10 Sentyabr 2025 18:19
555
DÜNYA
A- A+
"Hər şeyi bloklayın": Fransada kütləvi etirazlar

"Hər şeyi bloklayın": Fransada kütləvi etirazlar


Fransızların 64 faizi Makronun istefasını istəyir

Fransada çərşənbə günü səhər tezdən Bloquons Tout ("Hər şeyi blokla") hərəkatının təşkil etdiyi etirazlar başlayıb. Etirazçılar magistral yolları bağlayıb, dəmir yolu nəqliyyatını dayandırıblar. Səlahiyyətlilərin məlumatına görə, onlarla nümayişçi həbs edilib, ölkə daxilində təhlükəsizlik qüvvələri yerləşdirilib.

Daxili işlər naziri Bruno Retayyo jurnalistlərə bildirib ki, 6 minii Parisdə olmaqla, ölkə üzrə 80 min təhlükəsizlik qüvvəsi yerləşdirilib. Fransa mediası nümayişlərdə 100 minə qədər insanın iştirak edəcəyini proqnozlaşdırıb.

Nazirin dediyinə görə, artıq 200-ə yaxın adam həbs edilib. Minlərlə nümayişçi yanğın törətməyə, istehkamlar qurmağa və Avropanın ən işlək şəhər magistralı olan Paris dairəvi yolunu bağlamağa çalışıb. Prefektura çərşənbə günü səhər saatlarına qədər Paris bölgəsində 95, ondan kənarda isə 8 nəfərin həbs edildiyi barədə məlumat yayıb.

Retayyo, təxminən 50 kapüşonlu şəxsin Bordoda nəqliyyatın qarşısını almağa çalışdığını, Tuluzada isə kabel yanğınının şəhərlə Fransanın cənub-qərbindəki Oşem  arasında nəqliyyatın hərəkətini dayandırmasına səbəb olduğunu, lakin tez bir zamanda söndürüldüyünü bildirib.

Etirazçılar Parisdə Place de la Nation yaxınlığında yanan zibil qutuları barrikadası qurub, nəqliyyatın hərəkətini dayandırıblar və bir neçə toqquşmadan sonra polis onlara qarı gözyaşardıcı qazdan istifadə edib.

Gecə saatlarında da paytaxtda ayrı-ayrı etirazlar olub, lakin nazir təfərrüatları açıqlamayıb. Paris polisi 75 nəfərin həbs edildiyini bildirsə də, onların harada və nə üçün tutulduqları barədə heç bir təfərrüat verməyib.

Avtomobil magistralları operatoru Vinci, Marsel, Monpelye, Nant və Lion da daxil olmaqla, Fransa boyu avtomobil yollarında etirazlar və pozuntular olduğunu bildirib.

Fransanın dövlət dəmir yolu operatoru SNCF xüsusilə regional TER və Intercités qatarlarında xidmətlərdə fasilələr gözləyir. TGV yüksək sürətli qatar şəbəkəsinin etirazlardan təsirlənəcəyi gözlənilmir.

Qurumdan verilən məlumata əsasən, "iki zərərli hərəkət" gecə ərzində Fransanın cənubunda bəzi qatarların hərəkətini bloklayıb.

SNCF bildirib ki, cənub-qərb Lot-et-Garonne bölgəsindəki Marmande və Agen arasında iki "kabel nasazlığı" tapılıb, bu da "Bordo və Tuluza arasında dəmir yolu əlaqələrinin pozulması ilə nəticələnib". Tuluza şəhəri yaxınlığındakı Kolomyedəki başqa bir nasazlıq da xidmətləri dayandırıb.

 “Hər şeyi bloklayın” hərəkatı bu yay sosial mediada populyarlıq qazanıb və artıq 2018-ci ildə yanacağın qiymətlərinin artmasına etiraz etməyə başlayan, lakin qısa zamanda prezident Emmanuel Makronun iqtisadi islahatlarına qarşı daha geniş etiraz hərəkatına çevrilən “sarı jiletlilər”lə müqayisə edilib. Fəallar hesab edirlər ki, Fransa siyasi sistemi artıq öz təyinatına cavab vermir.

Təhlilçilər hərəkatın sağçı qruplar arasında başladığını, lakin o vaxtdan bəri sol və ifrat solçular tərəfindən əhatə olunduğunu deyirlər.

Nümayişlər çətin ki, Fransada siyasi gərginliyin azaldılmasına kömək etsin - parlament cəmi iki gün əvvəl baş nazir Fransua Bayruya etimadsızlıq səsverməsini qəbul edib və onu istefaya göndərib. Çərşənbə axşamı Makron 39 yaşlı Sebastien Lecornunu iki ildən az müddətdə beşinci baş nazir təyin edib.

Lecornu Makronun müttəfiqidir və sələfi Fransua Bayrunun büdrədiyi problemi həll etməli olacaq: bu ilin əvvəlinə 3,3 trilyon avroya çatan və ölkənin ÜDM-nin 114%-ni təşkil edən Fransanın artan dövlət borcunu azaltmaq.

Yelisey sarayının bəyanatında deyilir ki, Lekornuya Fransanın növbəti büdcəsini təsdiqləmək üçün siyasi partiyalarla məsləhətləşmələr aparmaq tapşırılıb.

Onun təyinatı mərkəzçilər tərəfindən müsbət qarşılanıb. Marin Le Penin sağçı “Milli Birlik”  də hələlik yeni baş nazirlə əməkdaşlığa hazır olduğunu açıq şəkildə ifadə etdi.

Lakin radikal solçu “Yenilməyən Fransa” partiyasından Jan-Lük Melanşon Lecornunun təyinatından razı deyil: o, heç nəyin dəyişmədiyinə və Makronun prezidentlikdən getməsinin vaxtı olduğuna əmindir, və artıq xəbərdarlıq edib ki, onun partiyası yeni hökumətə etimad məsələsini səsverməyə çıxaracaq.

The Spectator jurmalı yazır ki, Fransa getdikcə daha çox siyasi qeyri-sabitliyə qərq olur, ölkənin beynəlxalq nüfuzu isə Makronun səlahiyyət müddətinin hər keçən günü sürətlə aşağı düşür.

Elab mərkəzinin keçirdiyi son sorğuya görə, fransızların 64 faizi Makronun istefasını istəyir.

“Le Figaro” yazır ki, yerli vaxtla saat 15:30-a (Bakı vaxtı ilə 17:30) olan məlumata görə, Fransada 200-dən çox, o cümlədən Paris və ətraf rayonlarda 159 nəfər həbs edilib.

"Bu, sivil səfərbərlik deyil. Hərəkətləri  “Yenilməyən Fransa” hərəkatının dəstəklədiyi ekstremist və ifrat sol qruplaşmalarhəyata keçirir. Bu, xüsusilə iş şəraiti və metodları ilə bağlı çox aydındır", - istefa verən daxili işlər naziri Bruno Retayyo bildirib.

Rizvan CƏFƏROV,

Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!