24 Aprel 2024 21:48
234
CƏMİYYƏT
A- A+

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

 

Baş prokuror Kamran Əliyev İordaniya Haşimilər Krallığının Baş prokuroru Yusuf Tiabat ilə videokonfrans formatında ikitərəfli görüş keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Baş prokuror dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyev və Kral II Abdullah ibn Al Hüseynin birgə səyləri nəticəsində siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə əlaqələrin hazırkı yüksək inkişaf dinamikasına çatdığını vurğulayıb.

Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarına məlumat verib.

Yusuf Tiabat ölkələrimiz arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, bu ilin sentyabrın 29-dan oktyabrın 2-dək ölkəmizdə keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına dəvət edildiyi üçün təşəkkürünü ifadə edib. Ölkəmizin hüquq-mühafizə orqanlarının, xüsusilə də Baş Prokurorluğun müsbət təcrübəsinin öyrənilməsi üçün qurumlararası işbirliyinin vacibliyi qeyd edilib.

Tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video