22 Sentyabr 2025 11:22
508
İDMAN
A- A+
İlham Zəkiyev: Avropa çempionu olandan sonra məni ilk təbrik edənlərdən biri Qurban Qurbanov oldu – MÜSAHİBƏ  

İlham Zəkiyev: Avropa çempionu olandan sonra məni ilk təbrik edənlərdən biri Qurban Qurbanov oldu – MÜSAHİBƏ  


Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev AZƏRTAC-ın suallarını cavablandırıb. Doqquzqat qitə çempionunun müsahibəsini təqdim edirik:

- Karyeranız ərzində doqquzuncu dəfə Avropa çempionu oldunuz. Təəssüratlarınız maraqlıdır...

- Bu yarışa hazırlığım bir az ağır keçmişdi. Çünki zədəm var idi. Turnirdən əvvəl bunu dilə gətirmək istəmirdim. Çünki hər kəs fikrimi bəhanə adlandıra bilərdi. Şükürlər olsun ki, məşqçilərlə birgə bunun öhdəsindən gəldik.

- Yarışdan əvvəl bu cür nəticəni gözləyirdiniz?

- Təbii ki, nəticə əldə edəcəyimə inanırdım. Gürcüstandakı yarış 11-ci Avropa çempionatım idi. Finaldakı rəqibim moldovalı İon Basokuya son AÇ-nin finalında məğlub olmuşdum. O, həm də sonuncu Paralimpiya Oyunlarının gümüş medalçısı idi. Mənim üçün prinsipial qarşılaşma oldu. Azərbaycanda 20 Sentyabr - Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Həmin gündə qızıl medal qazanmaq və Dövlət Himnimizi səsləndirmək qürurverici hiss idi.

- Sizi idman ictimaiyyətindən kimlər təbrik etdi?

- “Qarabağ”ın “Benfika” üzərindəki qələbəsi bizə əlavə stimul verdi. Qurban Qurbanovu nəticəyə görə təbrik etmişdim. Avropa çempionu olduqdan sonra isə məni ilk təbrik edənlərdən biri Qurban müəllim oldu.

- Maraqlıdır, İlham Zəkiyev doqquzuncu Avropa çempionluğunu kimə həsr edir?

- Zəfərimi xalqıma, müstəqillik uğrunda canından keçən şəhidlərimizə həsr edirəm. Allah Prezidentimizi və xalqımızı qorusun.

- Gələcək yarışlar üçün hədəfləriniz nədir?

- Növbəti məqsədim “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdir. Zədə olmasa, yeddinci Paralimpiya Oyunlarım olacaq. Onlardan beşində medal qazanmışam.

- Bildiyiniz kimi, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhəri MDB Oyunlarına ev sahibliyi edəcək. Bu yarış haqqında nə deyə bilərsiniz?

- MDB Oyunları həm də dostluq yarışıdır. İnanıram ki, idmançılarımız uğurlu nəticə qazanaraq xalqımızı sevindirəcəklər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Demək olar ki, hər il böyük yarışlara ev sahibliyi edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!