Kiyevdə «Heydər Əliyev: Deyilən söz yadigardır» kitabının təqdimatı olmuşdur
krayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) AzərTAc-a bildirmişlər ki, Kiyevdə UAGB-nin təşəbbüsü ilə Regionlararası Heyətin İdarəolunması Akademiyasında "Heydər Əliyev: Deyilən söz yadigardır" aforizmlər kitabının təqdimat mərasimi keçirilmişdir.
Ukraynanın elm və təhsil adamları, Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri, Azərbaycan diasporunun və UAGB-nin fəalları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərində adını daşıyan Sosial Elmlər İnstitutunun qarşısındakı büstünün önünə tər çiçəklər qoymuş, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Sonra akademiyada ulu öndərin kəlamlarından bəhs edən "Heydər Əliyev: Deyilən söz yadigardır" kitabı Ukrayna elmi ictimaiyyətinə təqdim olunmuşdur.
Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışmış, ümummilli liderin müdrik kəlamlarından ibarət kitabın Ukrayna və Azərbaycan dillərində nəşr olunmasını indiki və gələcək nəsillər üçün ən dəyərli töhfə kimi qiymətləndirmişdir. 5 min nüsxə ilə çap olunmuş milli yaddaş kitabı UAGB-nin təşəbbüsü ilə dekabrın 12-də Ukraynanın bir sıra ali təhsil ocaqlarının tələbələrinə və milli kitabxanalarına paylanmışdır. Tədbirdə Regionlararası Heyətin İdarəolunması Akademiyasının prorektorları İqor Pilyayev və Nikolay Qolovatıy çıxış edərək dünyanın siyasi arenasında bəşəri təfəkkür sahibi kimi tanınan dahi Heydər Əliyevin vaxtilə söylədiyi kəlamların bu gün hər bir xalqın yaddaşına müdriklik təcəssümü kimi daxil olduğunu vurğulamışlar.
Mərasimdə Dünya Azərbaycanlıları Konqresi Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəsi Elçin Məmmədov, kitabın tərtibçisi Möhsüm Aslanov, Ukrayna Azərbaycanlıları Konqresi ali məclisinin sədri Akif Gülməmmədov, UAGB-nin sədri Anar Tahirov, "İşıq" müsəlman cəmiyyətinin sədri Əbülfəz Qasımov və digər soydaşlarımız çıxış edərək, dünya azərbaycanlılarının milli dövlətçilik ideologiyası ətrafında birləşməsində tarixi xidmətləri olan ümummilli liderin xatirəsinin heç zaman unudulmayacağını vurğulamışlar.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!