Hesablama Palatası yarımillik fəaliyyətinə yekun vurub
Palatanın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hesabat dövründə Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 2018-ci ildə dövlət büdcəsinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrasına, həmçinin 2019-cu il üçün dövlət büdcəsində, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsində dəyişikliklərə dair rəylərini hazırlayaraq Milli Məclisə təqdim edib. Eyni zamanda beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatası 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəy üzrə xülasə tərtib edib.
Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair illik hesabat da hazırlanıb və Milli Məclisin plenar iclasında təqdim edilib. 2019-cu ilin iş planına əsasən, Hesablama Palatasının kollegiyası tərəfindən 5 təhlil və 32 auditin başlanılması ilə bağlı qərar qəbul edilib, ötən il üzrə iş planına uyğun 2018-ci ildə başlanılıb, nəticələri hesabat dövründə yekunlaşmış 1 audit də daxil olmaqla ümumilikdə 12 auditin və 5 təhlilin nəticələrinə baxılıb.
2018-ci ilin iş planına uyğun başa çatdırılmış auditlərin nəticələrinə dair qəbul edilmiş kollegiya qərarlarının icra vəziyyətinə nəzarət məqsədilə seçmə qaydasında monitorinqlər həyata keçirilib və 7 monitorinq üzrə müvafiq kollegiya qərarı qəbul edilib.
Hesabat dövründə nəticələri ilə bağlı müvafiq zəruri addımların atılması məqsədilə 17 quruma auditor hesabatı və 7 mərkəzi icra hakimiyyəti orqanına ümumilikdə 11 məlumat göndərilib, hər tədbirlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada Milli Məclisə məlumat verilib.
Altı ayda Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi ümumilikdə 1 milyard 13,3 milyon manat təşkil edib.
Hesabat dövründə aparılmış və nəticələri ilə bağlı qərar qəbul olunmuş auditlərin əhatə etdiyi vəsaitin 45,8 faizi dövlət büdcəsinin xərcləri, 16,9 faizi büdcədənkənar dövlət fondlarının vəsaitləri, 37,3 faizi isə digər mənbələrdən ayrılan vəsaitlər üzrə olub. Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin əhəmiyyətli hissəsi 2018-ci ilin payına düşüb. Həmçinin hesabat dövründə nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifat üzrə 14 bölməsindən 9-nu əhatə edib. Nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin daha çox hissəsi dövlət büdcəsinin funksional təsnifatı üzrə (25,6 faiz) "Ümumi dövlət xidmətləri” bölməsinə aid olub. Əhatə edilmiş vəsaitin 97,4 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 2,6 faizi isə büdcənin yerli xərcləri üzrə olub.
Bundan başqa, hesabat dövründə həyata keçirilmiş monitorinqlər istisna olmaqla, 2019-cu ilin İş planı üzrə aparılmış nəzarət tədbirlərinin 10-u Bakı şəhərində, 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb. Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və təsnifləşdirilib. Həmin nöqsanlar arasında, hər il olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı nisbətən yüksək olub. Eyni zamanda dövlət vəsaiti hesabına dövlət əmlakından istifadə sahəsində də nöqsanlar aşkarlanıb.
Kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən həyata keçirilmiş dövlət satınalmalarında bir mənbədən satınalma metodunun xüsusi çəkisi nisbətən yüksək olub. Eyni zamanda qurumlar tərəfindən bir sıra hallarda bir mənbədən satınalma metodunun tətbiqinin zəruri və ətraflı əsaslandırılmaması, həmçinin müvafiq satınalma prosedurlarının tam aparılmaması satınalmaların qalibinin müəyyənləşdirilməsi prosesində "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun dövlət satınalmaları zamanı vəsaitlərin istifadəsində qənaətliliyin və obyektiv yanaşmanın təmin edilməsi ilə bağlı tələb və prinsiplərlə uzlaşmayan riskləri formalaşdırıb.
Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən pozuntularla bağlı iki, dövlət əmlakından təyinatı üzrə və qanunauyğun istifadə edilməməsi halı üzrə bir nəzarət tədbirinə dair müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Nəticələri ilə bağlı kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə ümumilikdə 6,8 milyon manat, o cümlədən 365,1 min manat büdcədənkənar fondun büdcəsinə bərpa edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!