26 Avqust 2025 09:00
2670
Mədəniyyət
A- A+
Keçmişdən gələcəyə...

Keçmişdən gələcəyə...


Azərbaycan muğamı bəşər mədəniyyətinin nadir incilərindən sayılır. Xalqımızın bu qədim irsinin - muğamlarımızın UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi də bunun təsdiqidir.


Dünya mədəniyyətində özünəməxsus yeri olan muğamlarımız


Sanki bu xalqın özü ilə həmyaşıddır. Onunla birlikdə yaranıb, gündən-günə, aydan-aya, ildən-ilə adlayıb. Sonra illəri əsrlərə calanıb. Və beləcə, muğamlarımız xalqımızla birlikdə bu günlərə qədər uzun yol gəlib.

Ruhundan pərvazlandığı xalqın özü kimi o da yüz illərin sınağından asanlıqla keçməyib. Muğamlarımıza ögey nəzərlərlə baxanlar da az olmayıb. Ancaq həmin vaxtlarda da Azərbaycan xalqı öz zəngin mədəniyyətinin bu gözəl incilərinin dəyərdən salınmasına yol verməyib. Onu sevdiyi qədər qoruyub yaşatmağı da bacarıb. Odur ki, zamanın tufanları, təlatümləri muğam sənətini  dayandığı yüksək məqamdan heç vaxt endirə bilməyib. Xalq arasından çıxan xanəndələr "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər", "Hümayun" və digər muğamlara öz səslərinin şirinliyini, məlahətini qataraq özlərinəməxsus tərzdə oxuyublar. Beləcə, muğamlarımız hər xanəndənin ifasında sanki yenilənib. Hər istedadlı ifaçısı ona yeni nəfəs verib.  Hər dinləyicisi isə onda öz mənəvi dünyasını, hisslərinin, duyğularının tərcümanını tapıb. Qədim muğamlarımız heç zaman "qocalmayıb". Çünki hər bir mahir ifaçısı səsi ilə, pərəstişlə, heyranlıqla dinləyən hər bir muğamsevərin heyrəti və sevgisi ilə elə bil yenidən dünyaya gəlib.

Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımız yalnız bizi heyran etmir. Ecazkarlığı ilə dilindən, dinindən, irqindən asılı olmayaraq, hər bir musiqisevərin qəlbinə yol tapır. Ona görə də muğamları təkcə Azərbaycanda, Şərq ölkələrində deyil, bütün dünyada sevə-sevə dinləyirlər. Bu səbəbdən dünya mədəniyyətində onun özünəməxsus yeri var. Hələ 1971-ci ildə UNESCO 50 albomdan ibarət "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" valı da daxil edilmişdi. UNESCO tərəfindən Azərbaycan muğamları 1975-ci ildə isə "Musiqi mənbələri" seriyasında təqdim olunmuşdu. 1977-ci ildə Amerika Birləşmiş Ştatları Milli Kosmik Agentliyi Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini peyklə kosmosa göndərmişdi.

Kanadanın Niaqara şəhərinin meriyası və hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən 2010-cu ildə qərar qəbul edilib. Bu qərara əsasən, 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.


Azərbaycanın mənəvi sərvəti


Azərbaycan xalqı XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixinin çətin, ağır, lakin qürurverici dövrünə qədəm qoydu. 70 il ölkəmizi öz tabeliyində saxlamış nəhəng imperiya tarixə gömüldü. Sovet  hakimiyyəti heç vaxt müttəfiq respublikaları itirmək xofundan azad olmamışdı. Azərbaycan xalqına da milli kimliyini, özünəməxsusluğunu unutdurmağa çalışmışdı. 

Qədim muğam sənətimizi bu səbəblərdən gözdən salmağa səy göstərirdilər. Sovet hökumətinin ən sərt dönəmlərində, xüsusilə 1930-cu ildən 1970-ci ilədək muğam sənətinin bəsit, primitiv olduğunu iddia edənlər olub. Amma dövrünün bütün çətinliklərinə və ziddiyyətlərinə baxmayaraq, öz milli kimliyini uca tutanlar, mənəvi dəyərlərini qorumaqdan geri çəkilməyənlər muğam sənətini yaşatmağı və daha da inkişaf etdirməyi bacarıblar. 

Azərbaycan müsəqilliyini bərpa etdikdən sonra xalqımızın öz tarixini sovet hökumətinin, necə deyərlər, süzgəcdən keçirdiyi şəkildə yox, olduğu kimi öyrənməsinə, milli-mənəvi sərvətlərini daha geniş şəkildə inkişaf və təbliğ etdirməsinə şərait yarandı. Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində muğam sənəti də bu gün artıq öz parlaq dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, muğam Azərbaycanın milli sərvətidir: "Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir".

Bu gün fəxrlə deyirik ki, Azərbaycan muğamı dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. Respublikamızın paytaxtında Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Regionlarımızda da muğam mərkəzləri açılıb. Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirdi ki, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür: "Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür". 

Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mərkəz mühüm rol oynayacaq.

Dövlətimiz tərəfindən muğamın təbliği və inkişafı istiqamətində həyata keçirilən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Bu istiqamətdə fondun təşkilatçılığı və dəstəyi ilə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr reallaşdırılır. Azərbaycan muğamının UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına salınması da həmin layihələrin nəticəsidir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu uzun illərdir ki, muğam sənətimizinin inkişafında və təbliğində təqdirəlayiq işlər görür. Azərbaycan muğamının təbliğinə və inkişafına böyük diqqət və qayğı göstərən Mehriban xanım Əliyeva bildirib ki, muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır: "Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm".

Fond tərəfindən "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə nəşr olunub. 2008-ci ildə Heydər Əliyev Fondunun Azərbaycan muğamına həsr edilən daha bir nəşri - "Azərbaycanın muğam ensiklopediyası" (iki cilddə) Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.

Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif müsabiqələr, beynəlxalq festivallar təşkil edilir. Muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi üçün Heydər Əliyev Fondu "Muğam televiziya müsabiqəsi" keçirir. 2005-ci ildə Birinci Muğam Müsabiqəsi görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə təşkil olunub. Sonrakı illərdə - 2007-ci, 2009-cu, 2011-ci, 2013-cü, 2015-ci, 2017-ci, 2019-cu və 2022-ci illərdə də muğam müsabiqələri keçirilib, müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verməkdə davam edir. Müsabiqənin 20-ci ildönümündə - bu il mayın 13-də IX "Muğam" Televiziya Müsabiqəsinə start verilib. Müsabiqə iyunun 12-də Ağdam Muğam Mərkəzində davam edib. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə yeniyetmə və gənc ifaçılar məharətlərini göstəriblər. IX "Muğam" Televiziya Müsabiqəsinin finalı isə dünən Laçında keçirilib.

Qeyd edək ki, "Muğam" Televiziya Müsabiqəsində iki yaş aralığında - 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir. Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə səsləndirir, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edirlər.

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının və əlaqəli musiqi formaları ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən ən önəmli beynəlxalq tədbirlərdən biri - "Muğam aləmi" Beynəlxalq Festivalı da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən etibarən keçirilir. Festival ardıcıl olaraq 2011, 2013, 2015, 2018 və 2023-cü illərdə də dünyanın müxtəlif ölkələrindən sənətçiləri, musiqiçiləri, alimləri və mədəniyyət təbliğatçılarını bir araya gətirib.

Mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, muğam irsinin yaşadılmasına böyük töhfələr verən "Muğam aləmi" beynəlxalq festivalı bu il 7-ci dəfə düzənlənib. 17-22 iyunda keçirilən festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edib. "Muğam aləmi" VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi iyunun 22-də muğamın beşiyi olan azad Qarabağda - Ağdamdakı Muğam Mərkəzində olub. Bu isə o deməkdir ki, Ermənistanın işğalından azad etdiyimiz Şuşa, Ağdam, Laçın və başqa yerlərimizdən bu gün doğma muğamın səsi eşidilir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!