İlham Əliyevin nəhəng enerji layihələri geniş sahələri əhatə edir
Azərbaycanın 1994-cü ildən bəri gerçəkləşdirdiyi qlobal neft-qaz və ixrac layihələrinin hər biri tarixi nailiyyətdir. Bunlardan biri də Avropanın enerji təhlükəsizliyinə töhfə verən “Cənub qaz dəhlizi”dir. Təsadüfi deyil ki, bu il iyulun 18-də geniş tərkibdə görüşdən sonra Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransındakı bəyanatında dövlətimizin başçısı bu layihənin tamamlanmasını xüsusi qeyd etdi.
Xatırladaq ki, ötən ilin sonuncu günündə “Cənub qaz dəhlizi”nin sonuncu - dördüncü seqmenti olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) istismara verildi. Cari il yanvarın 1-dən indiyədək ölkəmizdən Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Avropa bazarına ixrac olunan mavi yanacağın həcmi getdikcə artacaq. Çünki qaz təchizatçısı kimi bizim potensialımız böyükdür. Bu da ixracatçı olaraq Azərbaycan üçün, eləcə də tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni, həqiqətən də, enerji təhlükəsizliyi layihəsinə çevirir.
Prezident İlham Əliyev bu nəhəng layihəni belə xarakterizə etmişdir: “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Biz Avropa İttifaqı ilə birlikdə uzun illərdir “Cənub qaz dəhlizi” Məşvərət Şurasına sədrlik edirik. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir.”
“Cənub qaz dəhlizi” layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Həm də bu, Avropanın enerji təhlükəsizliyinə dəstək verən yeganə layihəmiz deyil. Azərbaycan 15 ildən çoxdur ki, Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ( BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi istifadəyə verilməsinin 15 ili bu il iyulun 13-də artıq tamam oldu. Məlum olduğu kimi, BTC Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti 1768 kilometr məsafə qət edərək Bakı yaxınlığındakı Səngəçal terminalından Türkiyənin Ceyhan limanınadək daşıyır. Oradan isə Azərbaycan neftinin dünya bazarlarına yolu başlanır.
Prezident İlham Əliyev bu il iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olandan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə də enerji layihələrinin əhəmiyyətindən, o cümlədən onların Avropa İttifaqı ilə əməkdaşlıqda önəm daşıdıqlarından bəhs etmişdir. Bu layihələrin əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulamışdır: “İllər keçdikcə əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. “Cənub qaz dəhlizi”ni həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki “Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Onu da bildirməliyəm ki, Məşvərət Şurasının keçirilməsi təşəbbüsünü də mən irəli sürmüşdüm. Avropa İttifaqına təklif etmişdim, onlar da müsbət qarşıladılar. Hər il Məşvərət Şurası böyük səmərə ilə keçirilir.”
“Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu bütün dünya bilir və etiraf edir. Layihəni daim irəliyə aparan dövlət başçısının inamı, yaratdığı əməkdaşlıq platforması, hədəfləri düzgün müəyyən etməsi, strategiyanı dəqiq seçməsi olub. Əlbəttə, burada heç bir şərhə ehtiyac yoxdur. Bununla belə, xatırlatmaq yerinə düşər ki, 2015-2020-ci illərdə hər il bir dəfə olmaqla keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurasının 6 toplantısının hamısına Azərbaycan evsahibliyi edib. Yalnız sonuncu, 7-ci iclas pandemiya səbəbindən videokonfrans şəklində keçirilib. Bunun özü də layihədə Azərbaycanın liderliyini təsdiqləyən faktdır.
Məşvərət Şurası bu layihənin inkişaf etdirilməsində mühüm rol oynayıb. Layihə artıq tamamlandığından şuranın fevralın 11-də keçirilən builki iclası xüsusilə əhəmiyyətli idi.
Prezidentin qeyd etdiyi kimi, enerji məsələlərindən başlanan fəal əməkdaşlıq indi daha geniş sahələri əhatə edir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!