17 Aprel 2024 17:58
255
İQTİSADİYYAT
A- A+

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

 

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının “COP28-in yekunları: infrastruktur, strategiya və bərpa olunan enerjidən istifadəni üç dəfə artırmaq və enerji keçidini sürətləndirmək bacarıqları” mövzusunda keçirilən 14-cü sessiyası panel iclasları ilə işini davam etdirib.

AZƏRTAC-ın BƏƏ paytaxtına ezam olunmuş müxbiri xəbər verir ki, “CNN Arabia” telekanalının aparıcısı və baş redaktoru Bekki Andersonun moderatoru olduğu ikinci panel iclasında “Bərpa olunan enerjinin üçqat artırılması” mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Panel iclasında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Afrika İttifaqının infrastruktur və energetika məsələləri üzrə komissarı Amani Əbu-Zaid, Barbadosun enerji və biznes naziri Liza Kammins, Keniyanın Energetika və Neft Nazirliyinin katibi Devis Çirçir, BƏƏ-nin energetika və neft nazirinin müavini Şərif əl-Ulama iştirak ediblər.

Nazir Pərviz Şahbazov maliyyə təminatını 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən istifadənin əsas şərtlərindən biri adlandırıb.

Onun sözlərinə görə, COP29 iqlim konfransının keçirilməsi Azərbaycana bərpa olunan enerji sahəsinin inkişafında nailiyyətlər əldə etmək imkanı verir. Nazir əmin olduğunu bildirib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərinin qəbulu üzrə səylərin səfərbər edilməsində mühüm platformaya çevriləcək.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson COP28 iqlim konfransının uğurla keçirildiyini qeyd edib, Aİ və IRENA-nın bərpa olunan enerji mənbələrindən istifadənin üçqat artırılması üzrə təşəbbüsün irəli sürülməsində birgə səylərini vurğulayıb.

K.Simson bildirib ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə və energetika naziri Pərviz Şahbazovla keçirilən görüşlərdə maliyyə təminatı və bərpa olunan enerji mənbələrindən istifadə olunması məsələlərinin qarşıdakı COP29 iqlim konfransının gündəliyinə daxil edilməsinin zəruriliyi qeyd edilib. O, həmçinin Aİ-nin yuxarıda göstərilən təşəbbüslərə tam sadiqliyini və dəstəyini ifadə edib.

Panel iclası geniş müzakirələrlə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video