Hərbi Qələbənin siyasi qətiyyəti
Azərbaycanın yaratdığı reallıqlar regionda sülhün yeganə təminatçısıdır
İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişərək tamamilə yeni reallıqlar yaratdı. Ən böyük reallıq isə təbii ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi oldu. Regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanılması da bu reallığın əsas göstəriciləridir.
Zaman həmişə Azərbaycanın xeyrinə işləyəcək
Azərbaycan artıq regionda “Dağlıq Qarabağ münaqişəsi”, “status”, “status-kvo”, “Madrid prinsipləri”, “mərhələli həll”, “5+2” kimi ifadələri siyasi leksikondan birdəfəlik çıxarıb. Bu terminlər artıq tarixə çevrilib. Bunun yerini leksikonda “Şərqi Zəngəzur”, “Zəngəzur dəhlizi”, “10 noyabr Bəyanatı” kimi ifadələr tutub və hər biri 44 günlük müharibənin nəticəsi olaraq yaratdığı yeni reallıqları təcəssüm etdirir.
Müharibənin bitməsindən ötən 10 ayda baş verənlər göstərir ki, Ermənistanın bu reallıqları qəbul etməsindən, 10 noyabr Bəyanatının tələblərini yerinə yetirməsindən başqa yolu yoxdur. Başqa cür desək, şərtləri qalib Azərbaycanın diktə etdiyi hazırkı geostrateji reallıqlar fonunda Ermənistanın konstruktiv mövqe sərgiləməkdən başqa şansı yoxdur. Bu ölkə üçtərəfli Bəyanatın bəndlərinin reallaşmasını sürətləndirməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar konkret işlər görməli, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır.
Amma Ermənistan bu məsələdə hələ də konkret mövqe - vahid yanaşma ortaya qoymayıb. Bu da məğlub ölkənin siyasi qeyri-müəyyənlik vəziyyətində olduğunu göstərir. Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə hökumətin iclasında bildirib ki, Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir və fövqəladə əhəmiyyətə malikdir. Gürcüstana səfəri zamanı isə İrakli Qaribaşvili ilə keçirdiyi birgə brifinqdə N. Paşinyan bu gün regionda yeni imkanların yarandığını və bundan istifadə etmək üçün ciddi səylərin tələb olunduğunu bildirib. Əlbəttə, bütün bunlar söz olaraq qalmamalı, Ermənistan üçtərəfli Bəyanata real işləri ilə əməl etməlidir. Ən əsası bu ölkə keçmişdə buraxdığı səhvlərdən dərs almalıdır. Anlamalıdır ki, zaman bundan sonra Azərbaycanın xeyrinə işləyəcək.
Hər hansı statusdan söhbət gedə bilməz
Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük zəfərin ortaya qoyduğu başqa bir reallıq ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı oldu. 30 ilə yaxın bir dövrdə münaqişənin həlli üçün bir addım belə atılmasına nail ola bilməyən Minsk qrupunun perspektivsizliyi təsdiqləndi. Həmsədrlər BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərini işğal edən Ermənistana silahlı qüvvələrini geri çəkmək üçün təzyiq göstərmək istəmədilər, qətnamələrin icrasında israr etmədilər. Minsk qrupu tərəfindən siyasi iradə göstərilmədi, qətnamələrin icra mexanizmi müəyyən edilmədi.
Prezident İlham Əliyevin dediyi kimi, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etməyə yönəltsəydi, müharibə baş verməzdi.
Bu baxımdan Azərbaycanın ortaya qoyduğu reallıqlardan biri Minsk qrupunun da fəaliyyətinin və ya perspektivsizliyinin sual altına düşməsidir. Haqlı olaraq belə bir sual yaranır ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Minsk qrupu hansı vasitəçilik missiyasını həyata keçirməlidir. Bunu Fransa və ABŞ siyasi dairələrində də anlayırlar. Amma Fransa və ABŞ tarixin arxivinə atılmış status məsələsini mütəmadi olaraq gündəmə gətirməklə, müxtəlif cəhdlərlə Minsk qrupunun mövcudluğunu saxlamaq istəyirlər. Son olaraq ABŞ-ın Ermənistandakı səfirinin “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk qrupunun gündəliyindədir” söyləməsi də buna misaldır.
Mütəmadi olaraq Ermənistanın Azərbaycanla sərhədinə gələn ABŞ səfirinin status məsələsini qaldırması əslində qərəzdən başqa bir şey deyil. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması Azərbaycana qarşı tarixi haqsızlıq idi. 30 ilə yaxın bir dövrdə münaqişəni həll etmək istəməyən Minsk qrupunun həmsədrlərinin müharibədən sonra status məsələsini tez-tez gündəmə gətirmələri isə bu tarixi haqsızlığın onlar tərəfindən dəstəklənməsidir.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib: “Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. Hazırda ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi məhz Minsk qrupunun gələcək fəaliyyətinə xələl gətirir”.
Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün yeni imkanlar yaranıb. Münaqişənin həll edilməsindən sonra regionun gələcəyi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən yeni təhlükəsizlik və əməkdaşlıq konfiqurasiyası formalaşır. Ermənistan və regionda maraqları olan bütün dövlətlər bu formatın möhkəmlənməsinə və inkişaf etdirilməsinə öz töhfəsini verməyə çalışmalıdır. Çünki bu, xüsusən acınacaqlı vəziyyətdə olan erməni xalqının rifahını təmin edə biləcək yeganə yoldur. Regionda sülhə xələl gətirmək istəyən xarici dairələr yeni reallığı qəbul etməli, proseslərə kölgə salmamalı, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu dərk etməlidir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!