30 Sentyabr 2025 08:27
432
CƏMİYYƏT
A- A+
Hər gün şəhidlərimizin Anım Günüdür

Hər gün şəhidlərimizin Anım Günüdür


Şəhidlik əlçatmayan ucalıqdır, hər kəsin çata bilməyəcəyi igidlik zirvəsidir. Bu zirvəni yalnız və yalnız damarlarından Vətənə sonsuz sevgi qanı axanlar fəth edə bilərlər. 

Şəhidlik həm də örnəkdir, məktəbdir - qəhrəmanlıq, cəsurluq məktəbi. Yaşada-yaşada öyrədən, öyrədə-öyrədə yaşadan məktəbdir. Elə bir məktəb ki, həm bugünkü, həm də gələcək nəsillər o məktəbdən lazım gələrsə, Vətən uğrunda candan keçməyi öyrənirlər. 

Hər dəfə Şəhidlər xiyabanına gedəndə, canlarını yurdumuzun azadlığı uğrunda qurban vermiş oğulların məzarlarını ziyarət edəndə şəhidliyin nə qədər müqəddəs olduğunu bir daha dərk edirik. Xiyabana gələnlərin şəhidlərin məzarını necə də böyük ehtiramla, necə də böyük hörmətlə ziyarət etdiklərini görəndə qürur hissləri keçiririk. Düşünürük ki, həyatda ən böyük sevgi Vətən sevgisidir, onun uğrunda döyüşməkdir, bir addım da olsun geri çəkilmədən canından keçməkdir. 

Qəhrəmanlıqları, igidlikləri ilə bu ucalığa yüksəlmiş və qürur mənbəyimizə, örnək yerimizə çevrilmiş şəhidlərimizlə Azərbaycan xalqı fəxr edir. Bu gün hamı bir nəfər kimi "Vətən bizimdir, onun uğrunda savaşa və ölümə də hazıram" - deyib canını ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə qurban vermiş oğullarımızı yaxından tanıyır, onların əziz xatirələrini ehtiramla yad edir. Şəhidlərimizin adını əziz tutur, məzarları qarşısında diz çökür. 

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!" deyən oğullar Qarabağ savaşında böyük cəsarətlə, hünərlə, qorxu bilmədən  torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldılar. Onlar 30 ilə yaxın erməni işğalında qalmış ərazilərimizi düşmənlərdən təmizləmək üçün rəşadətlə vuruşdular, qəhrəmanlıq göstərdilər, qəsbkarlar üzərində tarixi Zəfər qazandılar, torpaqlarımızın azadlığı naminə düşmən üzərinə şir kimi yürüdülər.

44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımıza bu gün hamımız borcluyuq. Məhz bu oğulların cəsarəti və hünəri sayəsində Ermənistan silahlı qüvvələri darmadağın olundu, şəhər və kəndlərimiz işğalçılardan azad edildi. 

Prezident İlham Əliyev çıxışlarında şəhidlərin qəhrəmanlığını daim yüksək qiymətləndirir. Dövlətimizin başçısı 10 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində şəhidlərin qəhrəmanlığından, igidliyindən söz açaraq demişdir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş torpaqlarda qaldırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Siz də yaxşı bilirsiniz ki, son bir il ərzində mən danışıqlar haqqında, ümumiyyətlə, söhbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi".

İndi ölkəmizin ərazisində elə bir şəhər, qəsəbə, kənd yoxdur ki, orada şəhidlərə abidə ucaldılmasın, onların qarşısına güllər, çiçəklər düzülməsin. Bu ehtiram xalqımızın şəhidlərin xatirəsinə göstərdiyi dərin hörmətin ifadəsidir. Xalqımız tərəfindən müqəddəs ziyarətgaha çevrilmiş bu abidələr bizə Vətənin bütövlüyü və toxunulmazlığı uğrunda müharibənin ağrı-acılarla dolu səhifələrini xatırladır, böyüməkdə olan nəsillərə döyüş ruhu və vətənpərvərlik hissləri aşılayır. 

27 Sentyabr - Anım Günündə xalqımız həmişəki kimi yenə də Şəhidlər xiyabanına axışaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş oğulların məzarlarını ziyarət etdi. Onların arasında uşaqlar da, əlillər də, yaşlılar da vardı. Bu, şəhidlərimizə böyük ehtiram və sayğını göstərirdi. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!