ilin iyun ayında - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ərəfəsində muzeydə ziyarətdə olan Sankt-Peterburqun görkəmli  rəssamı Farid Zakiyev həmkarının əsərlərinə baxdıqdan sonra onunla yaxından tanış olmuş, xatirə şəkli çəkdirmiş və mətbuata açıqlamasında demişdir: 

- Mən çox ölkələrdə olmuşam, məşhur rəssamların yardıcılığına diqqət etmişəm, amma Fərman Hüseynov qədər maraqlı mövzular və əsərlər müəllifinə hələ də rast gəlməmişəm desəm, səhv etmərəm. Emalatxanasında oldum, bir-birindən maraqlı əsərlərinə baxdıqca çox duyğulandım, qəribə hislər keçirdim. Əyalətdə yaşayasan, bu qədər məhsuldar və geniş diapazonlu miniatür ustası olasan?! Bütün bunlar sənətə vurğunluqdan, vətənə, xalqa xidmət hisslərindən irəli gəlir... Sənət dostu kimi həmkarımın uğurlarına çox sevinir və qibtə edirəm.

Rəssamlıq üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın aparıcı elmi işçisi, Azərbaycan Milli İncəsənət Muzeyinin "Elmi tədqiqatlar" şöbəsinin müdiri Telman İbrahimov deyir: "Fərman Hüseynovun son illər yaradıcılığında portret janrına maraq daha çox diqqəti cəlb edir. Rəssamın yaratdığı portretlər qalereyasında Azərbaycanın tarixi şəxsiyyətləri Babək Xürrəmi, Səməd Vurğun, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Dədə Ədalət, Akif İslamzadə, dünyaşöhrətli Lütvi Zadə və digərlərinin portretləri incə qrafik üslubda təqdim olunmuşdur. 

Rəssamın portret yaradıcılığında Qarabağ müharibəsinin "Şəmkir şəhidləri" adlanan portretlər silsiləsi xüsusi yer tutur. Qarabağın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları rəssam pafoslu deyil, sıramızdan olan adi həmvətənlərimizi, sadə və səmimi obrazlar kimi tərənnüm etmişdir. Belə portretlər sırasında Rəşad Atakişiyev, polkovnik Vüqar Yusifov, İsgəndər Aznaurov və başqalarının portretlərini qeyd etmək olar". 

Fərman Hüseynov Azərbaycan təsviri sənət məktəbinin nümayəndəsi olaraq öz yaradıcılığında məhz ölkəmizin milli təsviri sənət ənənələrini yaşadaraq davam etdirən sənətkarlardandır. Rəssamın 50 illik yaradıcılıq bioqrafiyası onun Vətən həyatının sevinci və kədəri ilə yaşamasını, doğma yurdunun tarixi, mədəni və mənəvi dəyərlərini, şəxsiyyətlərini öz əsərlərində tərənnüm etməsi onun yaradıcılıq kredosunun qayəsini təşkil edir. 

Şəmkirdə, Gəncədə, Bakıda və digər bölgələrdə fərdi sərgiləri keçirilən klassik miniatür sənətinin müasir davamçısı Fərman Hüseynovun əməyi Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilib - 2018-ci ildə "Cümhuriyyət - 100" medalı ilə təltif olunub. 

Fərman Hüseynov müxtəlif ictimai qurumlar, şirkətlər və təşkilatlar tərəfindən dəfələrlə xatirə hədiyyələrinə, fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!