23 Sentyabr 2025 08:40
1363
Mədəniyyət
A- A+
Jurnalist iradəsi 

Jurnalist iradəsi 


İş yoldaşımız, qələm dostumuz İradə Əliyeva hazırda məzuniyyətdədir. Bununla belə, qəzetin səhifələrindən imzası əskik olmur. Bu isə o deməkdir ki, o, işini, sənətini, çalışdığı "Azərbaycan" qəzetini çox sevir.

İradə xanım mətbuatda çoxdandır. O vaxtlar hər kəs jurnalist sənətini seçməyə cəsarət etməzdi. Xüsusilə də cəmiyyətdə mövcud olan "jurnalistlik qadın sənəti deyil" fikri qızların bu sahəyə gəlməsi üçün bir qədər çətinlik törədirdi. İradə Əliyeva bu stereotipləri qıran xanım jurnalistlərimizdən oldu. Göstərdi ki, xalqın və cəmiyyətin həyatında qadın yazarların qələminin "boyuna biçilmiş" bir çox mövzu var. Elə söz var ki, həssas qadın qəlbindən keçib gəldiyi üçün daha təsirli olur. Söhbət milli-mənəvi dəyərlərimizdən, gənc nəslin tərbiyəsindən, Vətən sevgisindən, torpaq  təəssübkeşliyindən gedəndə ana səsi də ucalmalı - qadın-jurnalist də öz sözünü deməlidir. Kişi sözü kəsərlidirsə, qadının, ananın sözü də düşündürən, sirayətedəndir.

Amma nə qədər paradoksal olsa da, bəzən "jurnalistlik qadın sənəti deyil" deyənlərə haqq qazandırmaq istəyirsən. Çünki yaxşı jurnalist olmaq, ümumiyyətlə, çətindir. Üstəgəl, hər bir qadının üzərinə həyatda övlad böyütmək, evin istisini qorumaq kimi (şərəfli və xoş olsa da) ağır vəzifə düşür. Qısası, bir əlin qələmdə, o biri əlin isə evin, ailənin üstündə olması heç kəsə asan gəlməsin.

Sözümüzün canı odur ki, bizim İradə xanım bütün bunlardan keçib - üzərinə düşən hər iki mühüm vəzifəni layiqincə yerinə yetirib və həyat, sənət yollarında beləcə də irəliləməkdədir.

"Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin redaktoru, Əməkdar jurnalist İradə Əliyeva ilə uzun illərdir iş yoldaşı, qələm dostuyuq. Keçdiyi həyat yoluna da, xasiyyətinə də, yaradıcılığına da yaxından bələdik. Əsil-nəcabətli xanımdır. İkinci Dünya müharibəsində biri ön, digəri arxa cəbhədə şücaət göstərmiş iki mətin insanın - Əbdül Zeynalovun və Cəmilə xanımın ailəsində anadan olub. Atası bir sıra məsul vəzifələrdə çalışıb. Sovet dövrünün ölçüləri ilə götürdükdə İradə xanım imkanlı ailədə böyüyüb. Amma buna baxmayaraq, həmişə zəhmətsevər olub. ADU-nun (indi BDU) Jurnalistika fakültəsində təhsil aldığı vaxt müəllimlər onun atasının yaxın tanışı olsalar da, İradə həmişə çalışqanlığı ilə seçilib və yaxşı oxuyub. 

1977-ci ildə universiteti bitirib "Təşviqatçı" jurnalında əmək fəaliyyətinə başlayıb. Amma tezliklə ürəyinin hökmü ilə jurnalistikanın daha "qaynar" sahəsinə atılıb. Uzun illər "Azərbaycan müəllimi" qəzetində çalışıb. Bu qəzetdə peşəkar jurnalist kimi püxtələşib, gələcək yaradıcılığının əsas mövzularını müəyyənləşdirib. Azərbaycanın görkəmli alimləri, pedaqoqları, ziyalıları ilə həmsöhbət olub, mötəbər ictimai, mədəni, kütləvi tədbirləri bacarıqla işıqlandırıb.

1993-cü ildən İradə Əliyeva jurnalist taleyini "Azərbaycan" qəzeti ilə bağlayıb. 1997-ci ildən şöbə redaktorudur. Elə buradaca demək yerinə düşər ki, İradə xanım ona etibar edilən vəzifəyə həmişə məsuliyyətlə yanaşan, tapşırılan  iş üçün cavabdehlik daşıyan  insandır. Şöbənin əməkdaşlarına qarşı həm tələbkar, həm də qayğıkeşdir.

"Azərbaycan" onun qarşısında daha geniş yaradıcılıq imkanları açıb. İradə xanım bu imkanlardan səmərəli istifadə edərək mövzularını şaxələndirib. Qəzet səhifəsinə maraqlı yazılar gətirdikcə, aktual məsələlərə toxunduqca özünün də peşəkarlığı artıb.

Jurnalist İradə Əliyevanın mövzu dairəsi genişdir. Burada elmin, təhsilin, səhiyyənin, mədəniyyətin uğurları, perspektivləri, həlli vacib məsələləri, görkəmli ziyalıların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin həyat yolu öz əksini tapır. Xeyli vaxtdır repressiya qurbanları, deportasiyaya, qaçqın-köçkünlüyə məruz qalmış insanlar haqqında acı tarixi həqiqətləri qələmə alır. Onun eləcə də müxtəlif sahələrdə çalışan, fəal həyat mövqeyi tutan Azərbaycan qadınları haqqında silsilə yazıları var.

Uzun illər ərzində gördükləri və müşahidə etdikləri, oxuyub öyrəndikləri, axtarıb tapdıqları və yazdıqları indi İradə xanımın yaradıcılıq "mətbəx"ində kitablara çevrilməkdədir. Onun "Repressiyalar burulğanı", "Qadınlarımız... bənzərsiz dünyamız", "Repressiya qurbanı: Teymur Salahov", "Qəhrəman kimi döyüşdü, qəhrəman kimi həlak oldu" (akademik Ziya Bünyadova həsr olunub), "İllərim sərvətimdir" və neçə-neçə digər kitabı oxuculara yaxşı tanışdır. "Repressiyalar burulğanı" kitabını genişləndirilmiş və təkmilləşdirilmiş halda rus dilində də dərc etdirib. "Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabı isə son illərdə işıq üzü görsə də, əslində, uzun müddətdir aparılan tədqiqatın nəticəsidir.

Bütün bunları İradə Əliyeva həftədə altı dəfə çıxan, illik səhifələrinin sayını tən böləndə isə az qala hər günün payına bir nömrəsi düşən rəsmi dövlət qəzetində zəhmət və qayğı dolu jurnalist həyatı yaşaya-yaşaya araya-ərsəyə gətirib. Və bütün bunlarla yanaşı, İradə xanım böyük bir ailənin anasıdır, iki oğul övladını layiqincə böyüdüb boya-başa çatdırıb, indi xoşbəxt nənədir.

Jurnalist, publisist həmkarımızın qələmi bir gün də əlindən düşmür. Əgər desək ki, "Azərbaycan"ın az qala hər nömrəsində onun imzasına rast gəlmək olar, təbii ki, oxucular bunu inkar etməyəcəklər.

Son 5 ilin olayları İradə Əliyevanın yaradıcılığına yeni mövzular bəxş edib. Möhtəşəm qələbələr və misilsiz quruculuq işlərinə aid mövzulardır bunlar. "Müzəffər Komandan" kitabı da məhz bu ovqatla qələmə alınmış yazıların toplusudur. Bu yazılar davam edir. Onlar hər gün gördüyümüz, zəhmət və axtarışlarına şahid, sənət sevgisinə və məsuliyyətinə bələd olduğumuz iş yoldaşımızın qələmindən çıxır. Yoldaş demişkən, İradə xanım bir dost, yoldaş, həmkar kimi də həmişə bizimlədir. Xoş sözü, ağıllı məsləhəti, bir sözlə, bacardığı, əlindən gələni edə bilməsi ilə...

Bu yazı ilə biz - "Azərbaycançı"lar İradə xanımı 70 illiyi münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür, yaradıcılıq uğurları diləyirik.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!