22 Aprel 2025 13:07
467
CƏMİYYƏT
A- A+
Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb

Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, Konfederasiya sədri Sahib Məmmədov görüşdə çıxış edərək ölkəmizdəki demokratik mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə açdığı geniş imkanlardan danışıb, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.

Qeyd edilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində kompleks addımlar atılır, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.

AHİK-də aparılan struktur və kadr islahatlarından, qadınların və gənclərin həmkarlar ittifaqları sistemində rolunun artırılması istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri yeni layihələr, o cümlədən “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “AHİK Plus”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç” layihələri barədə deputatlara məlumat verib. Bildirilib ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, hazırda prosesin tam rəqəmsallaşdırılması işləri aparılır.

Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və həmkarlar ittifaqı sisteminin inkişafına verəcəyi töhfələrdən də bəhs olunub.

Sonra AHİK-in fəaliyyəti, o cümlədən layihələrdən bəhs edən videomateriallar nümayiş olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsində, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xüsusi rolunu qeyd edib. Musa Quliyev sosial sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb, eləcə də AHİK-lə əlaqələrin inkişafının əmək hüquqlarının qorunmasında önəmini vurğulayıb.

Görüşdən sonra Milli Məclisin üzvləri Konfederasiyada vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin Çağrı Mərkəzi ilə tanış olublar.

Ardınca dövlət qurumları nümayəndələrinin və deputatların iştirakı ilə AHİK tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin açılışı olub.

Bununla əlaqədar keçirilən tədbirdə Konfederasiya sədri Sahib Məmmədov Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin vəzifələri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Mərkəzdə əmək müfəttişləri tərəfindən ittifaq üzvlərinin müraciətləri cavablandırılacaq, əmək münasibətlərində qarşılaşdıqları hüquqi məsələlərlə bağlı onlara yardım göstəriləcək, maarifləndirmə işləri aparılacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və deputat Ziyad Səmədzadə Konfederasiya tərəfindən həyata keçirilən layihələrin, tətbiq edilən yeniliklərin önəmini vurğulayıb, görülən işlərin dövlətimizin sosial siyasətinə əhəmiyyətli töhfə olduğunu qeyd edib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinə baxış keçirilib. İştirakçılar, həmçinin eyni məkanda yerləşən “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!