04 Sentyabr 2025 08:50
426
CƏMİYYƏT
A- A+
İnamın, birliyin və mübarizə ruhunun təcəssümü

İnamın, birliyin və mübarizə ruhunun təcəssümü


Vətən yalnız coğrafi məkan deyil, soykökümüzlə, qəlbimizlə bağlı olduğumuz, əsrlərin yaddaşını daşıyan məmləkətdir. Vətən milli kimliyimiz, qürur mənbəyimizdir.

Vətəni sevmək yalnız onun gözəl təbiətinə - başıqarlı dağlarına, sıx meşələrinə, göz işlədikcə uzanan yamyaşıl çöllərinə, saf bulaqlarına, çaylarına, göllərinə, dənizinə… vurğun olmaq, tərənnüm etmək, fərəhlənmək deyil. İşinlə, əməlinlə onun adına, ünvanına layiq olmağı da bacarmaqdır. Azərbaycan xalqı da tarix boyu öz Vətənini məhz bu cür sevib. Övladları ona dar günündə arxa, dayaq olublar. Çünki şair Cabir Novruzun dediyi kimi:


Vətəni sevmək azdır,

Onu qorumaq gərək.


Vətən uca Yaradanın bizə bəxş etdiyi elə şirin bir nemətdir ki, onun bir qarış torpağı üçün yolunda candan keçməyə dəyər. Şairin bu misraları ulularımızın bizə çağırışı kimi səslənir: 


Bilir ərlər, ərənlər,

Vətənə tay olmayır,

Ömürdən pay verərlər,

Vətəndən pay olmayır


Məmləkətimiz nə zaman dara düşübsə, işğalçıların hücumlarına məruz qalıbsa, yurd sevgisi, təəssübkeşliyi vətənsevər övladlarının ən böyük gücü, ən qüdrətli silahı olub. Azərbaycanın qəhrəman övladları əsrlər boyu yadellilərin basqınlarından, savaşlarından bu sevgi sayəsində alnıaçıq, üzüağ çıxıblar. Yenilsələr də, düşmənə boyun əyməyiblər. Vətəni qorumaq, azad və abad görmək arzusundan, amalından əl çəkməyiblər. Əsrlər dəyişdikcə hər nəsil öz payına düşən çətinliklərə sinə gərərək bu torpağı qorumaq, onu gələcək nəsillərə əmanət etmək kimi müqəddəs bir vəzifəni yerinə yetirib.

XX əsrin sonlarında müstəqilliyimizə aparan yol da bu sevgidən keçdi. Sovet hakimiyyətinin yetmiş il davam edən basqılarından, əsarətindən qurtulduğu vaxtda Azərbaycanın başının üstünü yenidən qara buludlar aldı. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində məkrli ermənilər havadarlarının verdikləri silahları azərbaycanlılara yönəltdilər. Azğınlaşmış ermənilər Qarabağı və Şərqi Zəngəzuru azərbaycanlılara qarşı dəhşətli cinayətlər, qırğınlar, qətliamlar, soyqırımıları törədərək işğal etdilər. Azərbaycan xalqının sinəsinə dağ çəkdilər. Qarabağı və Şərqi Zəngəzuru talan etdilər, abad yurdlarını xarabalıqlara çevirdilər. Bir milyon azərbaycanlı evindən, elindən baş götürüb qaçmaq məcburiyyətində qaldı.

Qarabağın və Şərqi Zəngəzurun işğal müddəti uzun çəkdi. Otuz ilə yaxın  erməni quldurları həmin yerlərdə at oynatdılar. Azərbaycanlılar isə dədə-baba yurdlarına həsrət qaldılar. Neçə-neçə azərbaycanlı bu nisgillə dünyadan köçdü.

Ancaq hər bir azərbaycanlının qəlbində işığı sönməyən bir ümid vardı. Hər kəs o yerlərin düşmən işğalında əbədi qalmayacağına inanırdı.

Zaman keçir. Yaşları Qarabağın və Şərqi Zəngəzurun işğalından kiçik olan Azərbaycan övladları böyüyürdü. Və onlar da heç zaman ayaq basmadıqları Qarabağı və Şərqi Zəngəzuru yolunda canlarını qurban verəcək qədər sevirdilər. Çünki o yerlər doğma məmləkətin bir parçası, vətən torpaqlarıdır. 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində müharibə başladı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qismən səfərbərlik elan etməsini Azərbaycan xalqı böyük ruh yüksəkliyi ilə qarşıladı. Səfərbərlik çağırışına cavab olaraq ölkəmizin bütün bölgələrindən minlərlə vətəndaş hərbi komissarlıqlara üz tutdu. Bu, xalqımızın Vətən sevgisinin, dövlətinə və Ali Baş Komandanına olan sarsılmaz inamının bariz nümunəsi idi.

Hamını bir amal birləşdirirdi - işğal altında qalmış torpaqlarımızı azad görmək. Vətən müharibəsində bütün Azərbaycan Xalq şairi Məmməd Arazın illər əvvəl yazdığı bu misralardakı kimi milli ruha, Vətən eşqinə kökləndilər:


Bu gün gərək

Hər anımız Vətən! - desin.

Qılıncımız, qalxanımız

Vətən! - desin

Təxminimiz, gümanımız,

Vətən! - desin!

Ölənlərin əvəzinə

Qalanımız - Vətən! - desin.


Cəbhədə döyüşən əsgər və zabitlərimizin şücaəti, cəsurluğu sayəsində 44 gün davam edən Vətən müharibəsinin hər günü tariximizin bir qəhrəmanlıq səhifəsinə çevrildi. Azərbaycan Ordusu Qarabağda və Şərqi Zəngəzurda düşmənə ağır zərbələr endirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etmək, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda şərəfli missiyasını yerinə yetirdi.

Arxa cəbhədə də hər kəs döyüşən oğullara dəstək üçün səfərbər oldu. Bu sarsılmaz birlik - dövlət-xalq birliyi Azərbaycanı Zəfərə çatdırdı. Ölkəmizin qüdrətini bütün dünyaya göstərdi.

2023-cü ilin sentyabrında isə Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyini tam bərpa etdi. 2020-ci ildə baş verən Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları bir daha sübut etdi ki, Azərbaycanın gənc nəsli milli dəyərlərinə, torpağına və dövlətinə sadiqdir. Onların igidliyi, fədakarlığı, şücaəti sadəcə, hərbi qələbə deyil, eyni zamanda xalqımızın gələcəyinə inamın, birliyin və mübarizə ruhunun təcəssümüdür.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!