09 Aprel 2025 16:32
434
CƏMİYYƏT
A- A+
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova nümayəndə heyəti ilə görüşüb  

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova nümayəndə heyəti ilə görüşüb  


Kənd Təsərrüfatı Nazirliyində (KTN) Azərbaycanda səfərdə olan Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Boleanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

KTN-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı naziri, Azərbaycan–Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Məcnun Məmmədov, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. Moldovanın Azərbaycanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir əlavə edib ki, ölkəmiz iki dövlət arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir.

Qlobal iqlim dəyişikliyinin aqrar ərzaq təhlükəsizliyinin təmin olunması prosesinə ciddi risklər yaratdığını vurğulayan nazir Məcnun Məmmədov, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub. Nazir Moldovanın COP29-da yüksək səviyyədə təmsil olunduğuna görə təşəkkürünü ifadə edib.

Nazir işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladıb. O, Azərbaycanın bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində Moldova ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Baş nazirin müavini Vladimir Bolea Moldovanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərinin inkişafına maraq göstərdiyini qeyd edib. Görüş zamanı iki ölkə arasında enerji, nəqliyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları, Azərbaycandan Moldovaya birbaşa uçuşların sayının artırılması, turizm potensialından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın cari ilin aprelin 11-də Bakıda keçiriləcək altıncı iclası və bu çərçivədə təşkil olunacaq biznes forumla bağlı məsələlər müzakirə olunub.

Tərəflər imzalanmış və razılaşdırılma mərhələsində olan müqavilələr, gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıb, Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Qeyd olunub ki, qarşılıqlı regional əlaqələrin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin təşkili, ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqat işlərinin aparılması, aqrar sahədə mütəxəssis hazırlığı, birgə müəssisələrin yaradılması, Moldovanın Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələrinə inteqrasiya imkanlarının araşdırılması əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edə bilər.


Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!