09 Aprel 2024 12:22
684
İDMAN
A- A+
II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

 

Aprelin 8-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib.

Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Festivalın münsiflər heyətinin sədri Zemfira Meftaxetdinova, "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, Olimpiya çempionları, idman federasiyalarının və televiziya kanallarınınrəhbərləri, tanınmış idmançılar və ictimai xadimlər iştirak ediblər.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, festivalın əhəmiyyətindən danışıb. O, ilk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının 2022-ci ildə təsis olunduğunu diqqətə çatdırıb.

"Festivalı ilk dəfə təşkil edəndə hələ bilmirdik ki, bu festival gələcəkdə də davam edəcək ya yox.Əgər birinci festivalda 40 materialtəqdim olunmuşdursa, budəfəki festivala 54 material təqdim olunub. Bu o deməkdir ki, festival yaşayır və biz onun yekunlarına toplaşmışıq. Azərbaycanda idmanın təbliği üçün bu festivalın böyük əhəmiyyəti var. Mənim bir arzum var ki, biz bu festivalı bir müddətdən sonra beynəlxalq səviyyəyə çatdıraq. Əminəm ki, biz buna da nail olacağıq. Festivalın qaliblərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, - deyə Çingiz Hüseynzadə bildirib.

Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.

"Reklam və Promo çarxlar” nominasiyasının qalibi adını Azərbaycan Gimnastika Federasiyası tərəfindən təqdim olunan "Ulduz kimi parla” reklam çarxı qazanıb.

Azərbaycan Cüdo Federasiyasının (ACF) "Cüdomuzun gələcəyi” tanıtım çarxı "Gələcək qaliblər” nominasiyasında qalib olub. ACF festivalda daha bir uğuru "Zərif qəhrəman” nominasiyasında - "Qızlara ağ yaraşır” tanıtım çarxı ilə əldə edib.

"Həyat naminə - İdman” nominasiyasında "İdman TV”nin "Bilinməyən Mən Züleyxa Hacıyeva” televiziya filmi birinci yerə layiq görülüb.

"90plus” media təşkilatının ekranlaşdırdığı "Qələbə sadəcə inamdır” sənədli filmi Münsiflər Heyəti tərəfindən "Güclü iradəli” nominasiyasının qalibi olub.

Mərasimdə həmçinin festivalın Təşkilat Komitəsinin xüsusi mükafatları da təqdim olunub. "Gələcəyin qalibləri” nominasiyasında "Kikboks”sənədli filmi ("İdman TV) və "Kids Athletics" tanıtım çarxı (Azərbaycan Atletika Federasiyası) fərqlənib.

"12 saniyə” (Azərbaycan Atıcılıq Federasiyası) və "8 Mart - Beynəlxalq Qadınlar Günü” (Azərbaycan Cüdo Federasiyası) tanıtım çarxları reklam və promo çarx nominasiyasında xüsusi mükafata layiq görülüb. "Znay naşix” televiziya filmi ("MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi) güclü iradəli nominasiyasında, Mirağa Əliyevin "Qızıl əlcək - Ağacan Abıyev” qısametrajlı filmi "Həyat naminə - İdman” nominasiyasında, "Zərif missiya” televiziya filmi ("İdman TV») "Zərif qəhrəman” nominasiyasında münsiflər heyətinin rəğbətini qazanıb.

Tədbirdə "Cüdo Klub 2012” İctimai Birliyinin xüsusi mükafatları da təqdim olunub. "Güclü iradəli” nominasiyasında "Fateh” televiziya filmi (İdman TV), "Heydər Əliyev, Vklad Velikovo Lidera v Azerbayjanskiy sport” televiziya filmi (CBC İnternational), "Zərif qəhrəman” nominasiyasında "Xoşbəxt sabahlar - Şuşa Uşaq Gənclər İdman Məktəbi” televiziya layihəsi (Xəzər Media Mərkəzi), "Reklam və promo çarx” nominasiyasında "Birlikdə güclüyük” reklam çarxı ("DMS Azerbaijan MMC), "Həyat naminə - İdman” nominasiyasında "Veteran cüdoçu - Fərhad Rəcəbli”, tanıtım çarxı ("MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi) xüsusi mükafata layiq görülüb.

Tədbir zamanı Milli Olimpiya Komitəsinin xüsusi mükafatlarına layiq görülən iştirakçılar da təltif olunub. Belə ki, "Güclü iradəli” nominasiyasında "Olimpə doğru” - Nikita Simonov qısa metrajlı filmi (ARB 24) və "İdman ustaları” televiziya filmi (Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti), "Gələcəyin qalibləri” nominasiyasında "Lənkəranda ağır atletika dərsləri” tanıtım çarxı (Azərbaycan Ağırlıqqaldırma Federasiyası), "Reklam və Promo çarx” nominasiyasında "Avarçəkmə Qarabağdan paytaxta” tanıtım çarxı (Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası), "Həyat naminə - İdman” nominasiyasında "Kamillik Yolu” sənədli filmi (Azərbaycan Cüdo Federasiyası), "Zərif qəhrəman” nominasiyasında "Təkan ver - Elnarə Abbasova" tanıtım çarxı (Azərbaycan Ağırlıqqaldırma Federasiyası) xüsusi mükafata layiq görülüb.

Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması ilə yanaşı, həm də festivalın qonaqları və partnyorlarının çıxışları, musiqili proqram təqdim olunub.

MOK-un təsis etdiyi ikinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın tərəfdaşı "Cüdo Klub 2012” İctimai Birliyi, informasiya tərəfdaşları isə AZTV, MİR, İdman TV, CBC Sport, ARB, İTV və Space televiziya kanalları, "olympic.az”, "olimpnews.az”, "Trend”, "milli.az”, "day.az”, "azernews.az”, "idmanvəbiz”, "turkicworld” portalları, "Olimpiya dünyası” qəzeti və "Sportsman” jurnalıdır.

İlk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” 2022-ci ildə təsis olunub. Festival müxtəlif idman və ekstrimal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyıb.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!