“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən electron çıxarış”ın məzmunu
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu sənəd, növündən asılı olmayaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə tərtib edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra - dövlət reyestri) elektron çıxarışın məzmununu müəyyən edir.
1.2. Dövlət reyestrindən elektron çıxarışı dövlət reyestrində saxlanılan məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) Azərbaycan Respublikasının dövlət dilində tərtib edir.
1.3. Dövlət reyestrindən elektron çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda hüquq sahibinə (sahiblərinə) bu sənədlə müəyyən edilən məzmunda verilir.
1.4. Dövlət reyestrindən elektron çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə "Elektron hökumət” İnformasiya Sistemində yerləşdirilir və hüquq sahibinin onu elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.
2. Dövlət reyestrindən elektron çıxarışda göstərilən məlumatlar
2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir:
2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;
2.1.2. Dövlət Xidmətinin adı;
2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:
1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı;
2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması);
2.1.4. daşınmaz əmlakın növü;
2.1.5. daşınmaz əmlakın ünvanı;
2.1.6. daşınmaz əmlakın mülkiyyət növü;
2.1.7. daşınmaz əmlak üzərində hüququn növü;
2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə);
2.1.9. torpaq sahəsinin mülkiyyət növü;
2.1.10. torpaq sahəsi üzərində hüququn növü;
2.1.11. torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri);
2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla);
2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi;
2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi;
2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi;
2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq - hər bir hüquq sahibinin payı;
2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi;
2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
2.2. Digər hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilən elektron çıxarışda bu sənədin 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.11-ci, 2.1.13-cü, 2.1.17-ci və 2.1.18-ci yarımbəndlərində göstərilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir:
2.2.1. xeyrinə hüquqlar qeydiyyata alınan şəxs (şəxslər) haqqında məlumat:
1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı;
2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması);
2.2.2. daşınmaz əmlakın mülkiyyətçisi və ya hüququ yüklü edilən digər şəxs (şəxslər);
2.2.3. üzərində hüquqlar qeydiyyata alınan daşınmaz əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü - hektarla, digər daşınmaz əmlakın ölçüsü - kvadratmetrlə);
2.2.4. qeydiyyata alınan hüququn növü və müddəti;
2.2.5. əsas öhdəliyin mahiyyəti və icra müddəti (olduqda);
2.2.6. daşınmaz əmlak üzərində qüvvədə olan digər hüquqlar (olduqda).
2.3. İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə rəsmiləşdirildikdə, ipotekanın dövlət qeydiyyatı zamanı dövlət reyestrindən elektron çıxarışda bu barədə məlumat göstərilir.
2.4. Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda elektron çıxarış hər bir mülkiyyətçiyə təqdim edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!